Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Xan qızı Natəvanın Kasıb günlərinin ağrıları
Xan qızı Natəvanın Kasıb günlərinin ağrıları |
Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində XIX əsrin tanınmış şairi Xurşidbanu Natəvanla ilgili bir çox materiallar saxlanılır. Materialların çoxu Zaqafqaziya Şiə İdarəsinə aid 290 nömrəli fondda toplanmışdır. Tərtibinə1890 -cı ilin martın 21-də başlanmış sənədlər toplusu yeddi vərəqdən ibarətdir.
Həmin sənədlər şairin tərcümeyi -halını dərindən öyrənmək baxımından çox maraqlıdır. Sənədlər toplusunun başlığı onun məzmununudan xəbər verir: "Şuşa şəhərinin sakini mərhum general-mayor Mehdiqulu xanın qızı Xurşid Banu Bəyimə onun sonsuz mərhum David xan Ağalarov Cavanşirlə qohumluğunu təsdiq edən şəhadətnamə verilməsi haqqında". ( По прошению жителья гор.Шуши Хуршуд Бану Бегума дочери покойного генерал - майора Мехти Кули хана и выдать ей свидительство и ее родстве с бездетно умершим Давид ханом Агаларовым Джеваншир) Materiallardan aydın olur ki,Tiflisdə Cavanşirlər nəslindən David xan Ağalarov Cavanşir vəfat etmişdir. Cavanşirlər nəslindən bir neçə adam özünü David xanın birbaşa qohumu hesab edir, varissiz ölən David xanın mirasına sahib olmaq fikrinə düşür. David xanla qohumluğunu təsdiq etmək üçün Xurşid Banu Bəyim daha diribaş tərpənir, Zaqafqaziya Şiə Ruhani İdarəsinin Sədrinə - şeyxülislam Axund Mirzə Həsən Tahirova müraciət edir. Yeri gəlmişkən deyək ki, Mirzə Həsən Tahirovun (1837-1893) ulu babaları əslən Güney Azərbaycanın Sərab vilayətindəndir. Onun törəmələri sonralar Arazın bu tayına köçmüş,Şuşa şəhərində,Kəngərli və Qapanlı kəndlərində məskunlaşmışlar. Şeyxülislam Axund Mirzə Həsən Tahirzadə Tahiroğlular kimi tanınan şəcərənin Məhəmmədtahir soyundandır. O, Xurşidbanu Natəvandan 5 yaş kiçikdir. Çox güman ki, Həsənlə Natəvan uşaqlıq illərindəm bir-birini yaxşı tanımışlar. Beləliklə, Xan qızı Xurşid Banu Bəyimi, onun əslini, nəslini yaxından tanıyan şuşalı şeyxülislam tərəddüd etmədən Natəvana lazım olan sənədləri cəmi altı günün ərzində hazırlayıb, ərizəçiyə çatdırır. Sənədləri Şeyxülislamla yanaşı , Ruhani İdarəsinin üzvləri - Axund Molla Mustafa Talıbzadə ( görkəmli pedaqoq , yazıçı Abdulla Şaiqin atası-N.N.) və Axund Hacı Məmmədhəsən Mollazadə imzalamışdır. Sənədlər Cavanşirlər nəslinin ailə şəcərəsini öyrənmək baxımından çox əhəmiyyətli görünür. Xurşid Banu Bəyim mərhum general -leytenant İbrahim xanın oğlu mərhum general -mayor Mehdiqulu xanın doğma və qanuni qızıdır. Xurşid Banu Bəyimin anası - Bədircahan Bəyim Uğurlu xan qızı Ziyadxanovadır. General Mehdiqulu xan general-leytenant İbrahim xan Cavanşirin oğlu mərhum Əhməd xanın yeganə qardaşıdır. Əhməd xanın oğlu general -leytenant Həsən bəy Ağalarovdur. David xan General-leyenant Həsən bəy Ağalarovun oğludur. Şəhadətnamə 1890-cı il martın 27-də imzalanmışdır. *** ... Qocalığında kasıb həyat tərzi keçirən Xan qızının ölümünə hələ yeddi il qalırdı. *** Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbi Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü, TQDK-nın eksperti. Bakı, 01.09.2012-ci il-10.06.2014. Geri dön |