Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanda sənaye istehsalı 5% azalıb
Azərbaycanda sənaye istehsalı 5% azalıb |
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sənaye sahəsində məhsul istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 5% azalaraq 31,2 mlrd. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, məhsulun 78%-i və ya 24,3 mlrd. manatı mədənçıxarma bölməsində, 17%-i, yaxud 5,3 mlrd. manatı emal bölməsində, 4,4%-i və ya 1,4 mlrd. manatı elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,6%-i və ya 170,7 mln. manatı su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunub. «Emal bölməsinin məhsullarından qida məhsullarının istehsalı 6,3%, içki istehsalı 10,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 8,4%, geyim istehsalı 57,2%, ağac emalı və ağacdan məmulatların istehsalı 17%, poliqrafiya məhsullarının istehsalı 4,1%, neft məhsullarının istehsalı 1,1%, kimya sənayesi məhsullarının istehsalı 30,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 34,6%, tikinti materiallarının istehsalı 2,6%, metallurgiya sənayesi məhsullarının istehsalı 92,2%, kompüter və digər elektron avadanlıqların istehsalı 30,2%, maşın və avadanlıq istehsalı 0,9%, avtomobil və qoşquların istehsalı 8,5%, sair nəqliyyat vasitələri istehsalı 1,7%, mebel istehsalı 16%, maşın və avadanlıqların quraşdırılması və təmiri 71,5% artıb», - deyə Komitədən bildirilib. Hesabat dövründə sənaye məhsulu istehsalı neft sektorunda 8,2% azalıb, qeyri-neft sektorunda isə 9,7% artıb. Geri dön |