Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan yığması reytinq siyahısında irəliləyib
Azərbaycan yığması reytinq siyahısında irəliləyib |
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmamız ötən ayla müqayisədə 2 pillə irəliləyib.
Hazırda aktivində 396 xalı olan komandamız 83-cü pillədə qərarlaşıb. Siyahının ilk “üçlüy”də qərarlaşan İspaniya və Almaniyanın mövqeyində dəyişiklik olmayıb. İspanlar birinci, almanlar ikinci, Portuqaliyanı qabaqlayan Braziliya isə üçüncü yerədir. Yığmamızın növbəti seçmə mərhələdəki rəqiblərindən İtaliya və Norveçin mövqeyi olduğu kimi qalıb. Appeninlilər 9-cudursa, skandinaviyalılar 55-cidir. Millimiz kimi Xorvatiya da irəliləyib. Slavyanlar 20-ci sıradan 18-ə yüksəlib. Bolqarıstan və Malta isə geriləyib. Artıq bizi bolqarlarla cəmi 5 pillə ayırır. Belə ki, Balkan yarımadası təmsilçisi 5 pillə geri düşməklə 78-ci sıranın sahibi olub. “Cırtdanlar” isə 4 pillə geriləyərək 132-ci sıraya düşüb. Qonşularımızdan 1 pillə geriləyən Rusiya 19-cu pillənin sahibidir. Qardaş Türkiyə yığması 4 pillə irəliləyərək 35-ci sıraya yüksəlib. 5 pillə geriləyən Ermənistan 38-ci, 7 pillə irəli sıçrayış edən Gürcüstan 96-cıdır. Qeyd edək ki, ən böyük irəliyə addım edən komanda ötən il yoldaşlıq oyununda uduzduğumuz Fələstindir. Bu komanda 71 pillə irəliləyib və 94-cü sıraya yüksəlib. Ən mənfi göstəriciyə isə Səudiyyə Ərəbistanı imza atıb. Ərəblər 15 pillə geriləməklə Şimali İrlandiya ilə yanaşı 90-cı pilləni bölüşür. Geri dön |