Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 3 yeni institut yaradılıb


Bu barədə AMEA üzvlüyünə seçkilər üzrə keçirilən Ümumi Yığıncaqda qərar qəbul olunub. Belə ki, yeni yaradılan institutlar AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutudur.

Yığıncaqda çıxış edən AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son illər biologiyanın sürətli inkişafı molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi kimi bir çox yeni elm istiqamətləri və sahələrinin yaranmasına zəmin yaradıb.

Onun sözlərinə görə, yeni elm sahələrinin inkişafı başqa elm sahələrinə təkan verib: “Bu, xüsusilə təbabət, kənd təsərrüfatı, aqrar sahə, informasiyanın inkişafına təkan verib. Bu gün bu sahədə aparılan elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, pərakəndə elmi tədqiqat işlərinin bir yerdə koordinasiya etmək və kadr hazırlığının səviyyəsini daha da yüksəltmək üçün AMEA-nın Botanika İnstitutunun nəzdində Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılması məqsədəuyğundur. Yeni institutun yaradılması bu sahədə elmi tədqiqatların daha effektiv, yüksək səviyyədə aparılmasına kömək edəcək”.

Akademiyada yeni yaradılan digər iki institut - Elm Tarixi və Dünya Siyasəti institutları barədə isə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli məlumat verib.

Ümumi Yığıncaqda aparılan müzakirələrdən sonra AMEA-da hər 3 institutun yaradılması təsdiq olunub.

Geri dön