Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türk və Kürd xalqlarının dostluğu tarixi faktlarla
Türk və Kürd xalqlarının dostluğu tarixi faktlarla |
Yazar Çimnaz Məmmədova müstəqil araşdırmalar aparıb, türk və kürd ziyalılarının, müdriklərinin tarixən söylədikləri hikmətli sözləri toplayaraq hər iki xalq üçün önəmli olan “Türklər və kürdlər bir ata-ananın övladlarıdırlar” adlı kitab yazmışdır. Müəllif kitabda göstərir ki, qədim dövrlərdən insan nəsli coğrafi ərazilərə yayılmaş və dövlətlər yaratmışlar, eyni zamanda coğrafi iqlimlər üz görünüşlərinin, danışıq dillərinin formalaşması prosesinə təsir etmişdir. İnsanların başqa-başqa dillərdə danışması, adət-ənənələrə malik olması, dini inanclarında fərqlərlilikləri tarixi minilliklərin bir daha coğrafi təsirindən əmələ gəlmişdir. Təkallahlığı qəbul edən bütün dinlərdə insanın insan tərəfindən fərqliliklərə görə məhv edilməsi, bir qrup insanın başqa qrup insanın ərazisini zəbt edib sərvətini talaması vəhşilik adlandırılır və Allah qarşısında haqq-ədalətin pozulması kimi qiymətləndirilir...
Çimnaz xanım əsərdə göstərir ki, dünya ərazisinin dövlətlər tərəfindən bölünüb qurtardığı indiki zamanda artıq yeni ərazi dövlətlərinin yaranması zamanı başa çatmışdır. Söz yox ki, böyük güc dövlətləri arasında gedən dünyəvi nüfuz mübarizəsi getiyi zamanda bir ölkə daxilində etniklər arasında süni yaradılan münaqişələrə cəlb edilən insanların öz dövlətinə və xalqına vurduğu zərbə şəxsi mənafe güdənlərin “Düşmən dəyirmanına su tökməsindən” başqa bir şey deyildir. Qardaş Türkiyə Respublikasında yaşayan türklər və kürdlərin hansının kökünü, genetik keçmişini araşdırsaq, tütk qnı, türk südü, və ya kürd qanı, kürd südü olduğunu görərik. Belə bir təkzibolunmaz həqiqət qarşısında xarici düşmənlərin siyasi tələlərinə düşmək , həyata keçməsi mümkün olmayan yalançı vədlərinə aldanıb manqurtlaşmaq nankorluqdan başqa bir şey deyildir... Türklərlə kürdlər minilliklər boyu birgə yaşayıb dövlət qurmuşlar və həmin dövlətin müdafiəsi üçün canlarından keçmişlər. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabın çap olunub işıq üzü görməsində imkanlı iş adamlarının maddi dəstəyinə böyük ehtiyac vardır. Bu içə dəstək verən insanlara əvvəlcədən öz minnətdarlığımızı bildiririk. Niftalı Göyçəli Geri dön |