Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr mövzusunda beynəlxalq konfrans keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycanda Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr mövzusunda beynəlxalq konfrans keçirilir


Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans başlayıb.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə keçirilən tədbirdə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə orqanlarının, müstəqil antikorrupsiya qurumlarının və mötəbər beynəlxalq təşkilatların 130-dan artıq yüksək vəzifəli nümayəndəsi, Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Mərkəzi icra hakimiyyəti orqanları, Baş Prokurorluq, habelə ölkəmizin digər hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin 100-dən artıq əməkdaşı iştirak edir.

Konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan Respublikalarının, Monako və Lixtenşteyn Knyazlıqlarının Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının Ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun Prezidenti, IACA-nın İcraçı Katibi, Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Baş Katibi və digərləri təmsil olunur.

Mərasimdən sonra konfrans plenar iclaslarla davam edəcək.

Geri dön