Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını qətiyyətlə pisləyirik
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını qətiyyətlə pisləyirik

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri: Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını qətiyyətlə pisləyirik


Azərbaycan Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüblər.

Parlamentdən verilən məlumata görə, görüşdə qrupun rəhbəri Fəttah Heydərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı dostluq və qardaşlıq münasibətlərinin dini, mədəni, tarixi baxımdan dərin köklərə əsaslandığını vurğulayıb.

F. Heydərov qeyd edib ki, dövlət rəsmilərinin, parlamentarların qarşılıqlı səfərləri əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür bildirilib. Problemlə bağlı Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqlara ətraflı məlumat verib.

Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir bildirib ki, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyi dəyişməzdir: “İslam dünyasının ayrılmaz parçası olan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını, həmçinin Azərbaycana məxsus mədəni abidələrin və tarixi izlərin yox edilməsi istiqamətindəki fəaliyyətini qətiyyətlə pisləyirik. Bu cür münaqişələrin həllində yalnız özümüzə, xalqlarımızın zəngin potensialına güvənməliyik”.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geri dön