Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qartal dağlarda yaşar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Qartal dağlarda yaşar

Qartal dağlarda yaşar


Yer üzərində dağlar milyon illər bundan qabaq meydana gəlmişdir. İnsan yaranandan dağları ucalıq kimi görüb. Daima da dağlara -ucalığa, zirvəyə can atıb.Yüksəkliyi, ucalığı fəth etmək üçün insan həmişə özündə fiziki qüvvə və iradə tapıb.
Xalqın, millətin yüz illərlə məskunlaşdığı yerin relyefi onun xarakterində görünən cizgilər qoyur. Bu cizgilər lazım gələn anda özünü göstərir.
Dağlar Azərbaycanın qeyrət, ucalıq mənbəyidir. Xalq gücü, qüvvəti, saflığı,mərdliyi, igidliyi, dözümlülüyü, vüqarlılığı bu mənbədən alır.
Tarixən yağı düşmənlərin hücumlarının qarşısını almaq üçün Oğuz elləri düzənlərdən dağlara üz tutar, dağlara sığınar, kürək- kürəyə söykənər, orada düşməni məhv edərdi.
Zaman- zaman üstümüzə gələn fatehlərin niyyətləri dağlarda gözlərində qalmışdır.Vaxtiylə Çar Rusiyasına, sonralar isə Sovet hökumətinə, onun yeritdiyi siyasətə baş əyməyən qaçaqlar dağları arxaları,sığınacaqları bilib onlara sığınmışlar.
İki yüz ilə yaxın bir müddət ərzində Zəngəzur, Göyçə, Qarabağ, Kəlbəcər,Laçın dağlarında itib- batan, sözün əsil mənasında görünməmiş "əziyyğt" çəkən rus imperiyası nəhayət, öz murdar, işğalçı məqsədinə çatdı. O yerlərin əbədi və əzəli sakinlərini dağlardan çıxartdı. Ən strateji yüksəkliklər ğlə keçirildi. İndiki Ermənistan adlanan ərazidəki dağlardan əlavə ancaq Şuşa,Laçın, Kəlbəcər bölgələrində dəniz səviyyəsindən 2500 metr artıq olan 20-dən çox dağ zirvəsi erməni faşistlərinin əlindədir. Bizim yüksək zirvələrimizdə oturub bizdən "yüksək status" tələb edən, illərdir aparılmış danışıqları minbir bəhanələrlə heçə endirən, beynəlxalq təşkilatların kəsərsiz qərarlarını saya salmayan , heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmayacağını bildirən erməni faşistləri bilməmiş deyillər ki, Qartal heç vaxt düzəngahda yaşamayıb. Onların yeri- yurdu ucalıqdır, zirvədir.Heç vaxt qarğa,quzğun Qartal ucalığında duruş gətirə bilməz.
Bu gün Kəlbəcərin, Laçının, Şuşanın, Ağdamın, Zəngilanın, Cəbrayılın, Qubatlının və başqa işğal altında olan torpaqlarımızın işğal gününü ürək ağrısı ilə qeyd etdikcə,sabah qələbə, zəfər gününü qey edəcəyik. O günə az qalıb.
Məhərrəm Şəmkirli

Geri dön