Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rafiq Tağının ölümü ilə bağlı Rüstəm Usubov və Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Rafiq Tağının ölümü ilə bağlı Rüstəm Usubov və Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib

Rafiq Tağının ölümü ilə bağlı Rüstəm Usubov və Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib


Azərbaycan baş prokurorunun müavini ilə daxili işlər nazirinin müavini Rafiq Tağının ölümü ilə bağlı müşavirə keçiriblər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, noyabrın 19-da 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi Tağıyev Rafiq Nəzir oğlunun yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə ötən gün Baş prokurorun 1-ci müavini Rüstəm Usubov və Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.
Müşavirədə istintaq-əməliyyat qrupunun üzvlərinə cinayəti törətmiş şəxsin tutularaq məsuliyyətə cəlb olunması məqsədi ilə müəyyən edilmiş istintaq fərziyyələri üzrə zəruri olan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün konkret tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı ilk əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub. Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan prezidentinin xüsusi nəzarətindədir.

Geri dön