Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Türk Forumunda Ermənistan ilə açılım və dialoq təşəbbüsünə sərt təpgi verdi (audio)
Fərəc Quliyev Türk Forumunda Ermənistan ilə açılım və dialoq təşəbbüsünə sərt təpgi verdi (audio) |
“Biz ədalətli status- kvonun həlli olmadan, o düşmən dövlətinin gerbindən Ağrı Dağımız silinmədən, Türkiyənin ərazi bütövlüyü tanınmadan, Azərbaycan ərazilərindən işğalçı orduları çıxmadan bu etnosun bizim torpaqlarda qurduğu qondarma , qoltuqaltı dövlət ilə heç bir əlaqə qura bilmərik”
28 may 2014-cü il tarixində Türkiyə Cumhuriyyətinin Edirnə şəhərində “3-cü Dünya Türk Forumu” işinə başlayıb. 31 maya qədər davam edəcək Forumda “Türk Cumhuriyetleri; Kültür Diplomasisi ve Turizm” və “Türk ve Ermeni Diasporaları; Kamu Diplomasisi: Fırsatlar ve Riskler” mövzularında müzakirələr aparılacaq. Forumun Təşkilat Komitəsinin üzvləri Türkiyədən - Türk Konseyi baş direktoru, səfir Halil Akınçı, Keçmiş dövlət naziri, Prof. Dr. Ahat Andıcan (İstanbul Üniversiteti), Prof. Dr. Onur Bilge Kula (Hacettepe Üniversiteti), Prof. Dr. Emine Gürsoy Naskalı (Marmara Üniversiteti), Prof. Dr. Nadir Devlet (İstanbul Ticaret Üniversiteti); Azərbaycandan - Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev; Qazağıstandan - UNESCO-da Qazağıstanın daimi təmsilçisi, yazıçı Oljas Süleymanov; Küzey Kıprız Türk Cümhuriyyətindən - bu ölkənin keçmiş baş naziri, Hakkı Atun (Doğu Akdeniz Üniversiteti); Qırğızıstandan - Prof. Dr. Kadırali Konkobayev (Kırgız - Türk Manas Üniversiteti); Almaniyadan - Almanya Türk Toplumu Onursal başkanı Prof. Dr. Hakkı Keskin; Hollandiyadan - Türkevi Araştırmalar Merkezi başkanı Dr. Veyis Güngör; ABŞ-dan - Virginia Üniversitesi Zihin ve İnsan İlişkileri Merkezinin direktoru Prof. Dr. Vamık Volkandır. “3-cü Dünya Türk Forumu” müxtəlif türk ölkələrindən gələn xalq sənətçilərinin birgə konserti ilə başlayıb. Forumun açılış nitqini müxtəlif ölkələrdən dəvət edilmiş yüksək elm adamları, yüksək dövlət təmsilçiləri və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri söyləyiblər. Onların sırasında TASAM-ın başkanı Süleyman Şensoy, DEİK İdarə Heyətinin üzvü Murat Yalçıntaş, TÜRSAB-ın başkanı Başaran Ulusoy, Kazakistanın Ankara Büyükelçisi Prof. Dr. Canseyit Tüymebayev, TÜRKSOY-un baş drektoru Prof. Dr. Düsen Kasseinov, Türk Konseyi baş drektoru Büyükelçi Halil Akıncı, Eskişehir Valisi ve Eskişehir 2013 TDKB Agentliyinin İdarə Heyətinin sədri Güngör Azmi Tuna, Edirne Valisi Hasan Duruer, Türkiyə Cumhurbaşkanlığı Genel Sekreteri Prof. Dr. Mustafa İsen, Tataristan mədəniyyət naziri Ayrat Sibagatullin, Makedonyanın dövlət naziri Hadi Nezir, Iraqın rabitə və bölgələr üzrə cavabdehlik naziri Dr. Torhan Almufti, Türkiyə səhiyyə naziri Mehmet Müezzinoğlu və digərləri var idi. Açılış, 12 hissə və qapanışdan ibarət Forumun hər bir hissəsinə Türk Dünyasının bir nüfuzlu xadimi sədrlik edir. “Kültür Diplomasisi; Yeni Araçlar ve Modeller” mövzusunda birinci hissəni Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev aparıb. “Türk-Ermeni İlişkilerinde Mevcut Durum, Sorunlar ve Çözüm Önerileri” mövzusunda keçirilən 4-cü hissədə Foruma Azərbaycandan dəvət edilmiş Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Azərbaycan millət vəkili Fərəc Quliyevin çıxışı olub. Azərbaycan millət vəkilinin çıxışı yüksək səviyyədə qarşılanıb. Çıxışı zamanı onun Ermənistan ilə açılım və dialoq təşəbbüslərinə sərt təpgi göstərən natiq qeyd edib ki, “Biz ədalətli status-kvonun həlli olmadan, o düşmən dövlətinin gerbindən Ağrı Dağımız silinmədən, Türkiyənin ərazi bütövlüyü tanınmadan, Azərbaycan ərazilərindən işğalçı orduları çıxmadan bu etnosun bizim torpaqlarda qurduğu qondarma , qoltuqaltı dövlət ilə heç bir əlaqə qura bilmərik”. Fərəc Quliyev deyib ki, “Ermənilərə daha çox küncə sıxışdırılmaqla yerləri göstərilməlidir”. Ermənistanı Rusiyanın maşası adlandıran Azərbaycan millət vəkili bildirib ki, Rusiyanın Türk Birliyinin yaranmasına mane olmaq üçün istifadə etdiyi vasitələrdən biri də Ermənistandır - “Ermənistan Rusiyanın birbaşa maşasıdır və Ermənistanı maşa kimi istifadə edən Rusiya iki iş görür: Birinci, türk dünyasının əlaqələrini coğrafi mənada pozmağa çalışır, mütəmadi olaraq bölgəni təhdid altında saxlayır, silah istehsalçısı kimi burda müharibənin qalmasında maraqlıdır ki, silahlarını satsın, bölgədə bölücü bir ünsür kimi daimi özünün revanşist siyasətlərinə əl qoysun. İkinci bir tərəfdən bu maşa ilə Azərbaycan adlanan altun boğazı sıxmaqla, Türkiyə ilə Orta Asiya arasındakı cümhuriyyətlər arasında əlaqəni pozur və yaranmaqda olan transkontinental bir blokun, Türk Cümhuriyyətləri Blokunun mövcudluğuna və güclənməsinə mane olur.” Türk Birliyinin güclənməsi üçün hərbi və siyasi birliyin vacibliyini vurğulayan Fərəc Quliyev bildirib ki, “Düşünmədən və çəkinmədən münasibətləri iqtisadi və mədəni sahədən, siyasi və hərbi müstəviyə keçirməyi bacarmalıyıq. Ortaq türk ordusu yaranmasından tutmuş, ortaq türk xarici siyasəti yürüdülməsinə qədər, bütün məsələlərdə cəsarətli addımlar atmaq lazımdır.” Sonda Fərəc Quliyev Forum iştirakçılarına mövzuyla bağlı təklif verib. Təklifdə deyilir ki, “burda səslənən fikirləri ümumiləşdirib bu forumun sonucu olaraq bir qərara varmaq lazımdır. Ən azından Türkiyə və Azərbaycan tolerant ölkədir. Bu ölkələrdə sneqoqlar, məscidlər, kilsələr bir yerdə fəaliyyət göstərir, bütün etnoslar bir yerdə yaşayırlar. Amma, Ermənistan monoetnik bir ölkədir. Biz forumun sonucunda tələb edirik ki, Ermənistan dərhal ağılsız iddialarından əl çəksin Türkiyəyə qarşı soyqrımla bağlı olaraq və Azərbaycan ərazilərini tərk etsin. Forum adından belə bir bəyanatın qəbul edilməsini zəruri hesab edirəm və qərara salınmasını istəyirəm.” Azərbaycan millət vəkilin Forumda yüksək maraqla qarşılanan çıxışına dördüncü hissəyə sədrlik edən Murat Bilhan da öz fikirlərini və dəstəyini bildirib. Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik: “Çox təşəkkür edirəm sayın başqan. Mən əvvəla bu tədbiri hazırlayan təşkilatçılara təşəkkür edirəm ki, çox ciddi mövzuları müzakirəyə çıxarıblar. Forumun bu hissəsində müzakirə olunan mövzu çox əhəmiyyətli bir mövzudur. Adından göründüyü kimi, “Türk erməni ilişkilərində mövcud durum, sorunlar və çözüm yolları” məsələsidir. Başda Türkiyə olmaqla Türk dövlətlərinin heç birinin iradəsindən asılı olmayaraq bugünkü durum yaxşı bir durum sayılmaz təbii ki. Amma bu bizim iradəmizdən asılı deyil. Türkiyə dəfələrlə bəyan etmişdir ki, sıfır problemli qonşuluq siyasəti yürütmək istəyir. Azərbaycan da həmişə bəyan edib ki, sıfır problemli qonşuluq siyasəti yürüdür. Amma bizim iradəmizdən asılı olmayaraq, etiraf etməliyik ki, Ermənistan animus-aqressimus deyilən siyasət yürüdür. Yəni, əvvəldən işğalı planlaşdıran siyasət. Türkiyəyə qarşı qoyulan məlum 4T düsturlu davranış-tanıma, tanıtma, təzminat, torpaq iddialı bir davranış, planlı bir işğal siyasətidir. Sonuc olaraq, Türkiyəni küncə sıxışdırmaq və torpaqlarını ələ keçirməkdən ibarətdir. Azərbaycanın isə ərazilərinin açıq şəkildə işğal olunması da bu işğal siyasətinin davamıdır. Bilirsiniz ki, 19-cu əsrin əvvəlində Azərbaycan torpaqları hesabına bir Ermənistan qurulubdur və sonradan türk dünyasının əlaqələrini qırmaq üçün, Türkiyəni Orta Asiya türk cümhuriyyətləri və Azərbaycan ilə əlaqələrini qırmaq üçün Azərbaycanın Zəngəzur deyilən bölgəsi də yenidən Ermənistana verilibdir. Beləliklə, ardıcıl olaraq, düşünülmüş şəkildə bir siyasət yürüdülür. Biz konfranslarda, formlarda nə qədər birtərəfli qaydada istəsək ki, güzəştə gedək, xoş görünək, Ermənistan 10 illərdir yürütdüyü dövlət siyasətindən əl çəkməyəcək. Biz yalnız təhdidlərin qarşısını almaq üçün tədbirlər görmək məcburiyyətindəyik. Çünki, ermənistanın yürütdüyü təhdid təkcə bu bölgədə Türkiyə və Azərbaycan torpaqlarına qarşı deyil, həm də türklərin yaşadığı digər torpaqlarda da eyni təhdidi tətbiq edtmişdir və nəticələr əldə etmişdir. Gürcüstan ərazisində - indi Cavaxetiya adlanan yer Ahıska türklərinin yaşadığı Axakalaki ərazisi adlanırdı, ordan türklər qovulduqdan sonra ermənilər orda yaşayırlar, bugün də oranın müstəqillik əldə etməsi üçün çabalar göstərirlər. Mən hesab edirəm ki, Azərbaycan tərəfinin torpaqların işğalı ilə bağlı ortaya qoyduğu çox xoş, aydın və sadə bir prinsip vardır və bu prinsip müdafiə olunmalıdır. Azərbaycan tərəfi bəyan etmişdir və həmişə də bu bəyanatın üzərində dayanır ki, əgər Ermənistanın işğalçı orduları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərindən çıxarsa, Azərbaycan tərəfi bütün qonşular kimi Ermənistanla da qonşuluq siyasətində normal münasibətlər saxlamağa hazırdır. Azərbaycan öz ərazilərində yaşayan erməni əsilli azərbaycanlılara da sahib çıxmağa hazırdır. İndi o ərazilər Azərbaycanın nəzarətində olmadığından, orada olan erməni əsilli azərbaycanlılar da belə girov vəziyyətinə düşmüşlər. Həmin ərazilər narkotranzit kimi istifadə olunur, nüvə tullantıları bastırılır və s. Bütün bunlara baxmayaraq, Ermənistanın etdiyi hərəkətlər cavabsız qaldıqca digər türk torpaqlarında da onun ağası başqa addımlar atmağa başlayır. Rusiyanın Krımda törətdiyi növbəti addım Qarabağ susqunluğunun törəməsidir. Ona görə mən düşünürəm ki, türk dünyası bu məsələlərdə mənim problemim - sənin problemin bölgüsü etmədən, mütləq şəkildə məsələlərə birgə əl qoymağı bacarmalıdır. Türkiyə tərəfi də həmişə xoş münasibət bildirirərək dəfələrlə bəyan edib, bugün də o fikirlər səsləndi ki, “biz məsələnin çözülməsi, aydınlaşması üçün bilim adamlarının konfrans keçirməsini, komisiya yaratmasının tərəfdarıyıq”. Mənim fərdi münasibətimə qalınca isə, mən Azərbaycanda müxalifət partiya liderlərindən biriyəm . Mən düşünürəm ki, ermənilərin o dönəmdə öldürülməsi Türkiyənin günahı qiymətləndirilməməlidir. Bir savaş aparan ölkədə, ölkənin vətəndaşları düşmən tərəfə keçirsə və ona qarşı savaş aparırsa, buna qarşı mütləq tədbir görülməli və məsələ aradan qaldırılmalı idi. Bu mənim fərdi, şəxsi fikrimdir. Ümumiyyətlə problemin çözülməsi üçün, biz məsələlərə mütləq qlobal şəkildə baxmalıyıq. Cənubi Qafqaz çözümünün həllində Qarabağ məsələsinin nəzərə alınmaması, Cənubi Qafqaz probleminin mümkünsüzlüyünü bir daha ortaya qoyur. Çünki, Ermənistan farpos dövlətdir, qoltuqaltı dövlətdir. Ermənistan Rusiyanın birbaşa maşasıdır və Ermənistanı maşa kimi istifadə edən Rusiya iki iş görür: Birinci, türk dünyasının əlaqələrini coğrafi mənada pozmağa çalışır, mütəmadi olaraq bölgəni təhdid altında saxlayır, silah istehsalçısı kimi burda müharibənin qalmasında maraqlıdır ki, silahlarını satsın, bölgədə bölücü bir ünsür kimi daimi özünün revanşist siyasətlərinə əl qoysun. İkinci bir tərəfdən bu maşa ilə Azərbaycan adlanan altun boğazı sıxmaqla, Türkiyə ilə Orta Asiya arasındakı cümhuriyyətlər arasında əlaqəni pozur və yaranmaqda olan transkontinental bir blokun, Türk Cümhuriyyətləri Blokunun mövcudluğuna və güclənməsinə mane olur. Ona görə, biz çözüm yolları axtaranda , dialoq axtaranda və yaxud da mədəni yolları axtaranda, mütləq və mütləq bütün hərəkətlərimizdə siyasi ritorikanı önə çəkməliyik. Bu iqtisadi əlaqələrdə də özünü göstərməlidir. İstər Türkiyə-Ermənistan arasında iqtisadi əlaqələr haqqında düşüncələr söyləyənlər olsunlar, istər digər türk cümhuriyyətləri ilə Ermənistan arasında münasibətlər söyləyənlər olsunlar, bu məsələ ortaq düşüncədən səsləndirilməlidir və nəzərə alınmalıdır ki, bizim necə davranmağımızdan asılı olmayaraq, Ermənistan mütəmadi olaraq türk dünyasını yıpratmaq üçün işlər görür. Hamımıza aydındır ki, şərq məsələsi adlanan bir məsələdən, Türkiyənin bölünməsi onun torpaqlarında müəyyən məsələnin yeridilməsi də kənar qüvvələrin əlində ermənilərdən maşa kimi istifadə olunmuşdur. Ermənilərin sərbəst siyasəti yoxdur. Ermənilərlə hər hansı bir formada dialoqun, danışığın onlara güzəşt olunmasının onların ağaları üçün heç bir mənası yoxdur. Ermənilərə daha çox küncə sıxışdırılmaqla yerləri göstərilməlidir. Necə ki, bunu Avropa indi Krım məsələsində Rusiayaya qarşı edir. Azərbaycana olan münasibət Türkiyəyə olan münasibət kimi qəbul olunmalıdır. Türkiyəyə olan münasibət Azərbaycana olan münasibət kimi qəbul olunmalıdır. Düşünmədən və çəkinmədən münasibətləri iqtisadi və mədəni sahədən, siyasi və hərbi müstəviyə keçirməyi bacarmalıyıq. Ortaq türk ordusu yaranmasından tutmuş, ortaq türk xarici siyasəti yürüdülməsinə qədər, bütün məsələlərdə cəsarətli addımlar atmaq lazımdır. Erməni məsələsinin həlli yalnız cəsarətdən keçir, birgə dayanmaqdan keçir, qarşımızda olanları mütləq aradan aparmalıyıq, yanımızda olanlara qucaq açmağa hazır olmaliyiq və hazırıq. Biz ədalətli status-kvonun həlli olmadan, o düşmən dövlətinin gerbindən Ağrı Dağımız silinmədən, Türkiyənin ərazi bütövlüyü tanınmadan, Azərbaycan ərazilərindən işğalçı orduları çıxmadan bu etnosun bizim torpaqlarda qurduğu qondarma , qoltuqaltı dövlət ilə heç bir əlaqə qura bilmərik . Çox qısa olaraq təklif vermək istəyirəm ki, burda səslənən fikirləri ümumiləşdirib bu forumun sonucu olaraq bir qərara varmaq lazımdır. Ən azından Türkiyə və Azərbaycan tolerant ölkədir. Bu ölkələrdə sneqoqlar, məscidlər, kilsələr bir yerdə fəaliyyət göstərir, bütün etnoslar bir yerdə yaşayırlar. Amma, Ermənistan monoetnik bir ölkədir. Biz forumun sonucunda tələb edirik ki, Ermənistan dərhal ağılsız iddialarından əl çəksin Türkiyəyə qarşı soyqrımla bağlı olaraq və Azərbaycan ərazilərini tərk eləsin. Form adından belə bir bəyanatın qəbul edilməsini zəruri hesab edirəm və qərara salınmasını istəyirəm. Təşəkkür edirəm.” Geri dön |