Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qayğıya ehtiyacı olan uşaqlar üçün təlim keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Qayğıya ehtiyacı olan uşaqlar üçün təlim keçirilir

Qayğıya ehtiyacı olan uşaqlar üçün təlim keçirilir


Davam.az saytına verilən məlumata görə, “Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) və Azərbaycan Müəllimlər İnstitutunun birgə əməkdaşlığı ilə “Dünyaya Baxış” (World Vision) Beynəlxalq Humanitar Təşkilatının ayırdığı vəsait çərçivəsində reallaşdırdığı “Azərbaycan Müəllimlər İnstitutu nəzdində İnklüziv Təhsil Mərkəzində təlimlərin təşkili və inklüziv təhsil sisteminin inkişafı” adlı layihə çərçivəsində tədbirlərin həyata keçirilməsi davam edir.
Layihə çərçivəsində növbəti təlim 26 may 2014-cü il tarixində Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında “Xüsusi qayğıya eytiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları” mövzusunda keçirilmişdir. AMİ-nin Qazax filialının tələbələrinin və xüsusi qayğıya eytiyacı olan uşaqların valideynlərinin iştirak etdiyi təlimi giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihə haqqında məlumat vermiş və “Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə səmərəli əməkdaşlığın qurulması” mövzusunda məruzə ilə çıxış etmişdir.
Sonra təlim layihənin təlimçisi, İnklüziv Təhsil Mərkəzinin əməkdaşı Aynur Vəliyeva interaktiv metodlardan istifadə etməklə “Xüsusi qayğıya eytiyacı olan uşaqlar üçün təhsil xidmətləri və inklüziv təhsilin metodları” mövzusunda məruzəsi ilə davam etmişdir. Təlimdə olduqca fəal olan dinləyicilər sonda təlimin yüksək səviyyədə təşkil etdiyini vurğulamış və belə layihələrin mütəmadi olmasını arzulamışlar.

Geri dön