Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycanın ərzaq tələbatının 90%-ni yerli istehsal təmin edir
Azərbaycanın ərzaq tələbatının 90%-ni yerli istehsal təmin edir |
Azərbaycanın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks olunan məlumatlara əsasən, həmin müddət ərzində ölkənin ərzaq məhsullarının idxalı 909,1 mln. ABŞ dolları təşkil edib.
Bu, ümumi idxalın (7,228 mlrd. dollar) cəmi 12,6%-nə bərabərdir. «Ekonomist» jurnalının ekspertlərinin fikrincə, çox kiçik olan bu rəqəm ilk növbədə Azərbaycanın özünü ərzaqla təmin etmə qabiliyyətinin yüksək olduğunu əks etdirir. Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövr ərzində Azərbaycanda ticarət və iaşə obyektləri vasitəsi ilə 7,152 mlrd. manat və ya orta məzənnə ilə təxminən 9,088 mlrd. dollar həcmində ərzaq məhsulları satılıb. Beləliklə, bunun yalnız 10%-ni idxal olunan mallar təşkil edib. Bu nisbi göstəricilər Azərbaycanın ərzaq bazarında idxaldan asılılığının aşağı səviyyədə olmasını və bazarın əsasən yerli istehsal hesabına təmin edildiyini göstərir. Geri dön |