Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukrayna parlamenti hökuməti Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərə dərhal başlamağa çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Ukrayna parlamenti hökuməti Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərə dərhal başlamağa çağırıb

Ukrayna parlamenti hökuməti Rusiya ilə sərhədin demarkasiyası üzrə işlərə dərhal başlamağa çağırıb


Ali Rada dövlət sərhədinin qorunmasının gücləndirilməsinə dair qərarı dəstəkləyib.

Qərarın lehinə 261 deputat səs verib. Kommunist Partiyasının və Regionlar Partiyasının parlament fraksiyaları səsvermədə iştirak etməyib.

Qərara əsasən, Dövlət Sərhəd Xidmətinə Rusiya ilə dövlət sərhədini tam nəzarətə alınması məqsədilə bir ay ərzində işçi heyətinin sayını artırmaq tapşırılıb. Nazirlər Kabinetinə bir ay müddətində Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin sayını müəyyənləşdirmək həvalə olunub. Rusiya ilə sərhədin quru hissəsinin birtərəfli qaydada demarkasiyasının dərhal aparılması üçün lazımi sənədlərin təsdiq edilməsi təklif olunub. Sərhədin möhkəmləndirilməsi və təchiz olunması işində AB sərhəd modeli nümunə kimi istifadə olunacaq.

Həmçinin Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin işinin dərhal dayandırılması nəzərdə tutulub. Bundan başqa, sərhədin Moldova ilə, əsasən də, separatçı Dnestryanı ilə yerləşən hissəsini xüsusi nəzarətə götürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya tərəfi ötən gün Ukraynanın sərhədi birtərəfli qaydada demarkasiyasını tanımayacağını bəyan edib.

Geri dön