Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zaur Qəriboğlu: “Mən bunu ermənidən görsəydim...”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Zaur Qəriboğlu: “Mən bunu ermənidən görsəydim...”

Zaur Qəriboğlu: “Mən bunu ermənidən görsəydim...”


Zaur Qəriboğlu: “Mən bunu ermənidən görsəydim...”

Zaur Qəriboğlu: “KarabakhİNFO.com” 2 il ərzində 22 illik informasiya blokadasını sındırdı”

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının və “KiTV”(“KarabakhİNFO.TV”) onlayn televiziyasının baş redaktoru, yazar Zaur Qəriboğlu son günlər rəhbərlik etdiyi sayta hücumların artması ilə bağlı müsahibə verib.

Zaur bəy, “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı 2 ildə hansı məqsədlərə çatıb? Qarşıdakı hədəflər hansılardır?

“Karabakhinfo.com” beynəlxalq elektron jurnalı 2 ilə yaxındır ki, fəaliyyət göstərir. Biz virtual aləmdə fəaliyyətə ilkin olaraq 3 dildə başladıq və zamanla oxucu auditoriyasının artması, xaricdən gələn məktublar bizə dillərin sayını 10-a çatdırmağa səbəb yaratdı. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov belə bir jurnalın ideya müəllifliyin verəndə HƏDƏFİMİZİN QARABAĞ olduğunu tapşırıq olaraq verdi. İşğalçı ermənilərin informasiya blokadasını sındırmaq qarşımızda duran ilk iş idi. Və biz bunu bacardıq. Bu da silahlı mübarizədən də təhlükəli olan informasiya mübarizəsidir. Bizim gücümüz bizə öz daxilimizdə də düşmən qazandırıb. Hər kəs artıq “KarabakhİNFO.com”-un gücünü görüb paxıllıq etməyə başlayır. KarabakhİNFO.com 22 il ərzində Azərbaycan mətbuatının edə bilməyəcəyini etdi. Azərbaycan mətbuatı pərakəndə halda Qarabağ haqqında müxtəlif məlumatlar verirdi. “KarabakhİNFO.com” 2 il ərzində 22 illik informasiya blokadasını sındırdı. Bu gün artıq Ermənistan mediası, Ermənistana dəstək verən Rusiya mediası, ermənilərin təsirində olan türk mediası, gürcü mediası “KarabakhİNFO.com”-u bir hədəf kimi görürlər. Ermənistanın nüfuzlu panorama.am saytı “KarabakhİNFO.com” Azərbaycan dövlətinin propaqandası adlandırıb. Onlar orada belə bir cümlə

işlədiblər: “Niyə beynəlxalq təşkilatlar, beynəlxalq mətbuat, beyin mərkəzləri KarabakhİNFO-ya istinad verir?” Bu, onu göstərir ki, bizim 2 illik fəaliyyətimizin nəticəsi var ki, beynəlxalq təşkilatlar, beyin mərkəzləri KarabakhİNFO-nu oxuyur, məlumatlarımızdan yararlanır və rəsmi sənədlərdə istifadə edirlər. Bu da Ermənistan hakimiyyətini, ictimaiyyətini, seperatizmini, qondarma Dağlıq Qarabağ Respublikasını təşvişə salıb. Mən qeyd etmək istəyirəm ki, bizim saytımız AVCİYA-nın, QHT-nin tərkibində yaradılmış bir saytdır. Biz dövlət qurumu deyilik, biz dövlətdən maliyyələşmirik. Baxmayaraq ki, Ermənistan KarabakhİNFO.com-u Azərbaycan dövlətinin növbəti propaqandası kimi qələmə verir.

Bu günə qədər hansı dəstəyi görmüsünüz?

Biz bir neçə müddət öncə Azərbaycanda fəaliyyət göstərən biznes təşkilatlarına və telekommunikasiya şirkətlərinə müraciət elədik. Yazdıq ki, gəlin əl-ələ verək cənab Prezidentin hücum siyasətini aparaq. Təssəvvür edin rabitə xidməti göstərən bir şirkət bizə elə bir qiymətlə tarif təklif elədi ki, məktub yazmağımıza peşman olduq. Biz xahiş elədik ki, regionlarda olan jurnalistlərə güzəştli dəstək olsunlar. Onu belə qıymadılar. Başqalarından nə gözləyəsən? Biz saytın dillərinin artırılmasın istəyirik. 10 dildən 15, 20, 25 dildə istəyirik yazılarımızı yayaq. Bir biznez şirkəti irəli durub hər hansı bir bölmənin maliyyəsinə az da olsa dəstək olmursa onların Qarabağ sevgisinə necə inanasan?

Bir tək millət vəkili Elxan müəllim Süleymanovun dəstəyi ilə bu sayt 10 dildə fəaliyyət göstərir. Bunun da hansı çətinlikləri var, onu özümüz bilirik. Bütün bu çətinliklərə baxmayaraq biz onlayn televiziya yaratdıq. 2 il rəhbərliyim dövründə bir çox insanları tanıdım. Hazırda biz müəllif problemi yaşayırıq. Hansı müəllifə təklif edirik ki, “KarabakhİNFO.com”-a məqalə təqdim etsin, yüksək məbləğdə qonorar tələb edir. Təsəvvür edin, bütün günü efirdə olan bir ictimai xadim bizdə yüksək məbləğdə qonorar tələb edir ki, ona pul verək və o da Qarabağ haqqında yazsın. Belə insanlar üçün Qarabağ puldan dəyərsizdirsə onları nəinki əməkdaşlığıa cəlb etmək, hətta ifşa etmək lazımdır.

Bizə bu müddət ərzində dəstək olanların adın saysam görərsiz necə az saylıdılar. Müdafiə nazirinə xüsusi təşəkürümüzü bildiririk ki, bizə imkan yaratdı, bir neçə hərbi hissədə görüşlər keçirdik. Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynova xüsusi minnətdarlığımızı bildirik ki, bizim Xocavəndə getməyimizdə dəstək göstərdi.

“KarabakhİNFO.com” ətrafında istədiyi komandanı formalaşdıra bilibmi?

Bizim 50 nəfərə yaxın əməkdaşımız var. Bu işə rəhbərlik etmədən öncə həmişə düşünürdüm ki, bizim insanlarımızın əksəriyyəti Qarabağ məsələsində həssadırlar. Amma 2 illik fəaliyyət dövründə şahidi oldum ki, heç də mən düşündüyüm kimi deyil. Hansısa bir ziyalıya təklif edirik ki, erməniləri ifşa etməkdə bizə dəstək verin. Bizdən yüksək məbləğdə qonorar tələb edir. Amma başqa yerdə ağız dolusu vətənpərvərlikdən, Qarabağdan danışır.

Azərbaycanda Qarabağ məsələsi ilə məşğul olan bir neçə dövlət qurumu var. Dəfələrlə onların hesabatlarına rast gələndə baxırıq ki, bizdə olan məlumatlar orda yazılır, lakin onların heç biri bir dəfə də olsun bizə əməkdaşlıq təklif etməyib. Bu nə deməkdir? Yazını götürüb öz adlarına verirlər və o yazının mənbəsi olan bizim elektron jurnala istinad vermirlər? Bunun adı beynəlxalq hüquqda müəllif hüquqlarının oğurlanmasıdır, plagiatdır, zehin oğurluğudur.

İstinad vermirlər ki, birdən “KarabakhİNFO.com”-un adı hardasa çəkilər, “KarabakhİNFO.com” –a baxış sayı artar, kimlərsə Qarabağ həqiqətlərini yayan bir jurnaldan məlumatı olar. Xəzər TV, İctimai TV bizim saytın materialları əsasında veriliş hazırlayıblar. Lakin bir dəfə də olsun bizim adımızı hallandırmayıblar.

Bizimlə əməkdaşlıq etmiş, adını millətçi gənclər qoyan insanlar var ki, yüksək məbləğ tələb edib və sonra ayrılıb gedib özü “KarabakhİNFO”-nun adına oxşar sayt açıblar. Mən bunu ermənidən görsəydim mənə təsir etməzdi ki, düşməndir. Həmin insanlar özlərini vətənpərvər kimi qələmə verirlər, amma əsas məqədləri isə “KarabakhİNFO”-nu vurmaqdır. Ona görə ki biz maddi maraqlarını tam təmin etməmişik. Həmin vətənpərvər gənc Qarabağa adına olan işi pulla ölçür. Onun mövqeyindən belə çıxır ki, “Pul ver Qarabağı təbliğ edim”. Ermənistan həmin adamlara pul təklif etsə onlar Ermənistana işləyəcəklər. Həmin insanlar “KarabakhİNFO”-nu düşmən kimi görürlər. Bu, məni çox qıcıqlandırır. Bütün bu çəkişmələrə baxmayaraq biz yolumuzdan dönməyəcəyik. Pul məqsədi ilə Qarabağı sevənlərə acıyırıq sadəcə. Təəssüf edirik. Vətən Anadır. Qarabağ Vətənimizin ürəyidir. Vətəni pulnan sayanlar öz analarına da eləcə münasibət göstərəcəklər.

Zaur bəy, düşmənləriniz kimi dostlarınız da var yəqin ki...

Bizim elektron jurnalın sağ olsun dostları. Millət vəkilləri Qənirə Paşayeva, Fazil Mustafa, Zahid Oruc, Flora Qasımova və adını çəkə bilmədiyim bəzi ictimai siyasi xadimlər var ki, onlar hər zaman bizim yanımızda olublar.

Biz iqtidarımız, müxalifətimizi milli məsələdə həmrəy olmalıdırlar. Bu da çox təəssüf ki bizdə yoxdur. Bizim davamız vəzifə, kreslo davasıdır. Bu istəklə, bu niyyətlə Qarabağı almaq olmaz. Bütün bunlara baxmayaraq biz bu millətin vətənpərvər ruhda olması üçün fəaliyyət göstəririk.

Gənclərin vətənpərvərliyindən razısınızmı?

Çox təəssüfedici haldır ki, indiki gənclərimizdə çox müşahidə etmişəm ki, hansı gənc vətənpərvərdirsə, vətənpərvərlikdən danışırsa ona geridə qalmış kimi baxırlar. Vətəni sevmək geridə qalmaqdır məgər? Gənclərimiz xaricə gedir qayıdanda da olur kosmopolit. Bir şey danışmaq istəyirəm. Xaricdə yaşayan, təhsil alan bir gəncimizə əməkdaşlıq təklif etdik. Bizə bildirdi ki, mənim burada erməni dostlarım var, onlara söz vermişəm ki, Qarabağ haqqında danışmayacam. Bu gün bayraqla şəkil çəkdirib özünü vətənpərvər göstərən gənclər Qarabağ adına müxalif çıxırlar.

Elə insanlar var ki, bizə yazırlar ki, nə üçün Qarabağı bu qədər təbliğ edirsiniz. Biz sülh şəraitində yaşamaq istəyirik. Bəs Xocalıda, Daşaltıda, işğal olunmuş rayonlarımızda ölən insanlarımız sülh istəmirdilər məgər? Onların günahı nə idi?! Bizim millətdə bir mənfi cəhət var ki, Qarabağda onun ailə üzvü, yaxın insanı həlak olmayıbsa, həmin hadisələr onun üçün əhəmiyyətsiz olur. Bax, əsl faciə budur.

Bugünkü uşaqların Qarabağ barədə heç bir məlumatı yoxdur. Biz Təhsil Nazirliyinə müraciət etmişik ki, bizə təhsil müəssiələrində şərait yaratsınlar ki, Qarabağ həqiqətlərini gəncləriməz tanıdaq. Bizə deyirlər ki, gənclərin tolerantlğını pozarsınız. Şəxsən mən öz adımdan iki dəfə Təhsil Nazirliyinə müraciət etmişəm. Ikisində də məktubum geri çevrilib. Öz şəxsi münasibıtlərimiz çərçivəsində bir neçə ali məktəbdə, orta məktəbdə görüşlər keçirmişik. Təhsil Nazirliyi bu işdə bizə dəstək vermədi.

Geri dön