Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Natiq Əliyev: -Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü- layihəsinin reallaşdırılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək
Natiq Əliyev: -Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü- layihəsinin reallaşdırılması ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək |
"Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsinin reallaşdırılması Qara dəniz elektrik enerjisi halqasının inkişafına öz töhfəsini verəcək ki, bu da Azərbaycana öz enerji təhlükəsizliyini möhkəmləndirməyə və elektrik enerjisi ixracını təmin etməyə imkan yaradacaq. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev çərşənbə günü Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) beynəlxalq konfransında deyib.
Onun sözlərinə görə, son illər ərzində Azərbaycan elektrik enerjisi sahəsində böyük uğurlara nail olub, eləcə də ölkədə 15-dən artıq elektrik stansiyası tikilib və yenidən qurulub. Nazir qeyd edib ki, Azərbaycanın enerji sisteminin qonşu ölkələrin analoji enerji sistemləri ilə birləşdirilməsi üzrə fəal işlər görülür. O cümlədən Azərbaycan, Rusiya və İranın enerji sistemlərinin paralel işinin təmin olunması üçün geniş fəaliyyət göstərilir. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi çərçivəsində aparılan texniki işlər Türkiyəyə, perspektivdə isə Avropaya elektrik enerjisi ixracının təmin edilməsinə imkan verir. N.Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanın enerji sisteminin gücü 7105 meqavatt təşkil edir ki, bu da respublikanın elektrik enerjisinə olan tələbatını 1500 meqavatt üstələyir. Ölkə hər il 22 milyard kilovatt/saata yaxın elektrik enerjisi istehsal etməyə qadirdir ki, bu da 2 milyard kilovatt/saat həcmində ixrac potensialı yaradır. Nazir qeyd edib ki, Azərbaycan Avropaya qaz ixracına başlanmasının astanasındadır. Azərbaycan qazı perspektivdə İtaliyadan o yana gedəcək və Mərkəzi Avropaya çatacaq. Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 43,5 milyon ton neft və 29,5 milyard kubmetr qaz hasil olunub. Nazir qeyd edib ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilə bağlı müxtəlif şirkətlərin və təşkilatların qiymətləndirmələri bədbindir. Onun sözlərinə görə, ölkənin karbohidrogen ehtiyatları qiymətləndiriləndən xeyli çoxdur. "Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü" layihəsi Türkiyəyə 1200 meqavat elektrik enerjisinin tədarükünü nəzərdə tutur. Geri dön |