Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
“21 AZƏR” hərəkatının ildönümü münasibəti ilə Türkiyədə etiraz aksiyası olub
Bir qrup Milli Hərəkat fəalları Türkiyənin Nevşihir şəhərində “21 Azər” hərəkatının növbəti ildönümündə etiraz göstərisi keçirib. Etiraz Göstərisinin iştirakçıları 1946-cı ildə baş verən faciəni şiddətlə pisləyib və hadisə nəticəsində şəhid olmuş soydaşlarımızın şəkillərini nümayiş etdiriblər. Onlar, xarici güclərin yardımı ilə Milli Hökuməti yıxıb və Azərbaycanı işğal edən fars şovinizmini şiddətlə qınayıblar. Nümayiş iştirakçıları Urmu Gölündən də plakatlar nümayiş etdirib və İran rejiminin antitürk siyasəti nəticəsində Azərbaycanın gəlini kimi tanınan Urmu Gölünün qurumasını bir daha dünya ictimaiyyətinə xatırladıblar. Milli fəallar, hazırda İran zindanlarında məhbus həyatı yaşayan azərbaycanlı fəalların şəkillərini də əllərində daşıyıb və onların dərhal azad edilməsini tələb ediblər. Sonda Siyamək Babanəjad tərəfindən qətnamə oxunub və bununlada Göstəri sona çatıb. Göstəridə müstəqil fəallar, GAMOH və GAİP partiyalarına mənsub milli-mədəni fəallar iştirak ediblər. Nümayişi yerli Türkiyə mətbuatı izləyib. Xatırladaq ki, II dünya müharibəsi ərəfəsində Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi xalqı səfərbər edərək “21 Azər” milli hərəkatına start verib və hərəkat 1945-ci il, dekabrın (December) 12-də qələbə ilə başa çatıb. Həmin tarixdə Azərbaycan Milli Hökuməti yaranıb və bir il ərzində dərin islahatlar həyata keçirib. Ancaq hakimiyyət bir il sonra xarici güclərə dayanan şah rejiminin hərbi hücumu nəticəsində yıxılır və bu hadisədə çoxsaylı azərbaycanlı acınacaqlı şəkildə qətlam edilir. İran teleradio təşkilatının Bakı bürosunun müdiri Azərbaycana buraxılmayıb İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazimi Azərbaycan Respublikasına (Cümhuriyyətinə) buraxılmayıb. İranın “Tabnak.ir” saytı bildirir ki, hadisə dekabrın (December) 9-da baş verib. Məlumata görə, İrandan Azərbaycana gələn Əhməd Kazıminin ölkəyə girişinə icazə verilməyib, o, Bakının beynəlxalq aeroportundan (hava limanı, frudqah) geri qaytarılıb. Bu hadisəni “Əhməd Kazıminin təhqiramiz şəkildə Azərbaycan Respublikasından qovulması” kimi qiymətləndirən “Tabnak.ir” saytı yazır ki, İranın media nümayəndələri bu ölkənin Xarici İşlər Nazirliyindən və digər orqanlarından Azərbaycana etiraz notası verilməsini və Azərbaycanın İrandakı bütün media nümayəndələrinin ölkədən qovulmasını tələb ediblər. İran İnqilab Keşikçiləri Korpusunun (Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı olan “Tabnak.ir”in dekabrın 11-də yaydığı “İran teleradiosunun nümayəndəsi niyə Azərbaycandan qovuldu?” başlıqlı yazısında deyilir: “Azərbaycan Respublikası İrana zidd hərəkətlərinin ardınca bu dəfə İran Teleradiosunun Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazımini hər hansı izahat vermədən Bakıdan qovub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (nəhade riyasəte cümhuri) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Tehranda İran mediası rəsmiləri ilə media sahəsində birgə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılaşmasından dörd gün keçməsinə baxmayaraq Bakı aeroportunun məmurları ötən cümə günü axşam saatlarında İran teleradiosunun Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazıminin ölkəyə girişinə mane olaraq onu qovublar. Halbuki Əli Həsənovla İran Teleradio Təşkilatının rəsmiləri belə qərara almışdılar ki, hər iki ölkənin mediası arasında əməkdaşlıq üçün birgə komitə yaransın. İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müdiri Əhməd Kazımi isə İranın sözügedən komitədəki xüsusi nümayəndəsi kimi təqdim edilmişdi. Əli Həsənov Tehrana səfərinin sonunda jurnalistlərə açıqlamasında demişdi ki, belə bir müştərək komitənin yaradılması ilə hər iki ölkənin media sahəsindəki əməkdaşlığı əvvəlkindən daha yaxşı olacaq. Azərbaycanın İranla razılaşmanı pozması belə bir vaxtda baş verir. Azərbaycan Respublikası son aylarda islamçıları əzməklə yanaşı İranın bu ölkədəki qurumlarının fəaliyyətini məhdudlaşdırmağa, İrandan göndərilmiş məmurlara viza verməkdən imtina etməyə başlayıb. Azərbaycan Respublikasının İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin müdiri Əhməd Kazımini təhqiramiz şəkildə ölkədən qovması elə bir vaxtda baş verir ki, hətta İrana müxalif Qərb ölkələri də iranlı müxbirlərlə belə rəftar etməyib. Elə buna görə də İranın media nümayəndələri Azərbaycan Respublikasının bu rəftarına etiraz bildiriblər, onlar İran Xarici İşlər Nazirliyindən və digər əlaqədar orqanlarından bu ölkəyə etiraz notası verilməsini, bu ölkənin (Azərbaycanın) İrandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasını və bu ölkənin İrandakı bütün media nümayəndələrinin ölkədən qovulmasını tələb ediblər”. Əhməd Kazıminin deportasiya (deport) olunmasını Tehranın dövlət radiosu da təsdiqləyib. Radionun xəbərində bildirilib ki, Azərbaycan tərəfindən problemin viza məsələsi ilə bağlı olduğu və tezliklə aradan qaldırılacağı haqda qeyri-rəsmi vəd verilib. Radionun xəbərində deyilir: “Müşahidəçilər bu kimi tədbirləri Əli Həsənovun Tehran səfərini əhəmiyyətsiz və təsirsiz göstərməyə cəhd edən, Azərbaycan Respublikasının rəsmi dairələrində Tehran-Bakı münasibətlərinə müxalif olan bəzi qüvvələrin təşəbbüsü ilə əsaslandırırlar. Deyilənlərə görə, həmin qüvvələr son aylar ərzində Azərbaycan Respublikasının stabilliyinə (sabitlik) zidd olaraq “Pejak”, PKK və münafiqlər qaragüruhlarının da həmin respublikada yerləşməsinə zəmin hazırlayıblar. Qeyd edək ki, Amerika və sionist rejim rəsmiləri Azərbaycan Respublikası hökumətini anti-İran siyasətinə və tədbirlərinə təhrik etmək istiqamətində əllərindin gələni edirlər”. “Əlqədir” stadionunda Urmu Gölü şüarlarının səsləndirilməsi gözlənilir Azərbaycanlılar Urmu Gölünün qurudulması siyasətinə qarşı nə qədər çalışsalarda hələlik heç bir nəticə əldə edilməyib. Bu zəmində Azərbaycanın müxtəlif şəhərlərində kütləvi etiraz yürüşləri həyata keçirildi. Artıq etiraz yürüşlərindən 3 aydan çox keçir, Verilən vədlər isə həyata keçirilmədi. Güney Azərbaycan milli saytları Urmu əhalisinə müraciət edərək yeni Çağırışda bulunublar. Belə ki, dekabrın 14-ü (azərin 23-ü) Urmu şəhərinin 6000 nəfərlik “Əlqədir” stadionunda (stadyom) yerli vaxtla saat 17:00-da Urmu ilə Xorasanın voleybol müsabiqəsi zamanı bir daha etiraz şüarları səsləndiriləcək. Şüarlar: “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir Gəlin gedək ağlayaq – Urmu Gölün dolduraq Sular səddər dalında – Millətimiz zindanda” İRANLI SİYASİ MƏHBUS: “DİNİ RƏHBƏR XALQ QARŞISINDA CAVABDEH OLMALIDIR” Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər nazirinin köməkçisi olmuş siyasi məhbus Mustafa Taczadə islahatçı “Kaleme” saytına yazılı açıqlamasında 2012-ci ilin martında keçiriləcək parlament seçkisindən danışıb. islahatçı namizədlərin parlament seçkisinə qatılmasına qoyulan qadağalardan danışan Mustafa Taczadə deyib ki, İranın dini rəhbəri ayətullah Əli Xamneyi hər hansı saxtakarlığın fəsadları qarşısında bilavasitə məsuliyyət daşıyır: “Hazırkı şəraitdə yalnız ölkə rəhbəri tarixi bir qərar qəbul etməklə seçkinin azad və ədalətli keçirilməsini təmin edə bilər. Əks təqdirdə dini rəhbər xalq və gələcək nəsillər qarşısında cavabdeh olmalıdır. Bu gün islam dünyasının və demokratik hərəkata başlayan müsəlman ölkələrin şüarı “hər fərd bir səsdir” olduğu halda İranda “bir nəfər hamının yerinə” və “hamı bir nəfər üçün” şüarlarını ortaya atıblar. Belə ki, bir nəfər hamının yerinə qərar qəbul edir. Hazırda bölgənin müsəlman ölkələrində cərəyan edən proseslər islamın demokratiya və insan hüquqları ilə uyğunlaşdırılmasına təkid edir. Lakin İranda bunun əksinə olaraq “Taliban” islamının yayılmasına və onun zorla insanlara qəbul etdirilməsinə cəhd göstərirlər. Təəssüflər olsun ki, bu gün İran İslam Respublikası islam dünyasının nümunəsi olmaq əvəzinə islam dünyasının ibrətinə çevrilib. Bu gün ərəb baharına cəhd göstərən bölgədəki hər hansı müsəlman ölkənin ilk sözü budur ki, bizim özümüz üçün nümunə seçəcəyimiz hakimiyyət növü İran hakimiyyəti deyil. Onlar bildirirlər ki, hakimiyyətə gəldikləri təqdirdə ruhanilərə əlavə imtiyazların verilməsinə, onların hər şeyi öz inhisarına almasına imkan verməyəcəklər. Onlar hicabı qadınlara zorla qəbul etdirməyəcəklərini, müxaliflərin hüquqlarını tanıyacaqlarını və tam azad bir rəqabət şəraitində xalqın etimadını qazanmağa cəhd göstərəcəklərini bildirirlər. Əminəm ki, İranda da azad seçki keçirilsə, insan hüquqlarına və demokratiyaya uyğun islam qalib gələcək. Məhz buna görədir ki, iqtidardakılar seçkinin azad şəkildə keçirilməsindən qorxurlar. Bunlar xalqın istək və tələblərinə boyun əyməmək və onları hakimiyyətdə şərik etməmək üçün hətta vətənin, islamın və insanların zərər-ziyana məruz qalması ilə də razılaşır, belə bir təfəkkürə üstünlük verirlər”. İRANDA PREZİDENTƏ AYAQQABI ATIBLAR Dekabrın 12-də İranın Sari şəhərinə səfər edən prezident Mahmud Əhmədinejad bir fəhlənin hücumuna məruz qalıb. Bir neçə yaşayış binasının açılışı və keçmiş daxili işlər naziri Əli Kürdanın vəfatının ikinci ildönümü münasibətilə əhali qarşısında çıxış edən Əhmədinejad gözlənilməz bir səhnə ilə üzləşib. Bir sıra mənbələrin (“Tabnak.ir” saytı, “Azadlıq” radiosunun fars redaksiyası və s.) xəbərinə görə, toxuculuq zavodunun işdən çıxarılmış fəhləsi Əhmədinejada yaxınlaşaraq ölkədəki işsizlikdən və bir ilə yaxındır zəhmət haqqı almamasından gileylənib. Daha sonra fəhlə qəflətən ayaqqabısının hər iki tayını çıxararaq prezidentə doğru tullayıb. Ayaqqabıların İran prezidentinə dəymədiyi bildirilir. İran mənbələrinin bildirdiyinə görə, Əhmədinejad tərəfdarları həmin fəhləni ayaqqabılarını ölkə prezidentinə doğru tulladıqdan dərhal sonra tutub möhkəm döyüblər. İranlı fəhlənin sonrakı taleyi, onun tutulub-tutulmaması haqda məlumat yayılmayıb. ETTELAAT RƏHBƏRİ GƏNCLƏRİ AYIQ-SAYIQ OLMAĞA ÇAĞIRDI Dekabrın 11-də jurnalistlərə açıqlama verən kəşfiyyat naziri (ETTELAAT rəhbəri) Heydər Moslehi ABŞ-ın İranda virtual səfirlik açmasından danışıb. Heydər Moslehi deyib: “Xalq, o sıradan da gənclər ayıq-sayıq olmalı, bu kimi hərəkətlərə aldanmamalıdır. Çünki amerikalıların bu planı casusluq üçün bir tələdir. Səfirliyin, diplomatik qanunlara görə, öz mənası var. Qarşı tərəf sayılan ölkə bunu qəbul etməlidir. Səfirliyin formalaşması müxtəlif qanuni mərhələlərdən, o cümlədən etibarnamə mərhələsindən keçməli, qarşı tərəflə razılaşdırılmalıdır. Lakin amerikalıların virtual səfirlik adı ilə ortaya atdıqları şey, demək olar, mövcud deyil. Amerikalıların bu təşəbbüsə əl atması onların siyasi məğlubiyyətinə və İran İslam Respublikasında istədikləri nəticəni əldə etməkdə uğursuzluğuna işarədir”. ABŞ-ın İranda virtual səfirliyinin saytı dekabrın 6-da fəaliyyətə başlayıb. Virtual səfirlik bu internet ünvanlarında yerləşir: iran.usembassy.gov; persian.iran.usembassy.gov; tehran.usembassy.gov. ABŞ-la İran arasında diplomatik münasibətlər 1979-cu ildən kəsilib. Geri dön |