Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ən böyük uğurumuz efirə başlamağımızdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Ən böyük uğurumuz efirə başlamağımızdır

Ən böyük uğurumuz efirə başlamağımızdır


“Region” televiziyası mayın 10-da ölkə üzrə yayımına başlayıb. Televiziya Gəncənin “Kəpəz TV”, Xaçmazın RTV, Lənkəranın CTV, Yevlaxın EL TV, Şəkinin “Kanal S”, Tovuzun TTV kanallarının birgə yaratdığı televiziya şəbəkəsidir.

İyunun 9-da “Region TV”nin Media Mərkəzinin direktoru Elnur Şibliyev “Media forum” saytının suallarını cavablandırıb.


- “Region TV” bir aydır ölkə miqyasında yayılır. Tamaşaçı auditoriyası barədə nə deyə bilərsiniz?

- Hazırda auditoriyamızla bağlı konkret rəqəm göstərə bilmirik. Ona görə ki, ölkədə reytinqləri ölçən şirkət rəqəmsal formatda yayımlanan telekanalların izləyiciləri ilə bağlı hesablama aparmır. “Region TV” fəaliyyətə başladığı gündən analoq yayımdan imtina edib. Regional kanalların da tam rəqəmsal yayıma keçməsinə hazırlaşırıq.

1 aylıq yayım dövrümüzdə əhalinin müxtəlif təbəqələrindən müsbət rəy aldığımızı söyləyə bilərik. Xüsusən milli-mənəvi dəyərlərimizi əks etdirən yayımlarımız insanlarda xoş təəssürat oyadıb. Canlı yayımlanan verilişlərimizə həm bölgələrdən, həm paytaxtdan, həm də xaricdən çoxlu zəng daxil olur. Bu da onu göstərir ki, telekanalımız izlənilir və bəyənilir. Bir sözlə, telekanalımıza maraq var.

Ən böyük uğurumuz vəd etdiyimiz vaxtda efirə başlamağımızdır. Qısa, hətta rekord müddətdə bu hazırlığın başa çatması qeyri-real görünürdü. Lakin biz bunu reallaşdırdıq və ölkə tamaşaçısının ixtiyarına yüksək səviyyəli yeni telekanal təqdim etdik.

- “Region TV” digər televiziyalardan nə ilə fərqlənir?

- Tamaşaçılar bu telekanalın öz yayım üsulu, yanaşması ilə tamamilə fərqli olduğunu, əsas diqqətin isə regionlar, orada baş verən sosial-iqtisadi, mədəni yeniliklərə yönəldiyini görə bilərlər. Bu fərq sentyabr ayından daha çox hiss olunacaq. Çünki yeni mövsümdən “Region TV” regionlarla bağlı layihələrə daha çox yer verəcək.

Bizim ən önəmli fərqli özəlliyimiz teleşəbəkə olmağımızdır. Teleşəbəkəni 6 müxtəlif regional telekanal birgə yaradıb. Bu cür televiziya təcrübəsi Cənubi Qafqazda olmamışdı.

- Televiziyanın idarəetmə sistemi necə qurulub?

- “Region TV”nin idarəedici orqanı İdarə Heyətidir. İdarə Heyətinin üzvləri şəbəkənin tərkibindəki 6 regional telekanalın rəhbərləridir. Telekanal, onun gələcək yayım üslubu və digər məsələlərlə bağlı qərarları məhz İdarə Heyəti verir.

Kollektivin formalaşması isə başa çatır. Sadəcə bütün telekanallarda olduğu kimi bizim teleşəbəkəmizdə də yeni mövsümlə bağlı layihələr hazırlanacaq və burada yeni əməkdaşlara ehtiyac duyula bilər. “Region TV” 800 əməkdaşı olan böyük bir qurum olduğu üçün burda çalışan şəxslər daim yeni və daha peşəkar kadrlarla əvəzlənir.

- Peşəkar və tanınmış jurnalistlərdən kimlər işə cəlb olunub?

- “Region TV”ni təsis edən regional telekanallar artıq neçə illərdir fəaliyyətdədir. Demək olar ki, bu sahədə kifayət qədər peşəkar mütəxəssis yetişdirilib. Bununla yanaşı, mərkəzi telekanallarda uzun illər işləyən peşəkar kadrlar da “Region TV”yə cəlb olunub.

- Texniki təchizat sarıdan çətinliklər varmı?

- Hazırda bizim bütün studiya kameralarımız 4:3 SD formatında çəkiliş aparır. Tamaşaçıların əksəriyyəti isə ötürülən təsvirə 16:9 formatında göstərən televizorlarla baxır. Təbii ki, bu da təsvirin keyfiyyətinin azalmasında, vizual görüntünün realdan fərqlənməsinə səbəb olur. Belə problemlə Azərbaycanda fəaliyyət göstərən bütün telekanallar üzləşir. Bizim teleşəbəkəmizdə 16:9 formatına keçid üçün təkcə 40-a yaxın yeni studiya kamerası alınmalıdır. Ümid edirik ki, bu çətinliyin öhdəsindən gələcəyik.

- Reklam yığa bilirsinizmi?

- İri şirkətlər öz reklam büdcələrini hər ilin əvvəlində hesablayır və bölürlər. Biz isə may ayında efirə başlamışıq. Buna görə də 2014-cü ildə bu sahədə müəyyən çətinliklərimiz olacaq. Bu il üçün böyük reklam gəlirləri gözləmirik. “Region TV”nin reklam bazarında aktiv iştirakı 2015-ci ilə qalır.

Sevinc Yasinqızı

Geri dön