Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sabah əfv olacaq?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Sabah əfv olacaq?

Sabah əfv olacaq?


28 May - Respublika günü ərəfəsində əfv fərmanının olacağı ehtimalı artıb. Hüquq müdafiəçiləri və deputatlar bununla bağlı ümidverici fikirlər səsləndirirlər. Bildirilir ki, əfv siyahısı üzərində iş gedir və tezliklə fərmanın olacağı şübhəsizdir.


Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, onlar müraciətlərini ediblər: “Müraciətimizə siyasi məhbuslar daxildir. Siyahıya ”OMON"dan iki nəfər, sabiq səhiyyə naziri Əli İnsanov, Tofiq Yaqublu, “NİDA”çı gənclər, İlqar Məmmədov, Nemət Pənahov və hazırda həbsdə olan jurnalistlər daxildirlər. İstərdik ki, onların hamısı rəsmi əfv siyahısına düşsün və Azərbaycanda siyasi məhbus məsələsi birdəfəlik həll olunsun".

Bildirilir ki, məsələ ilə əlaqədar Əfv Komissiyası bir neçə dəfə toplanıb və müzakirələr aparılıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də əfv fərmanının gözlənildiyini bildirib. Deputat qeyd edib ki, Əfv Komissiyası artıq bununla bağlı bir neçə iclasını keçirib: “Hesab edirəm ki, bu ay ərzində, yəqin ki, 28 maya qədər əfv fərmanı veriləcək. Gözlənilir ki, cənab prezident humanistlik nümayiş etdirərək əfv fərmanı verəcək. Əfv fərmanının olub-olmayacağını prezidentdən başqa heç kim dəqiq bilmir, amma gözlənilir ki, bu ay əfv fərmanı imzalanacaq”.

Hüquq müdafiəçisi Arzu Abdullayeva da bildirib ki, mayda əfv fərmanının veriləcəyi barədə onda məlumatlar var. Gözlənilən əfv fərmanı ilə bir neçə tanınmış məhbusun azadlığa çıxması planlaşdırılır. Qeyd olunur ki, Prezident yanında Əfv Komissiyası toplaşaraq quruma daxil olan müraciətləri müzakirə edib və siyahını ölkə başçısına göndərib.

Komissiyanın üzvü Azay Quliyev isə bildirib ki, may ayında əfv fərmanının veriləcəyi barədə onda heç bir məlumat yoxdur: “Bu, prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Mən bu barədə heç nə deyə bilmərəm”.

Geri dön