Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Abdulla Şaiq Talıbzadənin uşaq bağçası-Bakı,1916-cı il
Abdulla Şaiq Talıbzadənin uşaq bağçası-Bakı,1916-cı il |
Pedaqogika tarixçilərinin yazdığına görə, dünyada uşaq bağçalarının tarixi 1837-ci ildən başlayır. Alman pedaqogika tarixində uşaqların erkən yaşlarından sistemli şəkildə tərbiyə edilməsinin tərəfdarı və ideoloqu kimi çıxış edən Fridrix Vilhelm Frebel (1782-1852) həmin ilin əvvəllərində Bad-Blakenburqda ilk uşaq bağçası- kundrqarten açır.
Fridrix Frebel çoxuşaqlı ailədə böyümüşdü. Kiçik yaşlarından anadan yetim qalan Frebel uşaq psixologiyasına bələd idi. Onun sonralar zərbi-məsələ çevrilən aşağıdakı fikirlərini xatırlayaq: "Uşaqlar güllər kimi qulluq tələb edir; onlara tərəf əyildikcə,onların nazı ilə oynadıqca, onlar böyüyür və pərvazlanırlar". 1837-ci il mayın 17-də Rusiyada da A.N.Demidov tərəfindən ilk uşaq bağçası açılır. Bu bağçada birinci il 6 qız, 12 oğlan tərbiyə alır. Sonrakı il burada artıq 112uşaq tərbiyə alırdı. 1859-cu ildə o vaxtlar Rusiya İmreriyasına daxil olan Finlandiyanın Qelsinfors şəhərində, 1862-ci ildə Sankt-Peterburqda da uşaq bağçaları da açılır. Rusiyada ilk məccani (pulsuz, ödənişsiz) uşaq bağçası 1872 -ci ildə Tula şəhərində Yelizavetta Simidobiç tərəfindən açılmışdır. Azərbaycanda uşaq bağcası termininin, anlayışının tarixini 1890-cı illərin ortalarından hesablamaq olar. Belə ki 1898-ci ildə artıq pedaqoji aləmdə bacarıqlı müəllim, tərcüməçi, şair və nasir kimi tanınan Rəşid bəy Əfəndiyev (bəzi sənədlərdə Əfəndizadə kimi yazılır- N.N.) Tükiyənin baş şəhərində-Konstantinopol şəhərində çap etdirdiyi dərsliyini "Uşaq bağçası" adlandırmışdır. Bu kitabdan türk dili başa düşülən yerlərin çoxunda mübtədi (ibtidai-N.N.) məktəblərdə uzun illər boyu həm dərslik, həm də mütaliəkitabı kimi istifadə olunmuşdur. Sonralar ibtidai sinif dərsliklərinin və oxu kitablarının hazırlanması prosesində R.Əfəndiyevin bu əsərinin bəzi materiallarına uşaq dünyasını əks etdirən didaktik materiallar kimi dəfələrlə müraciət olunmuşdur. Dünya dərslik mədəniyyətinin ənənələri əsasında yazılmış "Uşaq bağçası" dərsliyi müəllimlərin stolüstü kitabı kimi tanınmışdır. Alman dilindəki "kunderqarten" sözünün qarşılığı kimi "uşaq bağçası" maarifçilik termini kimi türk dünyasında geniş şəkildə işlənməyə başlanmışdır. Azərbaycanda məkani tərbiyə və təhsil ocağı olan uşaq bağçalarının tarixi XX əsrin əvvəllərində yaradılmışdır. 1916-cı ildə Bakı Real Məktəbinin müəllimi, ibtidai siniflərdə 15 illik pedaqoji iş təcrübəsi olan, İranın Məşhəd şəhərində yaxşı müəllimlərdən yaxşı təhsil alıb Bakıya üz tutan Abdulla Talıbzadə (sonralar Abdulla Şaiq, Mirzə Abdulla Talıbzadə kimi tanınan məşhur söz ustası-N.N.) Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna Bakıda uşaq bağçası açmaq üçün ərizə ilə müraciət edir. Bizim fikrimizcə, bu, görkəmli xeyriyyəçi H.Z.Tağıyevlə razılaşdırılmış maarifçilik tədbiri idi. H.Z.Tağıyevin Talıbzadələr ailəsi ilə yaxın dostluğu var idi.Müəllim Abdulla Talıbzadənin atası Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü olarkən onların- H.Z.Tağıyevin və M.Talıbzadənin- maarifçilik yolunda birgə fəaliyyətləri tarixi fakt kimi danılmazdır. H.Z.Tağıyev Yaxından tanıdığı və dostluq etdiyi Axund Molla Mustafanın vəfatından (1903-cü il) sonra da onun övladlarına atalıq qayğısı və sayğıları ilə yanaşmışdır. Təsadüfi deyil ki, H.Z.Tağıyev müsəlmanların müqəddəs kitabı olan Quranın Bakı tərcüməsini Türkiyə sultanı Əbdülhəmidə məhz Axund Molla Mustafa Talıbzadənin böyük oğlu Axund Molla Yusiflə göndərmişdi. H.Z.Tağıyevin Bakı Lifli Materiallar Fabriki var idi. XX əsrin əvvəllərində H.Z.Tağıyev bu fabrikin fəhlələrinin uşaqları üçün Əhmədli kəndində ibtidai məktəb açmaq qərarına gəlir. O, bu məqsədlə 1903-cü il iyulun 24-də Qafqaz Təhsil Dairəsinin popeçitelinə-himayədarına müraciət edərək öz məram və məqsədini bildirir. Məktəbdə işləyəcək müəllimlərin siyahısında Abdulla Talıbzadənin də adı var idi. Lakin məktəbin açılışı ləngidiyinə görə A.Talıbzadə Sabunçu kənd ibtidai məktəbinə işə düzəldiyindən bu təklif reallaşmamış, yeni məktəb üçün başqa bacarıqlı müəllimlərin axtarışına başlanmışdır. Abdulla Talıbzadə çətin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə bacardığı bütün işlərin qulpundan yapışmağı özünə rəva bilir, gecə-gündüz yazı-pozu ilə məşğul olur, dərslik yazır, bədii yaradıcılığını təkmilləşdirirdi.O, 1916-cı ildə daha bir fəaliyyət sahəsində çalışmaq qərarına gəlir; Bakı Real Məktəbində işləməklə yanaşı, Bakıda uşaq bağçası yaratmaq fikrinə düşür. Hökumətin "Uşaq bağçaları haqqında 1 iyul 1914-cü il tarixli Qanunu"ndan istifadə edərək, Bakıda uşaq bağçası açmaq üçün Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsinin direktoruna 28 sentyabr 1916-cı ildə ərizə ilə müraciət edir. A.Talıbzadə ərizəsində uşaq bağçasında ödənişin ildə 140 rubl olacaşını, bütün işləri öz nəzarətində saxlayacağını direktorun diqqətinə çatdırırdı. Ərizədə uşaq bağçasının ünvanı da göstərilirdi: Verxnıy Priyut küçəsi, N 80. Qafqaz Təhsil Dairəsi popeçitelinin 2256 nömrəli 11 oktyabr 1916-cı il tarixli icazə məktubu cəmi iki gündən sonra Abdulla Şaiqə çatdırılır. Abdulla Talıbzadə 15 oktyabr 1916-cı ildən başqa titullarla yanaşı, " uşaq bağçasının müdiri " titulunu da daşıyır. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu) hazırlayan işçi qrupunun üzvü, Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi. 17.10.2013-cü il. Geri dön |