Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Sürgündə olan Vətən Borçalı
Sürgündə olan Vətən Borçalı |
Sürgündə olan Türk Ellərinin real vəziyyəti və yerli hakimiyyətlərin yürütdüyü assimilyasiya siyasətini Azərbaycan-Türk toplumunun nəzərinə çatdırmaq üçün bu dəfəki yazımızı Türk Dünyasının bir parçası olan Borçalı mahalına həsr edəcəyik. İstəyimiz Borçalı Türklərinin vəziyyətini, Gürcüstan hökümətlərinin soydaşlarımıza qarşı yürütdüyü siyasəti, soydaşlarımızın başına açılan oyunları obyektiv bir şəkildə sizlərə çatdırmaqdır.
Gürcüstan Respublikasında 1989-cu ildə aparılan siyahıyalmaya görə, bu ölkədəki Azrbaycan türklərinin sayı 600 min nəfərdən ibarətdir. 2002-ci ilin statistikasında isə buradakı türklərin sayı 284761 nəfər kimi göstərilir. Ancaq bu rəqəm dəqiq deyil. Belə ki, Gürcüstan hökuməti buradakı türklərin sayını bilərəkdən az göstərməkdədir. Dünyanın müxtəlif qeyri-hökumət təşkilatlarının apardıqları tədqiqatlara görə də bu məlumatlar qəsdən azaldılıb. Belə ki, yeridilən gürcü siyasəti nəticəsində bu ölkəni tərk edən azərbaycanlıların sayı da şişirdilir. Gürcüstandan Borçalı türklərinin çıxarılması müxtəlif dövrlərdə, müxtəlif hakimiyyətlər tərəfindən daim davam etdirilib. Məsələn, Bolnisi rayonunun mərkəzində onların yaşadığı 100-dən çox ev Qamsaxurdiya hakimiyyəti dövründə məhv edilib. Bunun nəticəsində də əvvəllər bu şəhərdə əhalinin 90 faizini təşkil edən azərbaycanlılardan heç kim qalmayıb. 1989-1993-cü illər ərzində Qamsaxurdiya hökuməti Borçalı Türklərinə qarşı təzyiq və təqibləri artırmışdır. Yürüdülən şovinist siyasəti nəticəsində on min azərbaycanlı ailəsi bu bu ölkəni tərk etmək məcburiyyətində qalmışdır. Ən çox azərbaycanlı da məhz onun hakimiyyəti dövründə Gürcüstanı tərk edib. Köçən əhali öz mülklərini yerli dövlət orqanlarına çox ucuz qiymətə satmışdır. Lakin açılan hesablar və bu hesablara köçürülən pulların sonrakı taleyi haqda əhaliyə məlumat verilməmişdir. 1998-ci ildən sonra Gürcüstandan Azərbaycana, Rusiyaya və başqa ölkələrə azərbaycanlı axını hələ də davam etməkdədir. 1998-ci ilin oktyabr ayına qədər ölkəmizə gələn Borçalı Türkləri Azərbaycan vətəndaşı kimi tanınsalar da, sonrakı illərdə onlara vətəndaşlıq statusu verilmədi. Borçalıdan gələn soydaşlarımız status almaq məqsədilə dəfələrlə dövlət orqanlarına müraciət etsələr də onların sənədlərinə belə baxılmır. Borçalı türklərinə qaçqın statusunun verilməməsinin səbəbini rəsmilərimiz iki dövlət arasında olan strateji müttəfiqliklə izah edirlər. Bundan başqa 2001-ci ildə ABŞ-da baş verən terror hadisələrindən sonra türklərin yaşadığı kəndlərdə 11 məscidin tikintisi heç bir əsası olmadan dayandırılmışdır. Bu isə, söz, vicdan azadlığı və demokratiyaya ziddir. Gürcüstan ordusunda xidmət göstərən azərbaycanlıların vəziyyəti də qənaətbəxş deyil. Belə ki, bu ölkənin ordusunda qulluq edən Borçalı türkləri daim təhqir və təzyiqlərə məruz qalırlar. Azərbaycanlı əsgərlərin əksəriyyətinin gürcü dilini bilməməsi səbəbindən onlara silah və hərbi texnika ilə davranma yolları öyrədilmir, onlardan yalnız təsərrüfat işlərində istifadə edilir. Mənbənin verdiyi məlumata görə, gürcü hərbçiləri azərbaycanlıların ictimai-siyasi , sosial-iqtisadi və məişət şəraiti acınacaqlıdır. Onlara göstərilən dövlət qayğısı isə çox aşağı səviyyədədir. Borçalı türklərinə qarşı həyata keçirilən təqiblər, hüquqi pozuntulara Gürcüstan hökumətinin göz yumması, bu hökuməti də cinayətlərin bilavasitə iştirakçısına çevirir. Gürcüstanda azərbaycanlıların yaşadıqları ərazilər Hazırda azərbaycanlılar Gürcüstanın Marneuli, Bolnisi, Qardabani, Dmanisi, Laqodexi, Saqeredjo rayonlarının ümumilikdə 196 kəndində, habelə Kaspi, Telavi, Tbilisi, Rustavi, Batumi şəhərlərində kompakt halda yaşayırlar. Ancaq bütün bunlara baxmayaraq, Gürcüstan azərbaycanlılarının yaşadığı ərazilərin tarixi adları zaman-zaman dəyişdirilərək gürcü sözləri ilə əvəz olunmuşdur. Türk toponimlərinin kütləvi halda dəyişdirilməsi prosesi isə Şvardnadzenin hakimiyyəti illərində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı baş vermişdir. Bu proses hazırda onun sələfi Saakaşvili tərəfindən davam etdirilməkdədir. Gürcüstanda Borçalı türklərinə aid olan bütün maddi-mədəniyyət abidələri ya mənimsənilir, bu mümkün olmadıqda isə məhv edilir. Bundan başqa isə bütün beynəlxalq konvensiyalara zidd olaraq, soydaşlarımızın yaşadıqları bölgələrdə bütün yer adları Azərbaycan yox, gürcü dilində yazılır. Yerli əhalinin bütün etirazlarına isə məhəl qoyan yoxdur. Bu cür, yəni adları dəyişdirilmiş bəzi türk bölgələrinin yeni, gürcüləşdirilmiş variantı ilə sizləri də tanış edirik. Şəhər, rayon və kəndlər: Tiflis-Tbilisi, Sarvan-Marneuli, Başkeçid-Dmanisi, Qarayazı-Qardabani, Səfiabad-Qori, Bala Muğanlı-Farazi, Başu Açıq-Kutaisi, Qurdlar-Kurtiari, Faxralı-Talover, Dağlar: Sənan-Mtasmind, Babakər-Babakari, Yağlıca-Yaqluca, Göllər: Pərvanə-Parvani, Gümüş-Kumusi, Candar-Djandari, Kür-Mtkvari, Azançay-Alazani, Qabırrı-İori, Düzənlik: Qarayazı-Udabno və s. Imkanlarımız məhdud olduğundan bu siyahını uzada bilmirik. Məsələdə maraqlı olan şəxslərə digər dəyişdirilmiş rayon, kənd, çay, göllərimizin adlarını və onların sonradan gürcüləşdirilmiş formasını göstərə bilərik. Gürcüstanda təhsilin durumu 1989-cu ilin məlumatlarına görə, Gürcüstandan 167 Azərbaycan dili təmayüllü ümumtəhsil məktəbi fəaliyyət göstərmişdir. Hazırda isə bu məktəblərdən ona yaxını tamamilə bağlanıb, fəaliyyət göstərənlərin əksəriyyəti ya təmirsizdir, ya da istifadə üçün yararsız vəziyyətdədir. Azərbaycanlılar yaşayan rayonlarda təhsilin səviyyəsi gürcülərin yaşadığı bölgələrdən çox-çox aşağıdır. Azərbaycanlı şagirdlər normal təhsilin səviyyəsi gürcülərin yaşadığı bölgələrdən çox-çox aşağıdır. Azərbaycanlı şagirdlər normal təhsil ala bilmədikləri üçün onların əksəriyyəti Azərbaycana üz tutur və təhsillərini buradakı orta məktəblərdə davam etdirirlər. Bundan sonra Gürcüstanda iş tapa bilməyəcəklərini çox gözəl bilən soydaşlarımız bir daha Gürcüstana qayıtmırlar. Bu da sonunda ata-baba yurdlarımızın boşalmasına səbəb olur. Azərbaycan dövləti tərəfindən Gürcüstandakı azərbaycanlı şagirdlər təhsil alan məktəblərə göndərilən humanitar yardımlar isə Gürcüstan hökumətinin yaratdığı süni maneələr nəticəsində lazımi ünvanına çatmır. Borçalıda olan türk məktəblərin hamısında azərbaycanlı şagirdlərə onların tarixi-Azərbaycan tarixi tədris olunmur, orta məktəblərin 95 faizində isə idman və hərbi dərslərin tədrisi üçün ümumiyyətlə şərait yoxdur. 1996-cı ildə Gürcüstan və Azərbaycan hökumətləri arasında bağlanan müqaviləyə əsasən, 1997-ci ildən etibarən hər il Gürcüstan vətəndaşı olan 10 nəfər azərbaycanlı 5-i Azərbaycanda, 5-i Gürcüstanda olmaqla dövlət hesabına Polis Akademiyasında təhsil almalıŞ sonra isə bu şəxslər Gürcüstana qayıdaraq orada işlə təmin edilməlidir. 2004-cü ilə kimi bu müqaviləyə əsasən 50 nəfər təhsil almış, ancaq bu insanların heç biri Gürcüstanda işlə təmin olunmamışdır. Gürcüstanda qəbul edilən yeni təhsil qanununa görə, bu ölkədə 2010-cu ildən təhsil gürcü dilində aparılacaq. Həmçinin, kimsə başqa dildə məktəb açmaq istəyirsə və bu hansısa dövlətin marağındadırsa, onda Gürcüstanda həmin dövlət məktəb aça bilər. Ancaq bu cür məktəblərin tədris proqramı Gürcüstan Təhsil Nazirliyi tərəfindən tə Sdiqlənməli və tədris olunacaq dərslikləır Gürcüstan hökuməti tərəfindən lisenziyalaşdırılmalıdır. Bu məsələdə ən böyük problem isə Gürcüstan hökumətinin bu cür öz məzunlarına verdikləri təhsil şəhadətnaməsini tanıyıb tanınmayacağı məsləsidir. Belə ki, bu məsələ sual altındadır. Mədəniyyət abidələri Gürcüstanda olan Türk mədəni abidələri ümumiyyətlə qorunmur. Azərbaycanlı mütəfəkkir C. Məmmədquluzadənin ev muzeyi bağlanıb, Tbilisi məktələrinin biri qarşısında olan büstünü isə Askurov soyadlı bir nəfər oğurlayıb. M. F. Axundovun ev muzeyinin müdiri gürcüdür. Muzeyin yarısı isə ermənilərin əlindədir. Tbilisi şəhərində olan Azərbaycan Milli Dövləıt Dram Teatrının binası yararsıəz vəziyyətdədir. Teatrın işçiləri isə milliyyətcə gürcülərdir. Tbilisi şəhərində olan Qafqazın ən qədim tarixi abidələrindən biri olan Şah Abbas məscidi 1952-ci ildə tamamilə dağıdılmışdır. Bundan başqa yenə bu şəhərdə olan Mirzəoğlu və Şah Abbas yeraltı hamamları özəlləşdirilərək tarixi abidələr siyahısından çıxarılmışdır. Orta əsrlərə məxsus Narın Qalanın adı dəyişdirilmiş və indi kilsə kimi fəaliyyət göstərir. Tbilisi şəhərində olan Nəbətat bağında olan 7 qəbirüstü gümbəz, Osmanlı hamamı və 20 Osmanlı əsgərinin qəbiri yerlə-yeksan edilmişdir. Torpaq problemi 1992-ci ildə Şevardnadzenin hakimiyyəti illərində Gürcüstanda qəbul edilmiş torpaq haqqında qanuna görə, sərhəddən 20-25 km. məsafədə yerləşən torpaq sahələrinin özəlləşdirilməsi qadağan edilmişdir. Bu qanun gürcü olmayanlarıntorpaq sahibi ola bilməməsi üçün qəbul edilmişdir. Şünki bütün gürcü olmayan əhali sərhəd bölgələrində cəmləşib. Digər millətlər qanunun qadağan etməsinə baxmayaraq, torpaq sahibi ola biliblər. Hətta Gürcüstan hökuməti ermənilərin yaşadığı bölgənin iqtisadi inkişafı üçün 130 milyin dollar da ayırmışdır. Borçalı türklərinin isə bu ölkədə torpaq sahibi olmasına daim bu və ya digər şəkildə mane olunmuşdur. Tarixən türklərin məskunlaşdığı torpaqlar artıq neçə illərdir ki, kənardan gəlmiş insanlara satılır. Yalnız yararsız torpaqlar türklərə təklif edilir ki, bunu da almaq heç bir insana əsrf etmir. Belə bir vəziyyədtə uzun illər kənd təsərrüfatı ilə məşğul olan türk insanı işsiz qalaraq, gürcü işbaz üçün ucuz işçi qüvvəsinə çevrilir. Gürcüstan prezidenti torpaq problemini həll etməyə söz versə də, bu, elə söz olaraq qalmaqdadır. Bir də ki, problemi yaradan nə vaxtdan problem həll edən olub ki? Gürcüstan hökumətinin “demokratiya” adı ilə apardığı bütün islahatlar Borçalı türklərinin əleyhinə işləməkdədir. Belə ki, Saakaşvili hakimiyyətə gəldikdən azərbaycanlıların hansısa özəlləşdirmədə iştirakını qeyri-rəsmi olsa da qadağan etmişdir. Özəlləşdirmə prosesində iştirak etmək istəyən azərbaycanlıların sayının çox olmasına baxmayaraq, onlara bu işdə imkan yaradılmır. Gürcüstan hökuməti Borçalı türklərindən fərqli olaraq digər millətləri özəlləşdirmədə iştiraka özləri dəvət edirlər. Səhiyyədə vəziyyət Bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Borçalı türkləri ciddi problemlər yaşamaqdadırlar. Əldə etdiyimiz məlumata əsasən Borçalı, Kaxeti, Tiflis şəhərlərində doğum evlərinə müraciət etmiş qadınlara və dünyaya gətirdikləri uşaqlara məh azərbaycanlı olduğu üçün doğuş zamanı qəsdən xəsarət yetirilir. Nəticədə uşaqlar şikəst olur, qadınlarda sonsuzluq yaranır. Azərbaycanlıların prokurorluğa etdikləri müraciətlər isə cavabsız qalıb. Gürcü həkimlərin cinayəti üzündən uşaq ölümünə və qadın sonsuzluğuna görə Borçalı türkləri birincidir. Son üç il ərzində 19-31 yaşları olan 2578 türk qadınına bu cür xəsarət yetirilib. Həmin xəsarətlər qadınlarımıza tərkibi bilinməyən dərmanlar vasitəsilə yetirilir. Məhz gürcü həkimlərinin qadınlarımızda yaratdığı sonsuzluq ucbatından 434 azərbaycanlı ailəsi dağılıbŞ 609 ailədə isə övlad səadəti yaşanmayacaq. Eyni zamanda, yetkinlik yaşına çatmış qızlar hansısa səbəbdənsə həkimə müraciət edərlərsə, onların uşaqlığının xəstə olması diaqnozu qoyulur və əməliyyat olunmayacağı təqdirdə öləcəyi bildirilir. Bununla da Azərbaycan türklərindən əməliyyat üçün həm rüşvət alınır, həm də qızlarımız ana olmaqdan məhrum olurlar. Zorakılıq halları Polis orqanları Gürcüstan azərbaycanlılarına qarşı xüsusi amansızlıqla davranırlar. Belə ki, vətəndaşlıq vəsiqəsi almaq istəyənlər və yaşayış yerinə qeydiyyata düşmək istəyənlərə süni maneələr yaradılır. Bu hal Azərbaycan vətəndaşı ilə ailə qurub Gürcüstana qayıdan soydaşlarımıza qarşı edilir. Borçalı türkləri bu hallara qarşı etiraz aksiyaları keçirsələr də, bu aksiyalar dəfələrlə gürcü polisi tərəfindən amansızlıqla yatırılmışdır. 2000-ci ildə sərxoş sərhədçi tərəfindən azərbaycanlılar heç bir əsas olmadan atəşə tutulmuş və nəticədə bir soydaşımız həlak olmuşdur. 2001-ci ildə isə yenə heç bir əsas olmadan gürcü polisi dörd azərbaycanlını döyərək qətlə yetirmişdir. Səbəb isə onların Türk olmalarıdır. Saakaşvilinin hakimiyyətə gəlməsindən sonra isə 30 azərbaycanlı qətlə yetirilmişdir. Bunlardan bəziləri: Əliyev Nəriman, Məcid Mustafa oğlu 50 yaş, Vəliyev Anar Sevdimalı oğlu, Əliyeva Dənəgül Talıb qızı 60 yaş, Usubov RamilŞ Sadıqov Fərəməz 75 yaş və s. Yenə Saakaşvili hakimiyyəti dövründə 100-ə yaxın azərbaycanlı oğurlanıb. Bunlardan bəziləri öldürülüb, bəziləri yaralanıb, bəziləri isə pul alınaraq geri qaytarılıb. Girov götürülən uşaqlar Qardabani rayon sakinləri Əliyev Orxan, Toğrul və Əliyev Nurməmməd Fazil oğlu qardaşları və Elvar Paşayev adlı şəxsin uşaqları olmuşdur. Polisin avtomat silahla yaraladığı uşaqlardan biri Əliyev Toğrul Fazil oğludur. Bundan başqa polis Poniçala orta məktəbinə girərək şagirdləri oğurlamağa cəhd göstərmişdir. Son illərdə 50-si siyasi məhbus olmaq üzərə 500 azərbaycanlı həbs edilmişdir. Bunlardan bəziləri: Telman Həsənov,Əliyev Vidadi (Qardabani), Sahəddin Abdullayev, Vüqar Əsgərov, Abbas Əsgərov, Sabir Atayev, Əhmədalı Bayramov (Marneuli), Qacar Hüseynov (Tiflis) və s. Bu kimi hallardan başqa gürcü polislərinin azərbaycanlıların yaşadığı bölgələrdə cinayətkarlığa qarşı mübarizə adı altında keçirdikləri bütün əməliyyatlarda üzləri maskalı olurlar ki, bu hal da beynəlxalq hüquq normalarına ziddir. Bu kimi səbəblərdəndir ki, son illər Gürcüstanda həbs olunan, polis orqanları tərəfindən qətlə yetirilən soydaşlarımızın sayı durmadan artmaqdadır. Tuncay Geri dön |