Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güneyli insan haqları fəalı: Məhbuslar ağır şəraitlə üzləşir (Müsahibə)
Güneyli insan haqları fəalı: Məhbuslar ağır şəraitlə üzləşir (Müsahibə) |
Güney Aərbaycanlı insan haqları fəalı Şahin Xiyavlı “Amerikanın Səsi”nə müsahibədə Güney Azərbaycanda milli fəalların həbs və mühakiməsi, habelə bu yaxınlarda İran zindanlarından sərbəst buraxılmış milli fəallar haqda danışıb. Norveçdə yaşayan fəal həmçinin aclıq aksiyası keçirən və sağlıq problemləri yaşayan fəallarla bağlı son məlumatı paylaşıb.
Şahin Xiyavlı ötən may ayında haqqında həbs hökmü çıxarılan, nəzarət altına alınan, sağlıq problemi ilə üzləşən, eləcə də həbs müddətini bitirdikdən sonra ya müvəqqəti şəkildə sərbəst buraxılan milli fəalların adlarını sadalayıb. İranda zindanların durumunun məhbusların sağlığına zərərli olduğunu vurğulayan güneyli fəal xüsusilə Marağa həbsxanasının qeyri-münasib şəraitinə diqqət çəkib. O, bir çox güneyli məhbus o cümlədən, Şəhram Radmehr, Yürüş Mehrəlibəyli, Səid Mətinpur və Lətif Həsənin səhhətinin yaxşı olmadığına toxunaraq, onların mədə ağrısı, bel ağrısı, ürək ağrısı, qan çatışmazlığı və bağırsaq problemləri kimi xəstəliklərdən əziyyət çəkdiyini bildirib. “Məhbusların saxlanıldığı bölmələrin vəziyyəti qeyri-münasibdir, tibbi imkanlar yetərsizdir və həbsxanalarda uzman həkim yoxdur,” deyə Şahin Xiyavlı İran həbsxanalarının durumunu təsvir edib. Son vaxtlarda aclıq aksiyası keçirmiş güneyli məhbuslarla bağlı məlumat verən Xiyavlı onların əsas tələbləri haqda da danışıb. Onun sözlərinə görə, aclıq edən məhbuslar həbs müddətini ailələrinin yaşadığı şəhərdə keçirmək və məzuniyyət haqlarından istifadə etmək istəyir, zindan məsulları və təhlükəsizlik qüvvələrinin özləri və ailələrinə qarşı tətbiq etdiyi basqılara son qoyulmasını tələb edirlər.” “Məhbuslar aclıq aksiyası başladaraq bəlli bir davranışa etiraz edib, tələblərini qəbul etdirmək və diqqətləri özlərinə cəlb etmək istəyirlər, onlar ölümü amaclamırlar, ancaq ölümü gözə alırlar,” deyə Xiyavlı söyləyib. Şahin Xiyavlı siyasi məhbuslarla bağlı xəbərlərin mediada yayılıb və beynəlxalq insan haqları təşkilatlarına çatdırmaq işində birinci vəzifənin ailələr üzərinə düşdüyünü deyib. Onun fikrincə, məhbusların ailələri onların vəziyyəti və məhkəmə prosesi ilə bağlı hər kəsdən çox məlumat sahibi olduqları üçün, xəbərlərin yayılmasına daha çox kömək edə bilərlər. O, güneyli məhbusların xəbərlərinin yayılması ilə əlaqəli hərəkat daxilində də bəzi problemlərin mövcüd olduğuna işarə edib. AUDİOnu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKə müraciət edə bilərsiniz: http://www.amerikaninsesi.org/content/%C5%9Fahin-xiyavl%C4%B1-m%C9%99hbuslar-a%C4%9F%C4%B1r-%C5%9F%C9%99raitl%C9%99-%C3%BCzl%C9%99%C5%9Fir-audio/1930835.html Geri dön |