Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > Filmlər gerçəyəmi çevrilir?!
Filmlər gerçəyəmi çevrilir?! |
"Metriks" filminin həyatda əksini tapan bir detalı Məşhur "Metriks" filmini izləmisinizmi? Əgər yadınızdadırsa filmdə Neo obrazının bir neçə saniyə içərisində Kunq Fu döyüş növünü öyrəndiyi bir səhnə var idi. Bu izləyicilərinə real görünməmişdi amma deyəsən, dünyada gerçəyə çevrilmək üzrədir. Belə ki, alimlər beyinə kənardan siqnal göndərərək beyin fəaliyyətini yönləndirməyi bacaran bir icad ediblər. Bu araşdırmalara ilk olaraq Amerikanın Duke Universitetin alimləri başladılar. Onlar beyinə mikroçiplər yerləşdirilən bir meymun vasitəsilə istənilən məlumatı göndərmək bacarıqlarını kəşf etdilər. Daha sonra rusiyalı elm adamı Vitali Valtsev, düşünmə qabiliyyətinə malik, lakin bir körpə kimi öyrədilməsə günahkara çevrilə biləcək bir kompüter icadını ortaya qoydu. Bütün bu inkişaflar rekordları qıran "Matrix" filmindəki Keanu Reeves adlı aktyorun oynadığı Neo xarakterinin bir kompüterə bağlanıb bir neçə saniyə içində milyonlarla səhifə məlumatı və bacarığı qazandığı o səhnənin reallığa necə də yaxın olduğunun göstəricisidir. Bu yaxınlarda Boston Universitetinin mütəxəssisləriylə əməkdaşlıq edən Kyoto Nero Elm Akademiyasının yaponiyalı alimləri bu yuxunun gerçəyə çox yaxın olduğunu açıqlayınca elm dünyası yenidən həyəcanla çalxalandı. Yaddaş həbi də icad olunur Mütəxəssislər yaxın gələcəkdə yeni bir xarici dilin, ya da təyyarə uçurma bacarığının oyanıq olmağa belə ehtiyac duyulmadan insanların beyninə qısa müddətdə yüklənməsinin mümkün olacağını açıqladı. FMRI adlı bir cihaz kəşf etdiklərini açıqlayan elm adamları, bu cihazın beyinə göndərdiyi siqnallarla beynin fəaliyyətini dəyişdirməyi bacardıqlarını, bunun da nəzəri olaraq beyinə yeni məlumatın çöldən köçürülməsinə imkan verdiyini vurğuladılar. Tanınmış elmi jurnal "Science" bu araşdırmanı son nömrələrində geniş bir şəkildə nümayiş etdirdi. Ayrıca mütəxəssislərin, yaddaşı dinc tutacaq və öyrənilən məlumatların daha uzun müddət beyində zərər görmədən yığılmasını təmin edəcək bir yaddaş həbi üzərində də çalışdıqları qeyd edildi. Nurlan Məmmədli Geri dön |