Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına 80 mln. manat ayrılacaq
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına 80 mln. manat ayrılacaq |
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında əks olunan bəndlərin icrası məqsədi ilə hər il üçün konkret maliyyə vəsaiti ayrılıb. Bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. Nazir müavininin sözlərinə görə, qarşıdakı 4 ildə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına ayrılacaq 80 mln. manat vəsait çərçivəsində biliklərin artırılması, təcrübələrin bölüşdürülməsi, biznes mühitinin yaradılması, əlaqələrin genişləndirilməsi nəzərdə tutulur: “Vəsaitin ayrılması 2012-ci ildən başlanacaq. Birinci il, növbəti il üçün proqramın icrasına 20 mln. manat ayrılacaq”.
İ.Babayev vurğulayıb ki, gələn ildən fəaliyyətə başlayacaq Gənclər Fondu gənclərlə iş sahəsində elmi, mədəni, təhsil, sosial inkişaf və digər sahələrdə strateji, strateji və beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədqiqatçıların Azərbaycanla bağlı tədqiqatlarının aparılması və bu kimi digər məsələlər öz əksini tapacaq: “Fondun maliyyə mənbələri həm büdcə, həm də qrantlar öz fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlərlə olacaq. Yaxın zamanda bu fond yaranacaq. Artıq əsasnamə hazırdır. Hazırda onun hüquqi ekspertizası keçirilir və dövlət qurumları ilə razılaşmalar aparılır”. Geri dön |