Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa çempionatında gümüş medal qazanmış gimnastlarımız təəssüratlarını bölüşüblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa çempionatında gümüş medal qazanmış gimnastlarımız təəssüratlarını bölüşüblər

Avropa çempionatında gümüş medal qazanmış gimnastlarımız təəssüratlarını bölüşüblər


Bu gün Bakıda başa çatan bədii gimnastika üzrə XXX Avropa çempionatında gümüş medal qazanmış Azərbaycanın qrup komandasının üzvləri təəssüratlarını bölüşüblər.
Gimnast Diana Doman dəstəyə görə hamıya, o cümlədən Azərbaycan yığmasının azarkeşlərinə təşəkkür edib: "Bu mənim üçün ilk Avropa çempionatıdır. Bu, çox məsuliyyətli idi. Belə dəstək və bu cür tribuna qarşısında çıxış etmək çox xoşdur. Bütün məşqçilərə və komandamıza minnətdaram. Biz çox şadıq və nəticələrdən razıyıq".
Aynurə Mustafayeva qeyd edib ki, bu onun ikinici qitə birinciliyi olub: "Ötən il Vyanada qrup hərəkətlərində də ikinci olmuşduq. Bu il isə hər şey - ab-hava və təşkilati işlər daha yaxşıdır. Bizi hamı dəstəkləyir və arenaya çıxanda hər şeyi məmnuniyyətlə etmək istəyirsən. Emosiya və dəstək çox yüksək idi. Hamıya təşəkkür edirəm".
Azərbaycanın digər gimnastı Səbinə Abbasova üçün isə bu, üçüncü Avropa çempionatıdır ki, bunun ikisi Bakıda olub. S.Abbasova deyib: "Öz xalqının və yerli tamaşaçıların sənə kömək etməsi çox xoşdur. Mən azarkeşlərimizə, Azərbaycan Gimnastika Federasiyasına və onun prezidenti Mehriban Əliyevaya, həmçinin məşqçilərimizə dəstəyə görə təşəkkür etmək istəyirəm".
Gülsüm Şəfizadənin təəssüratları isə belə olub: "Biz var gücümüzlə mübarizə aparırdıq və çalışırdıq. Azarkeşlərin bizi dəstəkləməsi çox xoş idi. Biz ölkə üçün çalışırdıq, bacardığımızı nümayiş etdirdik. Hamıya təşəkkür edirəm".
Qeyd edək ki, Azərbaycan yığması Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında 3 top və 2 lentlə qrup tapşırıqlarında ikinci yeri tutub. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.

Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər.
Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub.

Geri dön