Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Azərbaycanda 5700-dən çox əlil mənzillə təmin olunacaq
Azərbaycanda 5700-dən çox əlil mənzillə təmin olunacaq |
Bu ilin yanvarın 1-dək rayon (şəhər) İcra Hakimiyyətlərində növbəyə dayanan, ümumilikdə 5 731 nəfər mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu tədbirlər dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olan şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq icra edilir. Belə ki, bu sərəncam 2014-cü il yanvarın 1-dək rayon (şəhər) İcra Hakimiyyətlərində yaşayış sahəsinə ehtiyacı olan qismində növbəyə dayanan, ümumilikdə 5 731 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxsin və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələli şəkildə mənzil və ya fərdi evlə təmin olunmasını nəzərdə tutur. Sərəncama uyğun olaraq, Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müvafiq tədbirlər planı hazırlayaraq, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirəcək. Həmçinin, yerli icra hakimiyyəti orqanları ƏƏSMN-nin müraciəti əsasında əlil və şəhid ailələri üçün fərdi ev tikintisinin aparılması üçün torpaq sahələrinin ayrılmasını təmin edərək, bu barədə Azərbaycan prezidentinə məlumat verəcək. Sərəncamda Nazirlər Kabinetinə bu ilin əvvəlinədək mənzil növbəsinə dayanmış əlil və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tələb olunan ilkin vəsaitin Azərbaycanın 2014-cü il dövlət büdcəsindən ayrılmasını, habelə 2015-2018-ci illərdə isə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlətin əsaslı vəsait qoyuluşunda nəzərdə tutulmasını təmin etmək tapşırılıb. Qeyd edək ki, 2014-cü ilədək bu kateqoriyadan olan 4 278 əlil və şəhid ailəsi mənzillə təmin edilib. ƏƏSMN Bakı şəhəri və ətraf qəsəbələrdə yeni mənzillərin satın alınaraq növbədə dayanmış əlil və şəhid ailələrinə təqdim olunması məqsədilə müvafiq işlər aparılır. Geri dön |