Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda və Iranda ötən həftənin ictimayi–siyasi mənzərəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > Güney Azərbaycanda və Iranda ötən həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və Iranda ötən həftənin ictimayi–siyasi mənzərəsi


Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda ötən həftəylə bağlı həftəlik icmalı

Məlum olduğu kimi İran rejiminin anti-Türk siyasəti Güney Azərbaycanda və iran adlanan ölkənin Türklər və qeyri-fars millətlərin yaşadıqlar vilayətlərdə bütün sahələrdə özünü göstərməkdədir. Bütövlükdə götürsək İranın mərkəzi hakimiyyəti qeyri-fars millətlərə yadelli münsibət sərgiləməkdə davam edir. Fars olmayan və şiə məzhəbinə mənsub olmayan insanlar bir nəçə istiqamətdə ciddi ayrı-seçkiliyə məruz qalırlar. Bunların əsasını qısa olaraq belə qeyd etmək olar, İranın cənub hissəsində öz tarıxi torpaqlarında yaşayan (Xuzistan) ərəbləri sünni məzhəbli olduqları üçün İran rejiminin ciddi ayrı seçkiliyinə məruz qalaraq bütün ibtidai insan hüquq və azadlıqlarından məhrum edilməklə yanaşı, rejimin təhlükəsizlik məmurları tərəfindəndə ciddi təqib, təziq, həbs və bir çox hllarda həttə kütləvi formada edam olunurlar. İran rejimini faslaşdırma siyasətinə etiraz edən bütn qeyri fars millətlər iranda eyni taleyi yaşmaqa məhkum olublar. Molla rejimi neftlə zəngin olan Xuzistan vilayətini yerli ərəb və lorlardan təmizləmək üçün müxtəlif formalarda tədbirlər həyata keçirib onlardan ən əsası 8 il dvam edən İran-İraq müharibəsi zamanı viran qoyulmuş şəhər və kəndlərin hələdə bərpa olunmaması və yerli əhalinin iranın başqa vilayətlərinə küçürülməsi və ya həmin vilayətlərdə yerli əhalini üçün iş və sosiyal təminatını həllə etməməklə onlıarı ağır və dözülməz vəziyyətə gətirməsidir. Başqa varyantlardan biridə ondan ibarətdir ki, Xuzistan vilayətinə İranın fars vilayətlərindən kütləvi formada fars mənşəli ailələri köçürərək onlar üçün yerli əhalidən daha çox maddı və texniki imkanlar yartmaqla həmin vilayətin milli tərkibini dəyişmək və Farsları neftlə zəngin olan bir vilayətə sahib etmk planlarıdır.2005-ci ildə qeyd etdiyim kimi bu bölgənin milli tərikibini dəyişmək üçün iran rejimi gizli planlar həyata keçirmətyə başladı lakin yerli Ərəblərin fars molla hakimiyyətinin bu hilləkarlığından xəbər tutması yrli Ərəblərin ciddi etirazına səbəb oldu və hakimiyyət məmurlarıla yerli əhali arasında ciddi qarşıdurma yarandı həmin zaman çoxlu sayda Xuzistanlı rejim təhlükəsizlik məmurları tərəfindən həbs edilərək ağır həbs və edam cəzalarına məhküm edildilər.lakin həbslər və edamlar Xuzistan Ərəblərini qeri oturmağa məcbur edə bilmədi.
Buna bənzər senarilər iranın pakistan və Əfğanistan sərhəddində yerləşən Sistan və Bəluçistan vilayətlərindədə həyata keçirildi və iranın başaq vilayətlərində Şiə məzhəbinə mənsub və əsasən hərniçilərdən ibarət çoxlu sayda ailələr köçürülməyə başlandı və yerli Bəluçları faslaşdırmaq və Şiələşdirmək planları icra olumağa başladı.lakin yenə yerli Bəluçlar rejimin bu gizli palnından xəbərdar olduqda budəfə ciddi silahlı qarşı durma baş verdi və həmin qaşı durmalr davam etməkdədir.
İran adlanan ölkənin Türkmən Səhra vilayətindədə (Xorasan) Faslaşdıırma və Şiə-ləşdirmə planları olduğu kimi buradada davam etməkdədir yəni İran rejimi Xuzistanın İraqa,bəluçistanın Pakistana,Türkmən Səhranın Türkmənistana Güney Azərbaycanında Quzey Azərbaycana və Türkiyyəyə birləşə biləcəyindən ciddi qorxuya düşdüyü üçün ardı kəsilmədən bütün imkanlardan yararlanaraq bu adı çəkilən qeyri fars vilayətlərinin milli tərkibini ciddi formada dəyişməyə çalışır.Güney azərbaycanı –Quzey azərbaycanla sərhədinə (Qaradağ) vilayəti yaxınlığnda Rusların və molla rejiminin himayəsilə Ermənilərə Qondarma Dağlıq qarabağ respublikası yaradaraq bu yolla Güney Azərbaycanla Quzey azərbaycan arasında olan əlaqələri kəsməyə nail olub Türkiyə və iraqın Ərbil,Mosul,Kərkük vilayətlərinidə pərdə arxası anti Türk güclərlə razılaşaraq Kürd və başqa terrorist quruplaşmmalra verməklə özünü qarantı etmək niyyətindədir və son olaraq Güney Arərbaycanın Qərb vilayətini (Urmu) və ətraf bölgələri ekoloji və iqtisadi, çətinliklər yartmaqla yanaşı Terrorçu kürdlərin əzəli və əbədi Türk yrdlarına kütləvi surətdə köçürməklə Güney Azərbaycanla Türkiyyə arasında böyük bir Kürd zolağı və qanlı münaqişə ocağı yartmağa doğru ciddi proseslər gedir.İran rejiminin və onun pərdə arxası himayədarlarının bu çirkin niyyətlərinə qarşı çıxan hər kəsi qondarma ittihamlarla həbs edərək ağır həbs,işkəncə,sürgün və edam cəzalarına məhküm edir və adında qoyur allah hakimiyyətinə qarşı çıxanlar.Amma əminəm ki,allah yaratığı heç bir xalqın nə dilini,nə milli kimliyini nədə ona verdiyi vətəni bir qurup terroçuların və onlara hamilik edən rejimlərin qılıncının altına verməz.
Burada yanlız bir məqsəd var İslam və din prdəsinə bürünmüş şeytan hakimiyyətləri yeraltı və yer üstü sərvətləri ələ keçirərək dünyanı idarə etmək dir bu vəhşı planların qaşısına çıxanları isə kütləvi formada ya məhv etmək yada yaşadıqları torpağlarından didərgin salmaq.
Aşağıda qeyd olunan məlumatlar İranda bir həftə müddətində başverən ictimai-siyasi proseslərin qısa icmlıdır.

Güney Azərbaycanlı fəallar Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani iyunun 18-də mühakimə ediliblər. Təbriz İnqilab Məhkəməsinin üçüncü şöbəsində keçirilən iclasa hakim Həmid Baqirpur sədrlik edib. Məlumata görə, bir neçə saat davam edən məhkəmədə tez-tez ETTELAAT məsulları hakim ilə əlaqə saxlayıblar.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəallar Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani uzun müddətli soruşdurma, işgəncədən və müvəqqəti həbsdən sonra ağır vəsiqə qarşılığında zaminə buraxılıblar. Rejim fəallara qarşı bir neçə saxta ittiham irəli sürüb.
Güney Azərbaycan Milii Hərəkatından davam.az saytına daxil olan məlumata görə, doktor Seyid Camal Musəvinejad bir ilik həbs cəzasını tamamladıqdan sonra iyunun 18-də Sarab şəhərinin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, C.Musəvinejad digər üç azərbaycanlı fəalla birlikdə 2012-ci il mayın 24-də Sarab şəhərində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. C.Musəvinejad və S.Məali 2 ay saxlanıldıqdan sonra 60 milyon, Ə.Səmədpur və H.Tohidi isə 5 aylıq həbsdən sonra 150 və 200 milyon tümən zəmanətlə azadlığa buraxılıblar. Ə.Səmədpur ürək-damar xəstəliyindən əziyyət çəkir, azərbaycanlı fəal ETTELAAT-ın təcridxanasında saxlanıldığı zaman ağır işgəncələrə məruz qaldığından iki dəfə huşunu tamamilə itirib və nəticədə İmam Rza xəstəxanasına aparılıb. Ə.Səmədpur həmçinin Sarab həbsxanasında saxlanıldığı zaman da zindanın məsul əməkdaşları tərəfindən döyülərək huşunu itirdiyindən, İmam Xomeyni xəstəxanasına aparılıb.

Bundan əlavə, Sarab şəhərinin Su İdarəsində işləyən H.Tohidi həbs olunduqdan sonra işdən çıxarılıb. Daha sonra Sarab İnqilab Məhkəməsində hakim Rəhim Xatirinin sədrliyi ilə keçirilən məhkəmə prosesində azərbaycanlı fəallar ümumilikdə 6 il azadlıqdan məhrum ediliblər. Belə ki, S.Məali və H.Tohidi hər biri 2 il, C.Musəvinejad və Ə.Səmədpur isə hər biri 1 il həbs cəzasına məhkum edilib. Bu hökm azərbaycanlı fəallara hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamına görə verilib. Bundan başqa, S.Məali və H.Tohidinin hər birinə 1 il də həbs cəzası kəsilib. Ancaq bu hökmün hansı ittiham əsasında verildiyi məlum deyil. Məhkəmə Ə.Səmədpur, C.Musəvinejad və S.Məaliyə bəzi ittihamlardan bəraət verib. Artıq qərar Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Ötən il sentyabrın 29-da S.Məali, sentyabrın 30-da Ə.Səmədpur, oktyabrın 16-da H.Tohidi və oktyabrın 29-da C.Musəvinejad həbs cəzalarını çəkmələri üçün həbsxanaya salınıblar.

Ötən həftə İranın Qərbi Azərbaycan vilayətində 10 nəfər edam edilib.

Güney Azərbaycandan davam.az saytına daxil olan məlumata əsasən məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər. Onların ad və soyadları açıqlanmayıb.

Məhbuslardan 6 nəfəri iyunun 11-də, 4-ü isə iyunun 14-də səhər saatlarında Urmiya Mərkəzi Həbsxanasında edam ediliblər. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra icra edilib. Ancaq bu edamlarla bağlı İran rəsmi mətbuatı və müvafiq orqanları heç bir məlumat dərc etməyiblər. Ancaq İSNA yalnız 12 nəfər məhbusdan iki nəfərinin edam cəzalarının icra edilmədiyini xəbər verib.

Qeyd edək ki, Həsən Ruhaninin ötən il avqustun 4-də İranda hakimiyyət başına gəlməsindən martın 21-dək olan müddətdə ölkədə 470 nəfər edam edilib. Ancaq İran rəsmi mətbuatı və müvafiq orqanları artıq edamlarla bağlı məlumat verməkdən imtina edir, yalnız işinə yenidən baxılması üçün son anda dar ağacından geri göndərilən məhbuslarla əlaqədar xəbərləri yayırlar.

Güney Azərbaycan milli hərəkatının verdiyi məlumata görə, Əkbər Əbülzadə iyunun 18-də ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib. Soydaşlarımız küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar veriblər. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, ümumilikdə 26 azərbaycanlı fəal həbs edilib. Onlar ictimai asayişi pozmaqda günahlandırılıblar. Artıq onlardan 25 nəfəri zəmanətlə azadlığa buraxılıb. Hazırda yalnız Abdullah Nuri Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində saxlanılır.

İran həbsxanasında iki Güney azərbaycanlı siyasi məhbus uzun müddətdir aclıq aksiyası keçirir.Güney Azərbaycan milli hərəkatının verdiyi məlumata görə, onlardan biri 25 gündür Təbriz şəhərinin mərkəzi həbsxanasında aclıq aksiyasını davam etdirən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH) sədri, doktor Lətif (Araz) Həsənidir. O, siyasi məhbusların hüquqlarının pozulmasına və onların ailələrinə təzyiq göstərilməsinə etiraz olaraq mayın 18-dən etibarən bu addımı atıb. Bəzi məlumatlara görə, A.Həsəni iyunun 11-də qan təzyiqi və çəkisinin azalması səbəbindən zindanın klinikasına qaldırılıb.
İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları A.Həsənini 2013-cü il fevralın 6-da Kərəc şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalı hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. L.Həsəni hazırda Təbriz Mərkəzi Həbsxanasında saxlanılır.
Digər azərbaycanlı siyasi məhbus isə 11 gündür Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında aclıq aksiyasını davam etdirən Rza Şəhabidir. O, iyunun 1-dən Tehranın Evin həbsxanasından hazırda qaldığı zindana sürgünə göndərilməsinə etiraz olaraq bu addımı atıb. Hazırda R.Şəhabinin kəskin aşağı qan tyəzyiqindən və boynundakı ağrılardan əziyyət çəkdiyi bildirilir.

İranda ictimai, siyasi və iqtisadi vəziyyəti acınacaqlı durumda olması nəticəsində məhkəmə orqanlarına müraciət edən, həmçinin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və məhkəmə orqanlarında mühakimə edilən vətəndaşların sayı olduqca yüksəkdir. Bu səbəbdən rejim gündən-günə zindanların sayını artırmalı olur, lakin həbsxanalardakı şəraitin keyfiyyəti daha da pisləşir.
Marağa zindanında narkotik maddələrinin alqı-satqısı çox rahatlıqla, hətta zindan məsullarının nəzarəti altında həyata keçirilir. Zindanda hər gün narkomanların sayı artır. Eyni şprislərdən istifadə edildiyinə görə narkomanların arasında AIDS və Hepatit xəstəlikləri geniş yayılıb. Zindan bölümləri cəzaya görə doğru bölünmədiyi səbəbindən, həmin xəstə məhbuslar digər məhbuslarla birgə saxlanılır və nəticədə adi məhbusların da sağlamlıq durumu təhlükə ilə üzləşir və bəzən də müxtəlif xəstəliklərə yoluxurlar. Məlumata görə, son günlərdə narkoman məhbuslar şişə adlı narkotik maddəsi zindana aparıblar. Onlar narkotik maddələrini istifadə edib və satmaq məqsədi ilə zindana daxil ediblər. Məlumata görə həmin məhbuslar istifadə etdikləri təhlükəli narkotik maddələrin təsirindən həlak olublar. Bu barədə daha geniş məlumat əldə edilincə diqqətinizə çatdırılacaq.

Məhbuslar imkanların olmaması nəticəsində qışda soyuqdan, yayda isə isti havadan əziyyət çəkirlər. Məhbusların saxlandığı otaqlar natəmiz vəziyyətdədir və bu vəziyyət getdikcə ağırlaşır. Həmçinin məhbuslara verilən yeməklərin keyfiyyəti olduqca aşağı olduğundan, məhbusların əksəriyyəti zindanın verdiyi yeməkdən imtina etməli olublar.
Marağa Universitetində etiraz aksiyası keçirilib.Güney Azərbaycan milli hərəkatından davam.az saytına verilən məlumata görə, bir qrup azərbaycanlı tələbə İran hökumətinin Urmiya gölünün qurumasına laqeyd qalmasına öz etirazlarını bildiriblər.

Onlar sifətlərinə üzərində Urmiya gölünün şəkli olan maskalar taxaraq “Urmiya gölü susuzdur!” şüarını səsləndiriblər. Tələbələr İran rəsmilərindən Urmiya gölünün qurumasının qarşısını almağı, bununla bağlı məktubun hazırlanması və hər kəs tərəfindən imzalanmasın, həmçinin ekoloji məsələlərlə bağlı keçirilmiş aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsini istəyiblər.
Güney Azərbaycan milli hərəkatının verdiyi məlumata görə, Əkbər Əbülzadə iyunun 18-də ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, iyunun 11-də axşam saatlarında Təbriz və Urmiya şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsinə etiraz olaraq aksiyalar keçirilib. Soydaşlarımız küçə və meydanlara çıxaraq “Urmiya gölü susuzdu, Azərbaycan oyanmasa uduzdu!”, “Urmiya gölü səslənir: susuzam haray, haray!” və “Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir!” kimi şüarlar veriblər. Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları aksiyanın qarşısını almaq üçün dinc nümayişçilərə qarşı zor tətbiq edib, ümumilikdə 26 azərbaycanlı fəal həbs edilib. Onlar ictimai asayişi pozmaqda günahlandırılıblar. Artıq onlardan 25 nəfəri zəmanətlə azadlığa buraxılıb. Hazırda yalnız Abdullah Nuri Təbriz Mərkəzi Həbsxanasının karantin bəndində saxlanılır.

Tehranın Evin zindanında məhbus həyatı yaşayan azərbaycanlı siyasi məhbus doktor Əsədullah Əsədi həbsxananın təknəfərlik kamerasına köçürülüb. O 2-ci gün (seşənbə günü) aclıq aksiyası elan etdikdən sonra təknəfərlik kameraya intiqal edilib.
Məlumata görə, məhbus ailə probləmləri ilə əlaqədar qanun çərçivəsində məzuniyyət (murəxəsi) tələb edib, lakin Tehran prokurorluğunun məsulları məhbusun tələbini təmin etməkdən imtina ediblər.

Qeyd edək ki, 64 yaşlı siyasi məhbus 4 ildir məhbus həyatı yaşayır. O ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz şöbəsinin təcridxanasında həbs edildiyi zaman işgəncələrə məruz qalıb.


Mərkəzi qərargahı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı iyunun 18-də bəyanat yayaraq İranda jurnalistlərin durumuna toxunub. Bəyanatda deyilir ki, Həsən Ruhaninin İran prezidenti seçilməsindən bir il keçməsinə baxmayaraq ölkədə media qurumlarının sərbəst fəaliyyət göstərməsinə maneələr davam edir: “Son bir ildə İranda medianın sərbəst fəaliyyəti istiqamətində hər hansı irəliləyiş əldə edilməyib və media fəallarının həbsi davam edir. İran hələ də dünyada jurnalistlər üçün ən böyük 5 zindandan birisidir.

Hazırda İranda 58 jurnalist və bloqçu zindanlarda saxlanır. Onlardan 25 nəfəri son bir ildə həbs edilib. Həsən Ruhani ölkə prezidentliyinə seçiləndən sonra 14 media qurumunun fəaliyyəti ya müvəqqəti şəkildə, ya da daimi olaraq dayandırılıb. Biz İran prezidenti Həsən Ruhanini seçkidən qabaq ölkə vətəndaşlarına azadlıqlarla bağlı verdiyi vədləri yerinə yetirməyə çağırırıq.

2009-cu ildə ölkədə keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda tutulan bir sıra jurnalistlər və digər media fəalları 6 ildən 20 ilə qədər həbs cəzası alaraq zindanlarda saxlanır. Həmin jurnalistlər arasında Keyvan Səmimi, Əhməd Zeydabadi, Bəhmən Əhmədi Əmuyi, Məsud Bastani, Mehdi Mahmudiyan, Səid Mətinpur, Heşmətulla Təbərzədi, Məhəmməd Davəri, Səxi Rigi və Hüseyn Rövnəqi Maliki də var”.
İran parlamentinin deputatı, mədəniyyət komissiyasının üzvü Əli Mütəhhəri iyunun 19-da jurnalistlərə açıqlamasında ölkədə sosial şəbəkələrə qoyulan məhdudiyyətlərdən gileylənib.


Əli Mütəhhəri deyib ki, bəziləri sosial şəbəkələrə, o sıradan da “Facebook” və “Twitter”ə süzgəc qoyulmasını ölkədə təhlükəsizlik məsələləri ilə əlaqələndirir: “Hesab edirəm ki, daxil təhlükəsizlik bəhanəsi ilə cəmiyyətdə informasiya mübadiləsini məhdudlaşdırmaq, sosial şəbəkələrə süzgəc qoymaq olmaz. Buna yol verilməməlidir. Əlbəttə, əxlaqsız şəbəkələr istisnadır. Mən onlara süzgəc qoyulmasının tərəfdarıyam”.

Bir həftə əvvəl Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani də jurnalistlərə açıqlamasında sosial şəbəkələrə süzgəc qoyulmasına müxalif olduğunu bildirmişdi: “Bu, düzgün addım deyil. Güman edirəm ki, bu hərəkət əks nəticə verəcək”.

İranda sosial şəbəkələrə, o sıradan da “Facebook” və “Twitter” ə süzgəc qoyulsa da, ölkənin bir sıra rəsmiləri, o cümlədən də prezident Həsən Ruhani və xarici işlər naziri Məhəmmədcavad Zərif ardıcıl olaraq həmin şəbəkələrdən geniş şəklidə istifadə edirlər.

Bir neçə ABŞ konqresmeni İranda qeyri fars millətlərin, dini azlıqların və homoseksualların təqibi və edamı daxil olmaqla insan haqları pozuntularını tənqid edib. İyunun 19-da Konqres alt-komitəsində dinləmə keçirilib. Mövzu Prezident Həsən Ruhani hakimiyyətə gələndən sonra ölkədə insan haqlarının durumu ilə bağlı olub.
Bu dinləmələr keçirilən həftə İran, Birləşmiş Ştatlar və dünyanın digər gücləri İranın nüvə proqramını müzakirə edir.

«İnsan haqları İranla danışıqlarda arxa plana keçməməlidir,» konqresmen Ted Deutch deyib.

Keçmiş iranlı məhbus daxil olmaqla, dinləmələrdə ifadə verənlər insan haqlarının durumunun yaxşılaşmadığını vurğulayıb. Ruhani hakimiyyətə gəlməzdən öncə iranlılara daha çox hüquq və azadlıqlar vəd edib.


İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) aid xüsusi təyinatlı “Qüds” bölməsinin üç batalyonu “İraq-Şam islam dövləti” adlanan terrorçu qruplaşmanın dəstələrinə qarşı vuruşmaq üçün İraqa göndərilib.
“Qüds” bölməsindən birinin İraq ordusu ilə birlikdə Tiqrit şəhərinin azad olunması prosesində hərbi əməliyyatlar apardığı bildirilir. Digər iki batalyon iyunun 11-də Kərbəla və Nəcəf şəhərlərinə yollanıb. “Qüds” komandanı briqada generalı Qasım Süleymani də İraqdadır.

İraq dövlətinə qiyam qaldıran “İraq-Şam islam dövləti” adlanan terrorçu qruplaşmanın döyüşçüləri Mosul və Tiqrit şəhərlərini ələ keçirib. Onlar paytaxt Bağdadı tutmağı planlaşdırır.

ABŞ prezidenti Barak Obama jurnalistlərə açıqlamasında İraqda baş verən olaylardan və İranın bu məsələdəki mövqeyindən danışıb.

Obama deyib ki, İran İraqda məzhəb və dini ixtilafları qızışdırmaqdan çəkinməlidir: “Əgər İran da Amerika kimi İraq xalqının birliyinə, şiələrlə sünnilərin hüquq bərabərliyinə təkid etsə, İraqda sabitliyin bərpası, böhranın aradan qaldırılması işində müsbət, konstruktiv rol oynaya bilər.

İran İraqdakı dini ixtilafları qızışdırmaqdan imtina etməlidir. Çünki İran-İraq sərhədində böhranın davam etməsi Tehranın xeyrinə deyil. İran bilməlidir ki, onun İraq şiələrinə hərbi dəstək verməsi vəziyyəti indikindən də pisləşdirə bilər”.

MDHP Güney Azərbaycan Departamentin rəhbəri
Əlirza Amanbəyli

Geri dön