Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Bakıda Azərbaycanın Maliyyə İnnovasiyaları Forumu keçirilir
Bakıda Azərbaycanın Maliyyə İnnovasiyaları Forumu keçirilir |
İyunun 4-də “Park İnn” otelində Azərbaycanın Maliyyə İnnovasiyaları Forumu (Azerbaijan Financial Innovation Forum) öz işinə başlamışdır.
İki gün davam edəcək forumun məqsədi Azərbaycanın maliyyə bazarının inkişafına dəstək olmaqdır. Tədbirə məşhur PFS, “Saxo Bank”, APEX, CARD, “Credit Andorra Bank”, Sankt-Peterburq Birjası, “Otkrıtie” kimi hüquq, innovasiya və maliyyə sahəsində fəaliyyət göstərən 100-dən çox şirkətin nümayəndələri dəvət olunmuşdur. Forumda Azərbaycanın aparıcı banklarının, sığorta və digər şirkətlərinin nümayəndələri də iştirak edirlər. Dünyanın aparıcı konsaltinq şirkəti olan “Hansa FinCon” tərəfindən təşkil olunan forumda dünya və Azərbaycan investisiya bazarı, hedc fondlarının (Hedge fund) fəaliyyəti, vençur kapital yatırma, broker biznesi və digər mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı. Forum çərçivəsində xüsusilə Xəzər regionunda broker xidmətlərinin irəliləyişi, holdinq şirkətləri və investisiya qurumları, investisiyalar və əmlak, beynəlxalq vergi planlaşdırılması, Azərbaycanın maliyyə sektoru, həmçinin Azərbaycan və Xəzəryanı ölkələrin şirkətlərinin Avropa bazarına çıxmaq imkanları kimi aktual məsələlər müzakirə olundu. İki gün davam edən tədbirdə Milli Dirçəliş Hərəkatı Partiyasının üç nümayəndəsi, sədrin köməkçi müşaviri Leyla Cahangirova, gənclərlə iş üzrə müşavir Coşqun Dadaşov və gənclər təşkilatının üzvü Gülsəhər Salmanova iştirak etmişdir. Milli Dirçəliş Hərəkatı Partiyasından foruma qatılan iştirakçıları xarici ölkələrdən qatılan bank sektoru işçiləri ilə yaxından tanış olmuş və müzakirələr aparmışdırlar. Geri dön |