Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > TBMM sədri: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı, yerindən, yurdundan etdiyi məsum və məzlum insanlardan üzr istəməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > TBMM sədri: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı, yerindən, yurdundan etdiyi məsum və məzlum insanlardan üzr istəməlidir”

TBMM sədri: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı, yerindən, yurdundan etdiyi məsum və məzlum insanlardan üzr istəməlidir”


Cəmil Çiçək: “Xocalıdakı kütləvi qətllərdə bu gün Ermənistana rəhbərlik edən Sarkisyan da iştirak edib”

Azərbaycanın Türkiyədəki səfirliyi paytaxt Ankara şəhərindəki “Sheraton” otelində Heydər Əliyevin vəfatının 8-ci ildönümü münasibətilə anım mərasimi təşkil edib. Anım mərasimində səfir Faiq Bağırov, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, müdafiə naziri İsmət Yılmaz, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, millət vəkilləri, elm, təhsil və iş adamları iştirak edib.

TBMM sədri Cəmil Çiçək çıxışında bildirib ki, bu gün Azərbaycanın ən önəmli problemi torpaqlarının beşdə birinin Ermənistan tərəfindən işğal olunmasıdır. C. Çiçək 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün durumunda yaşadığını, Ermənistanın işğal altındakı ərazilərdə insanlığa qarşı cinayətlər törətdiyini vurğulayıb: “İşğal altındakı torpaqların yenidən Azərbaycanın bir parçasına çevrilməsi, qaçqınların öz yerlərinə, yurdlarına qayıtması bizim də ən əsas məqsədlərimizdən biridir”.

C. Çiçək Türkiyənin Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər cür dəstəyi verməyə davam edəcəyini deyib: “Dağlıq Qarabağ məsələsində Azərbaycanın hüquqlarının təmin edilməsi Türkiyə xarici siyasətinin prioritetləri arasındadır. Dağlıq Qarabağ münaqişəsi Qafqazda sülh və sabitliyi təhdid edən ən böyük problemdir. Biz bütün dövlətləri və beynəlxalq təşkilatları Ermənistanın haqsız işğalına son qoymağa çağırırıq. Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının ən başlıca şərti Azərbaycan torpaqlarının işğalına son qoyulmasıdır. Bir də Ermənistanın sürəkli təkrarladığı soyqırım iddiaları var. Bu iddiaları siyasi kampaniyaya çeviriblər, bəzi parlamentlərdə bu yöndə qərarlar qəbul etdiriblər, bəzi parlamentlərdə də qəbul etdirmək istəyirlər. Bu qərarları qəbul edən ölkələrin 100 il əvvəl baş verdiyi iddia edilən hadisələrlə bağlı Türkiyəni ittiham etmələri təəccüblüdür. Halbuki yaxın tarixin ən kütləvi qətllərindən biri dünyanın gözü önündə 1992-ci ildə Xocalıda baş verib. O qətllərdə bu gün Ermənistana rəhbərlik edən Sarkisyan da iştirak edib. Sarkisyan o hadisəni belə təsvir edib: “Xocalıdan əvvəl azərbaycanlılar bizim zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldırmayacağını düşünürdülər. Biz bu düşüncəni qırmağa nail olduq”. Əgər biz keçmişdəki olaylar əsasında siyasətimizə istiqamət verməliyiksə, onda əvvəlcə Ermənistan dövləti bu problemlərin aradan qaldırılması yönündə addımlar atmalıdır. Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını boşaltmalı və yerindən, yurdundan etdiyi məsum və məzlum insanlardan üzr istəməlidir.”

Geri dön