Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Zaqatalada baş vermiş zəlzələ müəyyən fəsadlar törətmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Zaqatalada baş vermiş zəlzələ müəyyən fəsadlar törətmişdir

Zaqatalada baş vermiş zəlzələ müəyyən fəsadlar törətmişdir


Xəbər verdiyimiz kimi, iyunun 29-da saat 22.26-da Zaqataladan 14 kilometr cənub-qərbdə 6 baladək gücündə zəlzələ qeydə alınmışdır.
Rayon fövqəladə hallar komissiyasından AzərTAc-a bildirmişlər ki, baş vermiş zəlzələdən dərhal sonra rayonun bütün yaşayış məntəqələri ilə təcili əlaqə saxlanılmış, mövcud vəziyyət öyrənilmişdir.
Yerlərdən daxil olan ilkin məlumatlara görə, zəlzələ nəticəsində rayonun Göyəm, Sabunçu və Dombabinə kəndlərinin hər birində bir fərdi ev uçmuş, Faldarlı və Bazar kəndlərində əvvəlki zəlzələlər zamanı zərər görmüş bəzi tikililərə müəyyən dərəcədə ziyan dəymişdir.
Təbii fəlakət nəticəsində insan tələfatı və ya ciddi xəsarət alanlar olmamışdır.
Baş vermiş zəlzələ ilə əlaqədar iyunun 30-da səhər tezdən Zaqatala Rayon İcra Hakimiyyətində operativ müşavirə keçirilmişdir. Müşavirədə dəymiş ziyanın müəyyənləşdirilməsi və təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Rayona ezam olunmuş fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və nazirliyin texniki baxış komissiyasının üzvləri hazırda zəlzələ bölgəsində evlərə baxış keçirir, vəziyyətlə yerində tanış olurlar. Eyni zamanda, rayon fövqəladə hallar komissiyasının işçi qrupları da zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yerlərdə iş aparırlar.

Geri dön