Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Səhiyyə Nazirliyindən rüşvət alan həkim haqda açıqlama
Səhiyyə Nazirliyindən rüşvət alan həkim haqda açıqlama |
Anar Qədirli: "Artıq məsələ ilə bağlı xüsusi komissiya yaradılıb"
Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmdov xəstə yaxınlarından rüşvət alması faktı ilə bağlı xüsusi komissiya yaradılıb. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. O, bildirib ki, Səhiyyə Nazirliyi Sabirabad Rayon Perinetal Mərkəzində qeydə alınan rüşvət faktını diqqətdə saxlayır. “Hazırda məsələ ilə bağlı komissiya yaradılıb. Araşdırmalardan sonra faktla bağlı müvafiq tədbirlər həyata keçiriləcək”, deyə A.Qədirli bildirib. Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabad Rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədovun xəstə yaxınlarından rüşvət alması ilə bağlı video yayılmışdı. Geri dön |