Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri

Güney Azərbaycan xəbərləri


Londonda azərbaycanlılar İranda insan hüquqlarının pozulmasına qarşı aksiya keçirilib Güney Azərbaycan xəbərləri


Böyük Britaniyada siyasi mühacir həyatı yaşayan bir qrup Güney azərbaycanlılar İranda insan hüquqlarının pozulmasına qarşı etiraz aksiya keçirib.
Piket İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümü münasibətilə keçirilib.
Aksiyaya azərbaycanlılarla yanaşı, əslən İrandan olan qeyri-fars millətlərinin nümayəndələri də qatılıb. Üç saat davam edən piket BBC-nın Baş Ofisinin Londondakı binasının qarşısında baş tutub. Aksiyada Azərbaycan və ingilis dillərində İranda qeyri-fars millətlərinin hüquq pozuntusuna, ayrı-seçkilik siyasətinə, qeyri-qanuni həbslərə etiraz şüarları səsləndirilib. Sonda bəyanat oxunmaqla aksiya insidentsiz başa çatıb.


Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin III qurultayı keçiriləcək

Dekabrın 17-də Amsterdamda Benilüks Azərbaycanlıları Konqresinin (BAK) III qurultayı və yaradılmasının beşilliyi münasibətilə yubiley tədbiri keçiriləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, qurultayda Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, Hollandiyada və Belçikada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.
Qurultayda BAK-ın yeni idarə heyəti formalaşdırılacaq, yeni sədr seçiləcəkdir.
Mərkəzi mənzil-qərargahı Amsterdamda yerləşən BAK 2006-cı ildə yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində BAK Benilüks ölkələrində Azərbaycan diasporunun təşkilatlanması istiqamətində mühüm işlər görmüşdür. BAK Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılmasında, xalqımızın milli-mədəni irsinin, zəngin tarixinin təbliğ olunmasında bir sıra kütləvi tədbirlər həyata keçirmiş və hazırda Azərbaycan lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparır.


ABŞ iki İran generalına qarşı sanksiya tətbiq etdi

ABŞ hökuməti insan hüquqlarının pozulmasında təqsirləndirilən iki İran generalına qarşı sanksiya tətbiq edib. Bu barədə məlumatı Birləşmiş Ştatların Maliyyə Nazirliyi yayıb. Məlumata görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi, eləcə də “İslam İnqilabı Keşikçilər Korpusu” (İİKK) quru qoşunları komandanının müavini general Abdulla Ərağiyə qarşı cərimə tədbirləri onların İranda insan hüquqlarının pozulmasında iştirakı ilə bağlıdırlar. Bu zaman ilk növbədə 2009-cu ildə baş vermiş hadisələr nəzərdə tutulur. Həmin vaxt prezident seçkilərindən sonra Tehranda hakimiyyət əleyhinə nümayişlər qəddarlıqla dağıdılmış, bir neçə nəfər öldürülmüşdü. ABŞ hökumətinin qərarına görə, hər iki generalın ABŞ-dakı mümkün bank hesabları dondurulur, Amerika vətəndaşlarına onlarda iş əlaqəsi qurmaq qadağan edilir. ABŞ Dövlət Departamenti Həsən Firuzabadi və Abdulla Ərağiyə Amerikaya daxil olmaq qadağası qoyub.
“İran xalqı ölkənin sıravi vətəndaşlarının hüquqlarını qorumaq əvəzinə rejimin tənqidçilərini susmağa məcbur edən, narazıları cəzalandıran yüksək rütbəli məmurların hərəkətlərindən ciddi əziyyət çəkir”, - ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Adam Jubin bildirib. Onun sözlərinə görə, sanksiyaların məqsədi sadə iranlıların hökumətin ədalətliliyi uğrunda səylərini dəstəkləməkdir. Eyni zamanda, Ağ ev İran rəhbərliyinin insan hüquqlarının pozulması ilə bağlı cinayətlərdə iştirakının səviyyəsini göstərməkdir.


ABŞ konqresmenləri və senatorları İran Mərkəzi Bankına sanksiyalar tətbiq edilməsinə razılaşıblar

ABŞ Konqresi və Senatının üzvləri İran Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edilməsi məsələsində razılığa gəliblər.
Hər iki qurumun üzvləri müzakirələrdən sonra gələn həftə bu layihənin təsdiqlənəcəyinə ümid etdiklərini açıqlayıblar.
Demokrat senator Karl Loyn bildirib ki, bu layihə ilə əvvəlkinin 96% oxşarlığı var: “Bu layihəyə əsasən, İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən və ölkənin nüvə proqramının inkişaf etdirilməsində şübhəli bilinən yerli şirkət və institutlara ABŞ hökuməti tərəfindən sanksiya tətbiq olunacaq. Ancaq layihə İran Mərkəzi Bankı ilə əməkdaşlıq edən xarici şirkətlərə şamil olunmayacaq”.


Hüseyn Ronəqi aclıq aksiyasına başlayıb

Babək Xürrəmdin ləqəbli veblaqçı məhbus Hüseyn Ronəqi şənbə günü aclıq aksiyasına başlayıb.
Tehranın Evin zindanının 350-ci bölümündə məhbus həyatı yaşayan soydaşımız, səhhətinin kəskin pisləşməsi və müalicə üçün məzuniyyətə buraxılmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
məlumata görə, Hüseyn Ronəqinin dosyesinə islam inqilab keşikçilər korpusunun müdaxilə etdiyi üçün, onun müalicəsi və məzuniyyətə buraxılması mümkün olmur.
Qeyd edək ki, adını çəkdiyimiz məhbus böyrək xəstəliyindən əziyyət çəkir. O, son aylarda iki dəfə cərrahi əməl olsada, mülicə prosesi lazımı qədər davam etdirilmir və bu səbəbdəndə səhhətində irəlləyiş olmur.


5 nəfər milli-mədəni fəal məhkəməyə çağırılıb

Tağı Moləvi və Behzad Xudayari daha 3 nəfər milli-mədəni fəalla birlikdə məhkəməyə çağırılıblar.
Azərbaycanlı fəallar və “Traxtur” futbol takımı tərəfdarları bu gün Təbrizin inqilab məhkəməsində irəli sürülən ittihamlarla bağlı özlərini müdafiə etməlidirlər.
Qeyd edək ki, azərbaycanlı fəallar 2 il öncə “Traxtur”la “Mis” müsabiqəsi zamanı “`Marağanın ürəyinin səsi Traxtur`və `Yaşasın Azərbaycan`” məzmunlu plakat nümayiş etdirdiklərinə görə tutulub və Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına intiqal edilmişdilər.
Tağı Moləvi və Behzad Xudayari 15 gün işgəncələr altında saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdılar.
Azərbaycanlı fəallar ümumi asayişi pozmaq, sistemin əleyhinə təbliğ və Rəhbəri təhqir etməkdə günahlanırılıblar. Onlar, artıq birinci iki ittihamdan bəraət qazanıblar.


Nasir Derazşəmşirdən yeni xəbər

Güney Azərbaycanlı fəal Nasir Derazşəmşir təxminən 4.5 ay həsbdən sonra qardaşı və vəkili ilə qısa telefon əlaqəsi saxlayıb.
Azərbaycanlı fəal sistemin əleyhinə təbliğ, Azərbaycan Cümhuriyyətinin xeyirinə casusluq və Azərbaycan kəşfiyyatı üçün casus cəlb etməkdə günahlandırılıb.
O, təxminən 3 həftə öncə Ərdəbil Zindanından Təbriz zindanına köçürülüb. Dosyesi isə Təbrizin ümumi və inqilab məhkəməsinə intiqal edilib.
Xatırladaq ki, Derazşəmşir 2011-ci il avqust ayının 6-ı (mordad ayının 15-i) Muğanın Cəfərabad qəsəbəsində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb.


Almaniyada yeni Azərbaycan diaspor təşkilatı yaradılıb

Almaniyanın Hannover şəhərində 21 Azər Cəmiyyəti fəaliyyətə başlayıb. Bu barədə təşkilatın sədri, Almaniyada yaşayan soydaşımız Nasir Bağıroğlu məlumat verib. Onun sözlərinə görə, 21 Azər Cəmiyyətinin əsas məqsədi bu ölkədə Azərbaycan milli mədəniyyətinin tanıdılması, Qarabağ həqiqətləri, İranda yaşayan azərbaycanlıların üzləşdikləri hüquq pozuntuları haqda məlumatlar yaymaqdır: “Alman cəmiyyəti Azərbaycan haqqında ətraflı məlumata malik deyil. Odur ki, biz bu ölkədə Azərbaycanı layiqli şəkildə təbliğ etməyə çalışacağıq. Zəngin mədəniyyətimizi, tariximizi tanıtmaq Avropada Azərbaycan haqqında müsbət rəyin formalaşmağına təsir edəcək”. Təşkilatın fəaliyyət proqramı haqqında da məlumat verən Nasir Bağıroğlu Azərbaycanın əlamətdar və tarixi günlərini qeyd edəcəklərini bildirib: “ Təşkilatımızda 28 May Respublika Gününü, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, 21 Azəri və başqa tarixi günləri qeyd edəcəyik. Azərbaycan haqqında daha çox məlumat vermək məqsədi ilə tədbirlərimizə alman dostlarımızı da dəvət edəcəyik”.

Geri dön