Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan şahmatçıları reytinq siyahısında geriləyiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Azərbaycan şahmatçıları reytinq siyahısında geriləyiblər

Azərbaycan şahmatçıları reytinq siyahısında geriləyiblər


Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, iyun üçün açıqlanan siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.

Norveçli Maqnus Karlsenin 2877 xalla başçılıq etdiyi “Top-100”də 3 qrossmeysterimiz də qərarlaşıb. Onların hər üçü son 1 ayda geriləyib. Ən yaxşı şahmatçımız Şəhriyar Məmmədyarov 2743 xalla 18-ci yerədir. O, ötən ayla müqayisədə mövqeyini 2 pillə əldən verib.

2724 xala malik Teymur Rəcəbov 1 pillə geriləməklə, 28-ci yerə düşüb. 2 pillə geriləyən Rauf Məmmədov 2659 xalla 88-ci yerdədir. Dəyişikliyin olmadığı ilk “üçlük”də Karlseni Levon Aronyan (Ermənistan, 2805) və Aleksandr Qrişuk (Rusiya, 2795) izləyir.

Qeyd edək ki, qadınların siyahısında isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Geri dön