Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Gənclər Fondunun dəstəyi ilə Qarabağ bölgəsinin gəncləri maarifləndirilib
Gənclər Fondunun dəstəyi ilə Qarabağ bölgəsinin gəncləri maarifləndirilib |
Ağdam və Ağcabədidə gənclərin iqdisadi problemləri mövzusunda müzakirələr aparılıb
Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Bölgələrdə gənclərin iqtisadi problemləri mövzusunda müzakirələr, maarifləndirmə” adlı layihə həyata keçirilib. Layihənin əsas məqsədi cəmiyyətində gənclərin iqtisadi problemlərinə yetirilən diqqətin artırılması, bu problemlərin həllinə cəmiyyətin mümkün qədər geniş qruplarının, dövlət qurumlarının, qeyri-hökümət təşkilatlarının, işgüzar qurumların, sadə vətəndaşların cəlb edilməsi, bu problemlərin geniş müzakirəsi, onların həlli yollarının axtarılıb tapılması vasitəsi ilə həmin problemlərin daha sürətlə həll edilməsinə yardım etmək olub. Layihənin rəhbəri Camal Abbaszadənin sözlərinə görə layihədə əsasən insan faktorunun önə çəkilməsi yolu ilə gənclərə dəstək olunması düşünülüb : " Hazırda Ermənistan ordusu ilə təmas xəttinə yaxın yerləşən Ağcabədi və Ağdam rayonlarında gənclərin peşə mənimsəmələrinin, əmək fəaliyyətlərinin necə olmasını öyrənməklə onlara daha da artıq diqqətin göstərilməsi məqsədi ilə layihəmizi məhz bu bölgədə həyata keçirməyi düşündük. Ağcabədi rayon Hacılar, Qaraxanlı kəndlərində, Ağdam rayon Çəmənli kəndində keçirilən görüşlərdə məktəblilərin və gənclərin problemləri araşdırılmış, bu sahədə maarifləndirmə işləri aparılmışdır. Bizim məqsədimiz bu problemlərinin aşkar edilməsi və həlli yollarına gənclərlə birgə nail olmaq olub. Bunun üçün sahibkarlıqla bağlı kitabça çap edilərək gənclərə paylanılmışdır. Layihə çərçivəsində geniş ictimai müzakirələr keçirilmişdir. Müzakirələrə təhsil, bələdiyyə və yerli icra srtukturlarının nümayəndələri, QHT, KİV təmsilçiləri, sahibkarlar və sadə vətəndaşlar cəlb edilmişdir. Müzakirələrdə həm də problemlə bağlı geniş məlumata və təcrübəyə malik tanınmış ekspertlər cəlb edilmişdir. Onların iştirakı bu müzakirələrin daha səmərəli keçməsinə səbəb olmuşdur". Onu da qeyd edək ki, layihənin sonunda Bakı şəhərində yekun toplantı keçirilib və nəticələr ictimaiyyətə çatdırılıb. Geri dön |