Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır

ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır


Qurumun komitə iclasında müvafiq düzəliş qəbul olunub

ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında "Helsinki+40: İnsan təhlükəsizliyinə doğru" qətnamə layihəsinə referendum və Krımla bağlı düzəlişlər qəbul edilib.

APA-nın məlumatına görə, referendumla bağlı Rusiya tərəfindən təklif edilən düzəlişə əsasən üzv dövlətlərin vətəndaşlarının milli qanunvericilik çərçivəsində və beynəlxalq standartlara uyğun referendum keçirmək hüququ təsdiq edilir.

Krımla bağlı düzəliş isə Ukrayna nümayəndə heyəti tərəfindən təklif olunub. Düzəlişdə ATƏT Parlament Assambleyası Rusiyanı Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını (anneksiya) ləğv etməyə çağırır.

Geri dön