Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Adətən bizim qatıldığımız tədbirlərə -ənənəvi dostlarımız- qatılmır"
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Adətən bizim qatıldığımız tədbirlərə -ənənəvi dostlarımız- qatılmır"

Fərəc Quliyev: -Adətən bizim qatıldığımız tədbirlərə -ənənəvi dostlarımız- qatılmır"


İsveçrə prezidenti Azərbaycanın parlament müxalifətini əsəbiləşdirdi

Fərəc Quliyev: "Adətən bizim qatıldığımız tədbirlərə "ənənəvi dostlarımız" qatılmır"


Elçin Mirzəbəyli: "Görünür, onlara hətta Azərbaycanın milli maraqları barədə "donos"lar verməyə hazır olan şəxslərlə görüşmək daha sərfəlidir"


Adətən dünyanın aparıcı dövlət başçıları xarici ölkələrə səfər edərkən çox az hallarda həmin ölkənin müxalifət təmsilçiləri ilə görüşlər keçirir. Bütün hallarda, səfərdən əvvəl keçiriləcək görüşlər qarşılıqlı olaraq razılaşdırılır. Digər tərəfdən, o müxalifət partiyaları ilə görüşlər keçirilir ki, onlar parlamentdə təmsil olunur.
Ancaq Azərbaycana münasibətdə bunu görmürük. Con bir ayda artıq ikinci dəfədir ki, bu "ənənə"nin şahidi olduq.

Belə ki, Fransa prezidenti Fransua Olland Bakıda səfərdə olarkən parlamentdəki müxalifət partiyaları ilə deyil, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və jurnalist Xədicə İsmayılla görüşdü. Bəziləri iddia etdi ki, guya Qərb Fransanın timsalında Azərbaycanda müxalifət olaraq yalnız Müsavat, AXCP və onlara yaxın çevrəni qəbul edir.
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter də Bakıda Azərbaycanın bəzi müxalifət rəhbərləri və ictimai təşkilatların təmsilçiləri ilə görüşüb.
Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, ReAl hərəkatının icraçı direktoru Natiq Cəfərli, NİDA Hərəkatı İdarə Heyətinin üzvü Aygün Pəncəliyeva, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov, İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova iştirak edib.
Maraqlısı isə odur ki, Qərb ölkələrinin prezidentləri Azərbaycan müxalifəti ilə keçirdikləri görüş formatında parlamentdə təmsil olunan müxalif partiyaları görmək istəmir.
Görəsən, bunun əsl səbəbi nə ilə bağlıdır?
Milli Məclisdə təmsil olunan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Bakıda səfərdə olan İsveçrə prezidenti Didye Burkhalterin müxalifət liderləri ilə görüşü ilə bağlı bildirdi ki, İsveçrə prezidenti ilə görüşdən ümumiyyətlə məlumatlı olmayıb: "Bakıda deyildim, Türkiyədə forumda iştirak edirdim. Ardınca isə Naxçıvana getmişdim. Bakıya bu gün qayıtmışam. İsveçrə prezidenti ilə partiya sədrlərinin görüşünə nə dəvət almışam, nə də bu barədə hər hansı məlumatım var. Adətən bizim qatıldığımız tədbirlərə "ənənəvi dostlarımız" qatılmır. Biz blok halında birlikdə deyilik və belə tədbirlərə bizim çağırılmağımız ümumiyyətlə gözlənilən deyil".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli isə qəzetimizə bildirdi ki, bu cür format çoxdandır Qərb ölkələri tərəfindən müəyyənləşdirilib: "Görünür, onlara hətta Azərbaycanın milli maraqları barədə "donos"lar verməyə hazır olan şəxslərlə görüşmək daha sərfəlidir.
Bu bizi heç narahat da etmir. Ola bilər ki, biz həmin ölkələrin istədiyini etməyə qadir deyilik. Biz belə qapalı görüşə dəvət alsaydıq da iştirak etməyimizlə bağlı razılıq verməzdik. Çünki açıq formata daha çox üstünlük veririk. Hətta bir neçə dəfə belə görüşdə iştirak da etmişik".

Məhəmmədəli QƏRİBLİ "Bakı Xəbər" qəzeti

Geri dön