Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Sosial hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhət xidməti təşkil olundu
Sosial hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhət xidməti təşkil olundu |
“Sosial Hüquqların Araşdırılması” (SHAİB) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aztəminatlı əhalinin sosial hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhət xidmətinin təşkili” layihəsini həyata keçirdi. Layihənin ümumi məramı aztəminatlı əhalinin sosial hüquqlarla bağlı məlumatlandırılması, bu sahədə hüquqi biliklərin artırılması və onlara pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi, pozulmuş hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsindən ibarətdir. Layihə 4 ay müddətində Bakı şəhəri və Qazax, Göygöl rayonlarında həyata keçirilmişdir.
Layihə çərcivəsində sosial məsələlər üzrə hüquq klinikası yaradılmış və klinikada 229 nəfər əhalinin həssas təbəqəsinin nümayəndəsinə - əlillərə, SİMU-ın valideynlərinə, şəhid ailələrinin üzvlərinə, aztəminatı ailələrə pulsuz hüquqi yardım göstərilmişdir. Layihənin icra planına uyğun olaraq 24 iyun 2014-cü il tarixində “Lake Palace Hotel Baku” hotelinin konfrans zalında “Aztəminatlı əhalinin sosial hüquqlarının müdafiəsi ilə bağlı hüquqi məsləhət xidmətinin təşkili” layihəsi ilə bağlı yekun dəyirmi masa keçirildi. Hökumət, QHT, KİV nümayəndələri və əhalinin həssas təbəqələrinin, o cümlədən əlil təşkilatlarının iştirakı ilə keçirilmiş tədbirdə aztəminatlı əhalinin sosial hüquqlarının müasir vəziyyəti və prespektivləri, aztəminatlı əhalinin sosial hüquqlarının inzibati və məhkəmə qaydasında müdafiəsi, onların sosial hüquqlarının həyata keçirilməsi sahəsində mövcud problemlər və onun həlli yolları və s. məsələlər barəsində çıxışlar və müzakirələr olubdur. Tədbiri giriş sözü ilə “Sosial hüquqların araşdırılması” İctimai Birliyinin (SHAİB) sədri, BDU-nin professoru Mayis Əliyev açaraq layihənin yekunları və sosial qanunvericliyin təkmilləşdirilməsinə dair təkliflər haqqında məruzə ilə çıxış edibdir. Tədbirdə təşkilatın sədr müavini, vəkil Adəm Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndəsi Müqalib Mahmudov, BDU-nun hüquq fakültəsinin nəzdində fəaliyyət göstərən hüquq klinikasının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Turqay Hüseynov, Əlil Təşkilatları İtifaqının prezidenti Davud Rəhimli, AMEA-nin şöbə müdiri, professor Habil Qurbanov, QHT rəhbərləri və digər şəxslər çıxış etmiş, müzakirələr aparılmış, rəy və təkliflər verilmişdir. Geri dön |