Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Gürcüstan azərbaycanlılarının ölkəmizdə qeydiyyat problemi - RƏYLƏR
Gürcüstan azərbaycanlılarının ölkəmizdə qeydiyyat problemi - RƏYLƏR |
Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana gələn zaman qeydiyyat məsələləri ilə bağlı müəyyən problemlərlə qarşılaşdıqlarını bildirirlər. Qeyd edirlər ki, digər ölkələrdən gələn miqrantlarla həmvətənlərimizin qeydiyyat proseduru eynilik təşkil edir. Bu da onların narazılığına səbəb olur.
Gürcüstanda yaşayan soydaşımız, “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov Aktual.az-a açıqlamasında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlı ilə digər xarici ölkə vətəndaşlarına fərq qoyulmalıdır: “Mən necə soydaşam ki, Kamboca vətəndaşı ilə heç bir fərqim yoxdur. Bu qaydaların tətbiqindən borçalılar məyusdur və kəskin narazıdırlar. Bunu bilmək lazımdır ki, bir ananin iki övladı Borçalıdadırsa, digər iki övladı da Bakıdadır. Türkiyənin Kiprə verdiyi önəm və dəstəyi Azərbaycan da Borçalıya verməlidir. Kipr Türkiyənin tarixi torpağı sayılırsa, Borçalı da Azərbaycanın tarixi torpağıdır”. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov isə məsələ ilə bağlı Aktual.az-a qanunvericlikdə istisnaların olmasının qeyri-mümkün olduğunu deyib: “Bu, ölkələr arasında razılaşdırılmış sistemdir. Qanun soydaşlara yox, vətəndaşlara aid edilir. Qanunvericilikdə istisnalar etmək qeyri- mümkündür. Biz də başa düşürük, onlar bizim soydaşlarımızdır. Ancaq qanunda qeyd edə bilmərik bunu. Bu, ölkələrarası müqavilə əsasındadır”. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fərəc Quliyev hesab edir ki, Gürcüstandan, eləcə də dünyanın müxtəlif yerlərindən ölkəmizə gələnlərlə soydaşlarımız arasında bir fərq olmalıdır: “Dəfələrlə Milli Məclisdə bu məsələni qaldırmışam. Ən azından, bu miqrasiya məsələlərində müəyyən yol tapmalıyıq ki, Gürcüstanda yaşayan soydaşlarımız başqa yerdən gələn miqrantlarla eyni statusda olmasınlar. Biz bu istiqamətdə müəyyən qaydalar tətbiq etməliyik ki, onlara güzəşt olunsun. Amma, hələlik, icra orqanları qanunlara uyğun hərəkət edirlərsə, burada qanunsuz bir hərəkət yoxdur. Mən də hesab edirəm ki, Gürcüstandan, eləcə də, dünyanın müxtəlif yerlərindən ölkəmizə gələn soydaşlarımıza münasibətlə digərləri arasında bir fərq olmalıdır. Bunun bir yolunu tapmaq lazımdır”. Politoloq Qabil Hüseynli də qanunlara bu istiqamətdə yenidən baxılmasını təklif edir: “Gürcüstan azərbaycanlılarına qayğı göstərmək, onların problemlərinin həlli ölkəmizin prioritet vəzifələrindən sayılır. Azərbaycanlıların ölkəyə gəlib-getməsi ilə digər ölkə vətəndaşlarının gəlib-getməsi arasında müəyyən fərqlər olmalıdır. Gürcüstan azərbaycanlıları ilə biz bütov orqanizmin ayrı-ayrı hissələriyik. Yəni, onların ölkəmizə gəlməyində, əlaqələrində problemlər olmamalıdır. Və bu əlaqələr normal hüquqi bazada tənzimlənməlidir. Hesab edirəm ki, qeydiyyata düşməklə bağlı sərtləşdirmələr aradan qaldırılmalıdır. Qanuna yenidən baxılmalıdır. Qeydiyyatda, gecikməyə görə, cərimələrin ləğv olunması və ya daha münasib qaydaların tətbiq edilməsi məsələsi yenidən gündəmə gətirilməli və öz həllini tapmalıdır. Gürcüstan azərbaycanlılarının ölkəyə gəlib- getməsi ilə bağlı daha sivil qaydalar hazırlanmalıdır”. Həsən Babayev/Aktual.az Geri dön |