Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Avropa Birliyi 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv dəstək verəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > “Avropa Birliyi 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv dəstək verəcək”

“Avropa Birliyi 2012-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə daha aktiv dəstək verəcək”


“2011-ci il Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı nöqteyi-nəzərindən mühüm il hesab olunur”.

Bu açıqlamanı jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia verib.

“Bu il Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinə daha sıx cəlb olunmasına dair çoxlu sayda çağırışlar səslənib. Avropa Birliyi bu münaqişənin sülh yolu ilə nizamlanması prosesinə sadiq qalır. Bu il Avropa Birliyinin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Filipp Lefortu Avropa Birliyinin Cənubi Qafqaz regionunda xüsusi təmsilçisi təyin edib. Bu diplomat Minsk prosesinə müəyyən dəstək imkanı verən spesifik mandata malikdir. Düşünürəm ki, bu, Ketrin Eşton tərəfindən Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı olduğunu sübuta yetirən dəqiq və güclü mesajdır. Bu həm də Avropa Birliyinin bu məsələdə daha aktiv rol oynaması niyyətindən xəbər verir. Biz Minsk Qrupuna daxil deyilik, bununla belə, Minsk Qrupunun yanındayıq və onlara dəstək verməyə çalışırıq”, - deyə diplomat bildirib.

Səfir əlavə edib ki, Avropa Birliyi münaqişədə mövcud status-kvo vəziyyətinin qəbuledilməz olduğunu etiraf edir: “Münaqişənin sülh yolu ilə həllini tapmaq vacibdir. Biz bu yanaşmaya sadiqik və hesab edirəm ki, 2012-ci ildə Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə daha aktiv dəstək verməsinin şahidi olacağıq”.

Geri dön