Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan sinoptikləri yaxın üç gündə havanın meteohəssas insanlara təsirini açıqlayıblar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan sinoptikləri yaxın üç gündə havanın meteohəssas insanlara təsirini açıqlayıblar

Azərbaycan sinoptikləri yaxın üç gündə havanın meteohəssas insanlara təsirini açıqlayıblar


Azərbaycan sinoptikləri meteohəssas insanlar üçün havanın nisbətən əlverişli olacağını bildirirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, dekabrın 16-dan 18-dək Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Bakıda və Abşeron yarımadasında dekabrın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 16-da hava şəraitinin gecə və axşam əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 8-13 dərəcə şaxta təşkil edəcək.

Geri dön