Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > BMT: II Dünya Müharibəsindən sonra ilk dəfə bütün dünyada didərginlərin sayı 50 milyon nəfəri ötüb
BMT: II Dünya Müharibəsindən sonra ilk dəfə bütün dünyada didərginlərin sayı 50 milyon nəfəri ötüb |
II Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə bütün dünyada qaçqınların, sığınacaq axtaranların və məcburi köçkünlərin sayı 50 milyon nəfəri ötüb.
BMT-nin Azərbaycandakı nümayəndəliyindən daxil olan məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) açıqladığı hesabatda bildirilib. Hesabatda qeyd olunub ki, hökumətlər və tərəfdaş qeyri-hökumət təşkilatları tərəfindən toplanmış məlumatlara və Ali Komissarlığın öz qeydlərinə əsaslanan BMT QAK-ın Qlobal tendensiyalara dair illik məruzəsi göstərir ki, 2013-cü ilin sonunadək 51,2 milyon nəfər didərginə çevrilib, bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon nəfər çoxdur. Bu böyük artım əsasən Suriyadakı müharibədən qaynaqlanıb, həmin müharibə ucbatından ötən ilin sonunda 2,5 milyon nəfər qaçqına, 6,5 milyon nəfər isə məcburi köçkünə çevrilib. Yeni didərginlik hallarının əsas hissəsi həmçinin Afrikada, xüsusən Mərkəzi Afrika Respublikasında, habelə 2013-cü ilin sonlarına doğru Cənubi Sudanda müşahidə edilib. "Biz burada görürük ki, müharibələrə son qoymamaq, münaqişələri həll etməmək və ya onların qarşısını almamaq necə baha başa gəlir", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib: “Bu gün sülhün yoxluğu təhlükəli həddədir. Humanitar yardımlar vəziyyəti yüngülləşdirən amil kimi kömək edə bilər, amma siyasi həll yollarına son dərəcə ehtiyac var. Bu olmasa, bu rəqəmlərdə əks olunan münaqişələrin və kütləvi iztirabların təşviş doğuran səviyyəsi artmaqda davam edəcək". Bütün dünyada ümumilikdə 51,2 milyon nəfər didərginin olması yardıma ehtiyacı olan çoxlu sayda insanların olduğunu göstərir, bu isə həm dünyanın donor dövlətlərinin xarici yardım büdcələrinə, həm də qaçqın böhranının baş verdiyi ölkələrlə həmsərhəd olan ölkələrin qaçqınları qəbul etmək və yerləşdirmək imkanlarına mənfi təsir göstərir. Beynəlxalq birlik fikir ayrılıqlarının öhdəsindən gəlməli və bu gün Cənubi Sudandakı, Suriyadakı, Mərkəzi Afrika Respublikasındakı və hər hansı digər yerlərdəki münaqişələri dayandırmağın və ya onların qarşısını almağın həlli yollarını tapmalıdır. Ənənəvi donorlarla yanaşı, qeyri-ənənəvi donorların da lazımi addımlar atmasına ehtiyac var. Bu gün didərgin düşmüş insanların sayı bütövlükdə Kolumbiya və ya İspaniya, Cənubi Afrika və ya Cənubi Koreya kimi orta böyüklükdə olan ölkələrin əhalisi qədərdir". Bildirilib ki, qlobal tendensiyalara dair məruzədə yer alan didərginlik barədə məlumatlar üç qrupu – qaçqınları, sığınacaq axtaranları və məcburi köçkünləri əhatə edir. Bunların arasında qaçqınların sayı bütün dünyada 16,7 milyon nəfərdir, onlardan 11,7 milyon nəfəri BMT QAK-ın himayəsi altındadır, qalanları isə BMT-nin oxşar profilli digər qurumu olan Fələstin üçün Yardım və İşlərin Təşkili Agentliyi tərəfindən qeydə alınıblar. Təkcə bu ümumi rəqəmlər 2001-ci ildən bəri BMT QAK-da ən yüksək rəqəmlərdir. Bundan əlavə, 2013-cü ilin sonunda BMT QAK-ın himayəsi altında olan qaçqınların yarıdan çoxunun (6,3 milyon nəfərin) öz ölkələrini tərk etməsindən 5 ildən çox zaman keçmişdir. Ümumiyyətlə, BMTQAK-ın himayəsi altında olan ən çox qaçqın əhali, mənşə ölkəsi üzrə götürüldükdə, əfqanlar, suriyalılar və somalililərdir – onların birlikdə sayı bütün dünya üzrə qaçqınların ümumi sayının yarısından çoxdur. Eyni zamanda, Pakistan, İran və Livan digər ölkələrə nisbətən ən çox qaçqın qəbul etmiş ölkələrdir. Regionlar üzrə götürüldükdə, Asiya və Sakit okean regionunda qaçqın əhalinin sayı daha çoxdur – ümumilikdə 3,5 milyon nəfərdir. Afrikanın cənubi Saxara bölgəsində 2,9 milyon nəfər, Orta Şərqdə və Şimali Afrikada isə 2,6 milyon nəfər qaçqın var. Geri dön |