Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali Məhkəmənin sədri Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə münasibət bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Ali Məhkəmənin sədri Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə münasibət bildirib

Ali Məhkəmənin sədri Ramil Səfərovun Azərbaycana verilməsi məsələsinə münasibət bildirib


“Ramil Səfərovun Azərbaycana verilməsi ilə bağlı dəqiq məlumatım yoxdur. Bunun üçün iki dövlət arasında razılıq əldə olunmalıdır”.

Bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev deyib.

Azərbaycanın və Macarıstanın “Məhkumların verilməsi haqqında Avropa Konvensiyası”na qoşulduğunu qeyd edən R. Rzayev həmin sənədin Ramil Səfərova şamil edilməsi istiqamətində danışıqlar aparıldığını bildirib.

R. Rzayev deyib ki, Ramil Səfərovun Macarıstan həbsxanasında saxlanmasında siyasi məqsəd olduğunu güman etmir: “Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Beynəlxalq normalar var və buna əsaslanan iki dövlət razılıq əldə edərsə, məsələ müsbət həll olunar. Güman edirəm ki, Ramil Səfərovun Azərbaycana verilməsi məsələsi həll ediləcək. Dövlət strukturları bu məsələ ilə bağlı müvafiq addımlar atır”.

Qeyd edək ki, R. Səfərov Macarıstanda erməni zabit Qurqen Marqaryanı öldürməkdə təqsirli bilinərək, Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Geri dön