Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Rusiyaya qaz ixracını artırır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan Rusiyaya qaz ixracını artırır

Azərbaycan Rusiyaya qaz ixracını artırır


Rusiyanın «Qazprom» şirkəti Azərbaycandan aldığı təbii qazın həcmini 1,5 dəfə artırmaq niyyətindədir.

Şirkət Azərbaycandan bu ilki 2 mlrd. kubmetrə qarşı gələn il 3 mlrd. kubmetr qaz almağı planlaşdırır.

«Qazprom»un yaydığı məlumata görə, bununla bağlı razılıq dekabrın 15-də «Qazprom» rəhbəri Aleksey Millerlə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev arasında keçirilən görüşdə əldə edilib: «İlkin məlumatlara görə, noyabr ayına qədər «Qazprom»un Azərbaycandan aldığı qazın həcmi ötən ildəkindən 70% artıq olaraq 1,36 mlrd. kubmetrə çatıb».

Həmçinin qeyd olunur ki, görüşdə A.Miller və R.Abdullayev şirkətlərin qarşılıqlı faydalı əməkdaşlığın iki ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsinə ciddi tövhə verəcəyini bildiriblər.

Xatırladaq ki, Azərbaycan qazının alqı-satqısı barədə müqavilə «Qazprom» ilə ARDNŞ arasında 2009-cu il oktyabrın 14-də bağlanıb. Müqavilə sonradan uzadılma imkanı ilə 2010-2015-ci illəri əhatə edir. Rusiyaya 2010-cu ilin yanvarında Azərbaycan qazının nəqlinə başlayıb və həmin il Rusiyaya 799,75 mln. kubmetr Azərbaycan qaz nəql edilib. Cari ildə isə bu rəqəmin 2 mlrd. kubmetrə çatdırılması gözlənilir.

Geri dön