Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bir böyük fəthin mənəvi fatehliyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Bir böyük fəthin mənəvi fatehliyi

Bir böyük fəthin mənəvi fatehliyi


Könül sultanlarının iziylə
Ağşəmsəddin: “Bədəndə görünən hər şey ruhun əsəri olduğu kimi,
məmləkətdə meydana gələn şeylər də Fatehin əsəri olacaq. Bədənə nisbətlə ruh nə isə, məmləkətə nisbətlə sultanlar da eyni şeydir”
İstanbulun mənəvi fatehi, böyük alim, ustad, həkim və vəli. Əsl adı Məhəmməd bin Həmzə, ləqəbi Ağşeyxdir. Övliyalarımızın böyüklərindən Şihabəddin Sührəverdinin nəslindəndir. Soyu, həzrəti Əbu Bəkri Sıddiqə gedib çatır. Hacı Bayram Vəlinin, ona; “Ağ (ax) bir insan olan Zeyddən, insan cinsinin qaranlıqlarını söküb atmaqda çətinlik çəkmədin” deməsi səbəbiylə, “Ağşəmsəddin” ləqəbi verilmişdir. Saçının, saqqalının ağarması və ağ paltarlar geyməsi səbəbiylə “Ağşəmsəddin” deyildiyi də rəvayət edilir.
Bir böyük fəthin mənəvi fatehliyi1390 (H. 792)-cı ildə Şamda anadan olub. Kiçik yaşlarından Qurani-Kərimi əzbərdən bilirmiş. Yeddi yaşında atası ilə Anadoluya gələrək Amasiyanın Qovaq nahiyəsinə yerləşir. Bir müddət sonra atası vəfat edir. Ağşəmsəddinin atası da alim və vəli idi. Atası vəfat edib, dəfn olunduğu günün gecəsi bir qurd gəlib qəbrini açır... Bu qurd, o diyara müsəllət olmuşdu. Yeni məzarları tapar və ölünü məzardan çıxararaq parçalayırmış. Şeyx Həmzəni də parçalamaq və yemək istəyir. Lakin Şeyx Həmzə, mübarək əlini uzadaraq, qurdu boğazından sıxıb öldürür. Ertəsi gün səhər ziyarətə gələn xalq, qurdu ölü, Şeyx Həmzənin əlini də məzardan çıxmış halda görürlər. Hal sahibi biri: “Qurda dəydiyi üçün, Şeyx Həmzənin mübarək əlinin yuyunması lazımdır” deyir. Əlini yudular. Əl, dərhal içəri çəkilir. O gündən bəri Ağşəmsəddinin atası, Qurtboğan ləqəbi ilə məşhur olur.
Ağşəmsəddin, atasının vəfatından sonra təhsilinə davam edərək sərf, nahiv, məntiq, meani, bəlağət elmi üsulu fiqh, əqaid, hikmət elmlərini öyrənir. Zəka və istedadının köməyiylə qısa müddətdə elmləri ikmal edib tibb elmində də təhsil aldıqdan sonra Osmancıq mədrəsəsinə müdərris göndərilir. Burada günün müəyyən saatlarında dərs deyir, qalan boş vaxtlarında isə nəfsinin tərbiyəsi ilə məşğul olarmış. Davamlı təqva üzrə haqla birlikdə bulunardı. Yüksək əxlaq sahibi idi, ondakı bu halları görənlər və bilənlər ona zamanın böyük vəlisi Hacı Bayram həzrətlərinə getməsini tövsiyə edirlər. Bu tövsiyələrə uyğun gələn və təsəvvüf yolunda yüksəlmək istəyən Ağşəmsəddin həzrətləri müdərrislik vəzifəsini buraxaraq, Ankaraya gəlir. Rast gəldiyi ilk şəxsdən Hacı Bayram Vəlini harada tapa biləcəyini soruşur. O da qarşı küçədə yanında iki tələbəsiylə gəzən bir şəxsi göstərərək: “Bax, bu gördüyün, dükan dükan gəzərək pul yığan adam Hacı Bayramdır” deyir.
Ağşəmsəddin həzrətlərinin halı dəyişir və öz-özünə “Demək məşhur vəli Hacı Bayram dükan-dükan pul yığır, buralara qədər özümü boşuna yormuşum” deyərək oradan uzaqlaşır və məşhur vəli Şeyx Zeynüddin Hafi həzrətlərinə tələbə olmaq məqsədiylə Hələbə doğru yola çıxır. Günlərlə yol gedən Ağşəmsəddin Hələbə bir mənzil məsafəyə gəldiyində bir evə düşür. Səhər, əlləri üzündə qorxu, qarışıqlıq və dəhşət içərisində oyanır. Hələ gördüyü yuxunun təsiri altında idi. Səhər namazını əda edən Ağşəmsəddin gəldiyi kimi də, Hələb yerinə təkrar geri, Ankaraya dönür. Halbuki Hələbə bir saatlıq məsafə qalmışdı. Onu geri çevirən, Ağşəmsəddin həzrətləri ilə əlaqədar bir yuxu idi və yol boyu da bu yuxunun təsirindən çıxa bilməmişdi.
Yuxusunda görür ki, boynuna keçirilən bir zəncir var və bu zəncirin bir ucu Hacı Bayramın əlindədi. Ağşəmsəddin Hələbə getmək istədikcə Hacı Bayram zənciri çəkirdi. Tam boğulmaq üzrə ikən oyanmışdı. Yuxu yozulmayacaq qədər açıq idi. Ağşəmsəddin sürətlə Hacı Bayramın yanına gəlirkən; “Nə etdim mən” deyərək öz-özünə deyinirdi. Ankaraya gəlib, Hacı Bayram Vəlinin dərgahına çatınca, onun tələbələriylə tarlada çalışdığını öyrənir. Dərhal oraya gedir, lakin Hacı Bayram ona heç fikir də vermir. Ağşəmsəddin, digər tələbələr kimi tarlada işləməyə başlayır. Yemək vaxtı gəlincə, Ağşəmsəddinin üzünə baxılmadı. Hacı Bayram, hazırlanan yeməyi tələbələrinə bölərək, yerdə qalanı da itlərin qabına tökdürdü. Ağşəmsəddin, bir onlara bir də özünə baxaraq, nəfsinə; “Sən buna layiqsən!” deyərək, itlərin önünə qoyulan yeməkdən yeməyə başlayır. Hacı Bayram Vəli, onun bu təvazösünə dözə bilməyərək; “Kosa, qəlbimizə girdin, gəl yanıma!” deyərək könlünü alaraq süfrəsinə oturdur. Sonra; “Zəncirlə məcbur gələn qonağı belə ağırlayarlar” deyir. Ağşəmsəddin buna çox sevinir və özünü onun mədəniyyət məclisinə verir.
Hacı Bayram Vəli həzrətləri Ağşəmsədini digər tələbələrindən daha çətin imtahanlara çəkir. Nəfsini tərbiyə və islah etməkdə böyük çətinliklər çəkdirir. Bir dəfə yeddi gündə bir qaşıq sirkədən başqa bir şey yedirmədi. Ancaq Ağşəmsəddin bütün bunlardan məmnun və hətta özü daha çoxuna talib idi. Necə ki, nəfsinin istədiyi şeyləri etməməkdə şeyxinin özünə buyurduğu təlim və tərbiyədəki şiddət dərəcəsini öz istəyiylə artırdığı zaman Hacı Bayram həzrətləri ona: “Ya Kosa nə qədər riyazət edərsən, nəfsin istəklərindən çəkinərsən, aqibət nur olarsan. Vəfat etdikdən sonra səni qəbirində tapa bilməzlər!” deyir.
Beləcə Ağşmsəddin həzrətləri qısa zamanda təsəvvüf yolunun bütün incəliklərini öyrənir və Hacı Bayram həzrətlərindən icazətini, diplomunu alır.
Onun qısa müddətdə icazət almasını bəziləri qəbul edə bilmədi. Hacı Bayram Vəliyə:
“Digər dərvişlərə qırx ildir xilafət vermədin, az müddət içində Ağşeyxə xilafət verdin, hikməti nədir?” deyə soruşdular. Hacı Bayramı Vəli də: “Bu zeyrək, oyanıq və ağıllı bir kosadır. Hər nə görüb eşitdi isə dərhal inandı. Sonra hikmətini yenə özü anladı. Lakin yanımda qırx ildən bəri xidmət edən bu tələbələr, dərhal gördüklərinin və duyduqlarını əslini və hikmətini soruşarlar. Ona xilafət verilişinin səbəbi budur” cavabını verir.
Ağşəmsəddin həzrətləri, müəllimi Hacı Bayram Vəlidən irəlidə bir böyük fəthin mənəvi fatehliyi müjdəsi xəbərini də alır.
Hacı Bayram Vəli həzrətlərinin təhsil və tərbiyəsiylə irşad mövqesinə yüksələn Ağşəmsəddin həzrətləri əvvəl Bəybazarına yerləşir. Orada bir məscid, bir də dəyirman tikdirir. Xalqın ətrafına toplanması üzərinə İskilipdən Evlekə oradan da Göynükə gəlib məkan tutur. Bir gün bir adam gəlir və Ağşəmsəddinə bir mülk bağışlayır. Ağşəmsəddin həzrətləri ona verilən yerin üzərinə gəlincə, təbəssüm edir: “Nə üçün təbəssüm etdiniz?” deyə soruşdular. O da: “Otuz il əvvəl səyahət edərkən, yolum bura düşmüşdü. Görüncə könlüm bura meyl etmişdi. Könlümdən keçən bu arzu, otuz il sonra reallaşdı. Onu xatırladım və onunçün təbəssüm etdim” deyir.
Hacı Bayram həzrətləri Ankarada fəna aləminden bəka aləminə köç etmək üzrə ikən; son sözləri: “Mənim namazımı Ağşəmsəddin qıldırsın və cənazəmi yusun. Bu xəbərimi ona çatdırarsınız!”- oldu və vəfat etdi.
O sırada Ağşəmsəddin orada deyildi və harada olduğunu kimsə bilmirdi. Tələbələr ilə Hacı Bayram Vəlinin yaxınları maraq və heyrət içində qaldılar. Bəzi kəslər;
“Hacı Bayram Vəlinin bu sözü, ölüm halında deyilən sözlərdəndir. Buna çox etibar edilməz” dedilər. Qərarsız və kədərli bir halda yollara baxardılar. O əsnada; “Ağşəmsəddin gəlir!” deyə bir səs eşidildi. Xalq Ağşəmsəddini qarşıladı və olub bitəni xəbər verdi. O da vəsiyyət üzərinə yuyub namazı qıldırdıqdan sonra, Hacı Bayram Vəlini dəfn etdi. İşlər bitincə, Hacı Bayram Vəlinin doxsan min axça borcu olduğunu öyrəndi və otuz min axçasını ödəməyi vəd etdi. Qalanını da Hacı Bayram Vəlinin yaxınları ilə dostları ödədilər. Ağşəmsəddin, üzərinə götürdüyü otuz min axçanın iyirmi doqquz minini ödədi və geriyə min axça qaldı. Borc verən, Ağşəmsəddinə gələrək hamısını istədi. Ağşəmsəddin isə: “Bir neçə gün icazə ver” dedisə də, faydası olmadı. Borc yiyəsi sərt və həyasız bir şəkildə bir dəqiqə belə gözləyə bilməyəcəyini bildirdi. Bu söz üzərinə fövqəladə səbr sahibi olan Ağşəmsəddin həzrətləri borc verəni içəri çağırır və evin qarşısındakı bağçanı ona göstərir və: “Bağçaya gir, alacağın min axçanı al, çoxunu götürmə!” dedi.
Həmin şəxs bundan sonrakı vəziyyətini belə nəql edir: “Bağçaya girdim. Bağçanın içində yastı yarpaqlı bir ot vardı. Hər yarpağın üzərində bir axça vardı. O otda o qədər çox yarpaq vardı ki, sayını ancaq Allahu-Təala bilər. Onun yarpaqlarından min axça yığdım. Lakin yarpaqların üzərindən bir axçanın azalmamış olduğunu gördüm. Bağçanın içi də axça ilə dolu idi. Bu halı görüncə, heyrətdə qaldım. Çölə çıxıb, o min axçanı Ağşəmsəddinin önünə qoydum və: “Bu axçaları sizə bağışladım”
deyərək, yalvardım və üzr istədim. Lakin Şeyx, o min axçanı qəbul etmədi”.
Ağşəmsəddin həzrətləri müəlliminin vəsiyyətini yerinə yetirdikdən sonra təkrar Göynükə gəldi. Burada da bir məscid və dəyirman inşa etdi. Bir tərəfdən oğullarının, digər tərəfdən də özünə intisab edib könül verən tələbələrinin təlim və tərbiyələriylə məşğul olurdu.


R. Sahil

Geri dön