Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Mədəniyyət > “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi erməni yalanlarını ifşa edən təbliğat və maarifləndirmə işləri aparıb
“Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi erməni yalanlarını ifşa edən təbliğat və maarifləndirmə işləri aparıb |
" Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihə uğurla başa çatıb
Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyi " Saz və balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaq" adlı layihə uğurla başa çatıb. Bu barədə “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib. Onun sözlərinə görə layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə Birliyin üzvləri, aşıqlar, balabançılar, saz və balaban alətləri hazırlayan ustalar, jurnalistlər və gənclər fəal iştirak ediblər. Layihəyə olan marağın gözlənildiyindən artıq olduğunu söyləyən Həbib Misirov QHT-lərə Dövlət Dəstəyi Şurasının məhz problemin aktuallığını nəzərə alaraq bu layihəni maliyyələşdirdiyini söyləyib: " Layihəmizə dəstək verdiyi üçün “Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi adından Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasına öz təşəkkürümü bildirirəm. Bu tipli layihələrin həyata keçirilməsi informasiya müharibəsində ermənilərə ağır zərbədir. Bu gün tarixi torpaqlarımızla yanaşı, milli-mənəvi sərvətlərimizdə gözü olan bədnam qonşularımız saz və balabanı özününkiləşdirmək istəyir. Layihəmizin də əsas məqsədi adından göründüyü kimi, ermənilərin saz və balabanımızı mənimsəməsinə imkan verməmək, bu istiqamətdə geniş təbliğat və maarifləndirmə işləri aparmaq olub. Düşünürəm ki, layihəmiz uğurla həyata keçirilib. Bir daha bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk". Həbib Misirov onu da qeyd edib ki, əsrlər boyu xalqımıza qarşı soyqırım siyasəti həyata keçirən, mədəniyyətimizi zaman-zaman öz adlarına çıxan, xalqımızın qədim musiqi alətləri olan saz və balabanda bu gün də gözləri olan ermənilərə bu layihə tutarlı cavab olacaq. Onların yalanlarının ifşa olunmasında böyük rol oynayacaq. " Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər çünki onlarda nə bizim sazımızın, nə də balabanımızn ruhu var. Aşıq sənəti Azərbaycan xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim dədə- babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirilir. Çox sevindirici haldır ki, ölkənin 1-ci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub. Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynayıb. Məhz buna görə Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: «Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir». Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir". Həbib Misirov həmçinin vurğulayıb ki, layihənin həyata keçirilməsində Milli Elmlər Akademiyasinin Nizami adına Ədəbiyyat İnsititutunun direktor müavini, dövlət mükafatı lauriyatı, professor Məhərrəm Qasımlının böyük rolu olub. Eyni zamanda tanınmış balaban ustası İbadət Allahverdiyev, aşıq və balabançılardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev , Məzahir Allahverdiyev və bir qrup saz və balaban alətləri hazırlayan ustalar layihə çərçivəsində keçirilən tədbirlərdə aktiv iştirak ediblər. Xatırladaq ki, paytaxt Bakı və bölgələrdə saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil edilib. Bu sənət sahəsinin gənclərə aşlanması üçün ustad dərsləri təşkil olunub. Saz və balaban hazırlayan ustalarla birgə gənclər üçün təlimlər keçirilib. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materialların hazırlanıb, bir neçə dilə tərcümə olunaraq müxtəlif internet səhifələrində yerləşdirilib. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndərilib. Həmçinin layihə çərçivəsində Türkiyə Cumhuriyyəti Qaziantep Universitetinin müəllimi, Sənətşunaslıq elmləri üzrə fəlsəfə doktoru İlqar İmamverdiyev və Fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun geniş elmi monoqrafiyaları çap olunub. Geri dön |