Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Meşkinşəhrin qədim Şəhər yeri və Şirvan dərəsi – ƏRDƏBİLDƏN VİDEO REPORTAJ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Türkün şanlı tarixi > Meşkinşəhrin qədim Şəhər yeri və Şirvan dərəsi – ƏRDƏBİLDƏN VİDEO REPORTAJ

Meşkinşəhrin qədim Şəhər yeri və Şirvan dərəsi – ƏRDƏBİLDƏN VİDEO REPORTAJ


Güney Azərbaycanda Savalan dağının ətəyi hələ qədimlərdən mədəniyyət beşiyi olub. Meşkinşəhrdə (Xiyov) hələ tarixçilərə məlum olmayan, araşdırılması vacib, qədim dünya tarixinə baxışları dəyişdirəcək bir məzarlıq var. Adına "Şəhər yeri" deyirlər. 400 hektar ərazini əhatə edən bu yer Meşkinşəhrdən 30 km uzaqlıqda yerləşir. Bu qədim mədəniyyət nümunəsi Türkmənçay müqaviləsində adı hallanan Qarasu çayı ətrafında formalaşıb. Bu ərazini ilk dəfə 1978-ci ildə Çarlz Berni adlı alman tədqiqatçı araşdırıb. Daha sonra İran hökuməti arxeoloji qazıntılar aparmaq missiyasını öz üzərinə götürüb və qazıntılar 3 fəsil davam edib. İndiyə kimi ərazinin cəmi 1 faizində arxeoloji qazıntı aparılıb. Amma artıq mühüm tarixi faktlar ortaya çıxıb. Bu mədəniyyətin başlanğıc tarixinin eramızdan 1500 il əvvələ gedib çıxmasına dair ehtimallar var. "Şəhər yeri"ndən tapılan saxsıların daş dövrünə aid olduğu güman edilir.


Buraya tıkla

Geri dön