Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan xəbərləri |
Təbrizdə 128 azərbaycanlı fəalın məhkəməsi başlayıb
Təbriz Məhkəməsinin 104-cü şöbəsində 128 azərbaycanlı fəalın məhkəməsi keçirilir. Məlumata görə, dekabrın 13-də Kiyanuş Şükuhun sədrliyi ilə başlayan prosesdə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıblar. Azərbaycanlı fəalların hüquqlarını vəkillər Yusif Molayi və Musa Bərzin Xəlifəlu müdafiə edirlər. İctimai asayişi pozmaqda təqsirləndirilən şəxslər Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalar və Təbrizin “Traktor” futbol komandasının oyunları zamanı həbs olunublar. Məhkəmə davam edir. Azərbaycanlı milli mədəni fəala işgəncə verilib İranda milli hərəkat fəallarına qarşı təzyirlər davam edir. Yeni həbsə salınan Təbrizli fəal Məhəmməd Rzayi Təbriziyə işgəncə verilib. İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları dekabrın 10-da Məhəmməd Rzayi Təbrizi və qızı Laçını Türkiyəyə səfər edərkən tutub Təbriz bölməsinə aparıblar. Ata-bala döyülüb, təhqir edilib.Laçın 4 saat dindirildikdən sonra müvəqqəti azadlığa buraxılsa da, atası ETTELAAT-da saxlanıb.Azərbaycanlı fəal Məhəmməd Rzayi Təbrizi bundan öncədə dəfələrcə oxşar təzyiqlərə məruz qalıb. İRANDA MƏHBUSLARI DAŞIYAN AVTOMOBİLƏ HÜCUM EDİLİB İranın Kərəc şəhərində məhbusları daşıyan avtomobilə silahlı hücum edilib. Hücum zamanı məhbusların mühafizəçilərindən biri ölüb. Bu barədə İranın MEHR agentliyi xəbər verib. Məlumata əsasən, dünən üç nəfər silahlı şəxs Kərəc şəhərinin Məhəmmədşəhr məhəlləsində körpünün altında şəhərin müvəqqəti saxlanma təcridxanasından 10 məhbusu məhkəməyə aparan avtomobilə hücum edib və məhbusları qaçırmağa cəhd göstərib. Mühafizəçilər və silahlı şəxslər arasında atışma baş verib. Hadisə zamanı bir mühafizəçi həlak olub, silahlı şəxslər məhbusları qaçıra bilməyərək hadisə yerindən uzaqlaşıblar. Hazırda həmin silahlı şəxslərin tutulması istiqamətində iş aparılır. Afrikalı futbolçu İrandakı irqçilikdən bezib İran ideologiyasındakı irqçilik yalnız ölkə daxilindəki qeyr-fars millətlərini yox, eyni halda yabancı (xarici) insanlarıda bezdirir. Abadanın “Neft” futbol takımında oynayan Afrika kökənli müsəlman futbolçu Funikesi İranda gördüklərindən şoka düşüb. Yabancı futbolçu “Qol” qəzetinin müxbirinin suallarının cavablandırarkən İranda gördüyü münasibətlərdən danışıb. O bildirib ki, “artıq dünyada irqçilik dövrü sona çatıb və qara dərili problemi qalmayıb. Ancaq İranda bu problem hələdə yaşanır.Dəfələrlə rəqib oyunçular mənə qara olduğumu və iyi verdiyuimi deyiblər. Onlar nə üçün başa düşmürlər ki, məndə onlar kimi insan, müsəlman və şiəyəm?!” Afrikalı futbolçu bəyan edib ki, mən İranda gördüyüm irq ayri-seçkiliyindən artıq cana gəlmişəm və superliqa müsabiqələri bitər bitməz İranı tərk edəcəm! Urmuda Voleybol müsabiqəsində Milli Şüarlar səsləndirildi Güney Azərbaycanın Urmu şəhərinin 6000 nəfərlik voleybol stadionunda (stadyom) Urmunun “Şəhrdari” takımı ilə Xorasanın “Mizan” takımı arasında müsabiqə keçirilib. Məlumata görə, tamaşaçılar təhlükəsizlik qüvvələrinin nəzarəti altında olublar. Onlar stadiona daxil olarkən yoxlanılıblar. Tamaşaçılara türk dilində yazılmış heç bir plakat vəya afişanı (puter) daşımağa icazə verilməyib. Stadionda “Urmu Gölü səslənir susuzam Harhay Haray”, “Urmu Gölü can verir – Məclis onun qətlinə fərman verir”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Bakı Təbriz Ankara – Biz hara farlar hara?!” Və ... şüarlar səsləndirilib. Xatırladaq ki, sözü gedən müsabiqə (3 – 0) hesabı ilə Urmunun “Şəhrdari” takımının xeyirinə yekunlaşıb. Ankara Tehrandan izahat tələb edib Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə əlaqə saxlayıb. Türkiyəli nazir İranın milli təhlükəsizlik şurasının rəhbəri Hüseyn İbrahiminin bir müddət əvvəl söylədiyi fikirlərlə bağlı qarşı tərəfdən açıqlama istəyib.Qeyd edək ki, iranlı general da lazım gələrsə Türkiyənin Malatya şəhərində NATO-nun quracağı radar kompleksləri vura biləcəklərini deyib. Bundan başqa, Ə.Davudoğlu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da əlaqə saxlayıb. Telefon söhbətində Minsk Qrupunun fəaliyyəti, həmçinin İran, Türkiyə və Azərbaycanın XİN (xarici işlər nazirliyi) rəhbərlərinin görüşü müzakirə olunub. İRANIN ALİ DİNİ LİDERİ ƏLİ XAMNEYİNİN OĞLU MÜCTƏBA XAMNEYİ ATASINA SUİ-QƏSD HAZIRLADIĞINA GÖRƏ HƏBS OLUNUB İran polisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək vəzifəli komandirlərini həbs edib.“Al-Arabia” kanalının istinadən məlumata görə, həbs olunan şəxslər İranın ali dini lideri ayətulla Əli Xamneyiyə qarşı sui-qəsd planlaşdırmaqda günahlandırılırlar. Həbs olunanlar arasında Əli Xamneyinin oğlu Müctəba Xamneyidə var. Telekanalın məlumatına görə, adları açıqlanmayan həbs olunan şəxslər noyabrın 12-də Əli Xamneyini Tehran yaxınlığındakı hərbi bazaya dəvət ediblər. Həmin gün bazada güclü partlayış baş verib, nəticədə 17 nəfər, o cümlədən ölkənin raket proqramına cavabdeh olan general Həsən Müqəddəm dünyasını dəyişib. Müctəba Xamneyi ictimai şəxs olmasa da, atasının son illər ciddi siyasi mübarizə apardığı hazırkı prezidenti Mahmud Əhmədinejadın ən sadiq tərəfdarlarından hesab olunur.Xatırladaq ki, dünən İranda ABŞ və İsrail lehinə casusluqda ittiham olunan 15 nəfərin həbs olunduğu barədə məlumat yayılıb. Həbs olunan şəxslərin adları və tutduğu vəzifələr açıqlanmır. YURDNET SİTƏSİ TEKRAR İŞƏ BAŞLADI YURDnet sitəsi Güney Azerbaycan haqqında toplumsal, ədəbi və siyası yazılar, xəbərlər və bilgilər yayınlamaq üçün yaranmışdır. YURDnet hər hansı bir təşkilata bağlı deyildir. YURDnet əməkdaşlarının çeşitli düşüncə və təşkilat bağlılıqları olsa da, saytda yeridilən genəl siyasəti Azərbaycan Milli Hərəkəti içərisində yerləşən hər hansı düşüncə ya qrubun təsirində olmayacaqdır. YURDnet Azərbaycanla bağlı bütün sahələrdə analitik yazılar yaymaqla birlikdə, oxucuların görüşlərini də əks etməyə çalışacaqdır.Bu doğrultuda və sağlam bir düşüncə armosferi yaratmaq amacını gerçəkləşdirmək üçün, aşağıdakı xüsuslar göz önünə alıncaqdır:YURDnet toplumumuzca əxlaqsız olaraq dəyərləndirilən, başqalarını aşağılayan və qara yaxma içərikli yazı və görüşləri yaymamaqdadır. YURDnet-də bütün analitik/tənqidi yazı/görüşləri yayılsa da, sənədsiz genəlləmələrə yer verilməməkdədir. Güney Azərbaycan qruplarının iç məsələləri haqqında gələn yazılar yayılmamaqdadır. Yüksək səviyyədə bir düşüncə atmosferi yaratmaq üçün, YURDnet bütün yazarlar, şairlər, sənətçilər və karikatüristlərimizi əməkdaşlığa çağırır.Xəbər, yazı və görüşləriniz, eləcə də şəkil, video və başqa materyalları aşağıdakı internet adresinə göndərə bilərsiniz: info@yurd.net “NOKİA SİEMENS” İRANLA ƏMƏKDAŞLIĞI DAYANDIRIR Mərkəzi ofisi Finlandiyanın paytaxtı Helsinkidə olan “Nokia Siemens” şirkəti 2012-ci ildən İranla əməkdaşlığı dayandıracağını bildirib. “Nokia Siemens” şirkəti yaydığı bəyanatda İranla əməkdaşlığın dayandırılmasının bu ölkəyə qarşı beynəlxalq sanksiyalarla əlaqədar olduğunu bildirib: “Bundan sonra bizimlə İran arasında birgə əməkdaşlığa dair heç bir yeni layihə olmayacaq. Lakin İranla bağladığımız əvvəlki müqavilələri imkan daxilində yerinə yetirməyə çalışacağıq”. ABŞ KONQRESİ İRANA YENİ SANKSİYALAR QOYDU Dekabrın 14-də ABŞ Konqresi İranın Mərkəzi Bankına sanksiya qoyulması haqda layihəni qəbul edib. Sanksiyalarla bağlı layihə imzalanmaq üçün ABŞ prezidenti Barak Obamaya göndərilib. “Media forum” saytının məlumatına görə, ABŞ Konqresi daha iki layihə qəbul edərək İrana qarşı əvvəlki sanksiyaları şiddətləndirib. Yeni layihələrlə İranın neft və qaz sənayesinə əvvəlki sanksiyalar şiddətlənir, İran rəsmilərinin ABŞ-dakı əmlakı dondurulur və onların ABŞ-a səfərinə qadağa qoyulur. ABŞ Konqresinin qəbul etdiyi layihələrdə İranın nüvə və hərbi sursat proqramı ilə əməkdaşlıq edən, ona yardım göstərən şəxslərə və ölkələrə sanksiya qoyulması da nəzərdə tutulub. “SEPAH” RƏSMİSİ: “BACARSAYDILAR, İNDİYƏ QƏDƏR EDƏRDİLƏR” Dekabrın 14-də jurnalistlərə açıqlama verən İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) üzvü, İranın Passiv Müdafiə Təşkilatının rəhbəri Qulamrza Cəlali deyib ki, Amerika və İsrail İranın nüvə təsisatlarına hücum etmək gücündə deyil. Qulamrza Cəlali bildirib: “Onlar bunu bacarsaydılar, sözsüz ki, indiyə qədər edərdilər. Hazırda bizim nüvə təsisatlarımızı ciddi təhlükə gözləmir. Lakin lazım olsa, uranı zənginləşdirən mərkəzlərimizi daha təhlükəsiz yerə köçürəcəyik”. Qulamrza Cəlali Buşehr nüvə təsisatının da hər hansı xarici hücum qarşısında təhlükəsiz olduğunu bildirib: “Bununla belə ona hər hansı hücum olarsa, bu, qonşu ölkələrin sağlamlığını və təhlükəsizliyini təhlükəyə salacaq”. İRANLI JURNALİST və KİNOREJİSSOR AYƏTULLAH XAMNEYİYƏ 15-ci DƏFƏ AÇIQ MƏKTUB YAZIB İranın tanınmış jurnalisti və kinorejissoru Məhəmməd Nurizad ölkənin dini lideri ayətullah Əli Xamneyiyə açıq məktub yazıb. Məktubunda o, ölkədəki ədalətsizlikdən və hökumət məmurlarının onun ailəsinə təzyiqindən danışıb. Bu, kinorejissorun ayətullah Xamneyiyə yazdığı 15-ci açıq məktubdur. Nurizad 2009-cu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı dini rəhbərə repressiyalarla bağlı açıq məktublar yazıb zorakılığı pislədikdən, zindanlardakı acınacaqlı vəziyyəti açıqladıqdan sonra dəfələrlə tutulub həbsə salınıb. Tehran məhkəməsi onu hakimiyyətə qarşı təbliğatda və dini rəhbəri təhqirdə günahlandıraraq 3 il yarım həbsə və 50 şallaq zərbəsinə məhkum etsə də, o mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. “Media forum” saytının məlumatına görə, Məhəmməd Nurizad ayətullah Xamneyiyə yazdığı yeni məktubunda deyir ki, “Sepah”ın kəşfiyyat bölməsi daima onu ölümlə hədələyir, onun ailə üzvlərinə təzyiq göstərir: “Mən bu məktubu cümə günü yazıb yaymalı idim. Lakin qorxuram ki, cümə gününə sağ çıxmayım. Məhz buna görə də onu indi yazıb yayıram. Çünki “Sepah”ın kəşfiyyat bölməsinin məmurları məni ölümlə təhdid edib, məni məhv edəcəklərini və hökumət saytlarında məni biabır edəcəklərini bildiriblər. “Sepah” kəşfiyyatının mənə və ailəmə qarşı rəftarı o qədər iyrənc və düşükdür ki, mən hətta şah dövründə “Savak”ın (xüsusi xidmət orqanı) kiminləsə belə rəftar etdiyini nə görmüşəm, nə də eşitmişəm. Kaş sizin məmurlarınız yazıya yazı ilə cavab verə biləcək qədər mərd olaydı. Lakin onlar sizə yazdığım məktublara görə şəxsi həyatıma qarışaraq ailə həyatımı məhv etmək üçün səfərbər olublar. Mənim dilimdən “Sepah” kəşfiyyatının rəhbəri cənab Taibə və onun tabeliyində olan, şüur səviyyəsinə görə hələ yetkinləşməmiş məmurlarına deyin ki, tutalım, məni parçalayıb məhv etdiniz, bəs qanlı əllərinizlə nə edəcəksiniz? Mənim dilimdən gənclərin beyinlərini dağıdan cənab Taibə deyin ki, sizin qanlı əllərinizi min dənizin suyu ilə yusalar da, yenə pak olmaz. “Sepah”ın kəşfiyyat bölməsində bu işlərlə məşğul olanlara buyurun ki, burunlarını mənim şəxsi həyatıma soxmasınlar. Yox, əgər bu cilovunu qırmış ağılsızlar sizin işarə və göstərişinizlə bu əməllərə əl atırlarsa, bildirin, biz də öz iman və insani inanclarımızı bundan sonra sizin dəbə mindirdiyiniz yeni göstərici ilə tənzimləyək. Sizə vəfadar olan məmurlar bu yaxınlarda məni məhv edə, ailəmi isə dağıda, didərgin sala bilərlər. Elə buna görə də icazə verin oxucularımdan istəyim ki, mən olmayanda mənim əvəzimə sizə açıq məktublar yazaraq sizi cəmiyyətdəki həqiqətlərdən agah etsinlər. Çünki biz hələ də sizin ədalətlə rəftar edəcəyinizə ümid bəsləyirik. Sizi and verirəm pərəstiş etdiyiniz o Allaha, ətrafınızda qaldırılan bu çənbərdən çölə çıxın. Cəmiyyətin atmosferini olduğu kimi qəbul edin və nəfəs alın. Bizimlə sizin aranızdakı münasibətlərin dörd sütununu çeynəyib məhv edən bu qarışqalara imkan verməyin ki, sizin adınızdan istədiklərini həyata keçirsinlər”. Geri dön |