Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Bölgənin iradəsi, ölkənin taleyini həll edə bilməz (audio)
Bölgənin iradəsi, ölkənin taleyini həll edə bilməz (audio) |
Fərəc Quliyev: Ölkənin bir hissəsində keçirilən referendum bir unitar dövlətin taleyini həll edə bilməz.
Dünən - 17 iyun 2014-cü il tarixdə, Bakıda keçirilən NATO Parlament Assambleyası 86-cı ROUZ-ROUT seminarının ikinci günü “Krım böhranı: Cənubi Qafqaz üçün nəticələri” panelində müzakirə zamanı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev süni münaqişələr bölgələrində status və referendum haqda sual və münasibətlə çıxış edib. Çıxışın tam mətnini və audio yazını təqdim edirik: “Çox təşəkkür edirəm. Mən hər üç məruzəçiyə təşəkkürümü bildirirəm. Xüsusən cənab Arkadi Moşezin və xanım Amandanın maraqlı fikirləri oldu. Bu iki məruzəçi də əslində Rusiyanın Krım məsələsindəki davranışlarını gələcəkdə də pis ənənə halına gələcəyindən narahatlıqlarını bildirdilər. Hətta, xanım Amanda bildirdi ki, növbədə Moldova ola bilər. Eləcə, Gürcüstanın da adı çəkildi burda. Hesab edirəm ki, Rusiyanın süni şəkildə yaratdığı münaqişə ocaqlarına , biz ayrı-ayrı subyektlər kimi baxsaq da, Rusiya məsələlərə bir bütöv kimi baxır və törətdiyi bütün bu kimi hadisələrdə eyni təcrübədən istifadə edir. Buna görə də, mən qısaca olaraq bir sual vermək istəyirəm: Sualım cənab Arkadi Moşezədi. Rusiya Krımda pis bir ənənə qoydu və guya xalqın referendum keçirmə məsələsi və statusun müəyyənləşməsi məsələsini ortaya gətirdi. Amma biz bilirik ki, orda bir statusun müəyyənləşməsində gerçək bir referendum olmamışdır və hamımız bilirik ki, bir bölgənin iradəsi bütövlükdə ölkənin taleyini həll edə bilməz. Yəni, bir ölkənin bir hissəsində keçirilən referendum bir unitar dövlətin taleyini həll edə bilməz. Bu gün və dünən müzakirələr zamanı Ermənistan tərəfi də dəfələrlə Qarabağın status məsələsini qaldırdı. Hərçənd ki, ATƏT-in ilkin mandatına görə Dağlıq Qarabağ ətrafındakı ərazilər boşaldılmayana qədər status məsələsi müzakirə oluna bilməz. Mən sualımı vermək istəyirəm ki, Referendum məsələsi də ortaya gətirilirdi və burada bir referendum məsələsi qaldırılacaqsa və siz də bu ənənənin qarşısını almayacaqsınızsa, sabah Krımdakı məsələ kimi bir məsələ ortaya çıxmazmı? Çünki, siz də qeyd edirsiniz ki, Krım məsələsi də, Moldovada olan məsələlər də, Gürcüstanda olan məsələ də, Qarabağ məsələsi də ümumi bir təhdiddir və bu bütün bəşəriyyətin təhlükəsizliyinə təhdiddir. Bu elementlərin aradan qaldırılması üçün tədbirlər görüləcəkmi? -xahiş edirəm, buna bir cavab verəsiniz”. MDHP Mətbuat Xidməti Geri dön |