Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Dünya dərsliklərində yuva salan 150 yaşlı "Motылек" və yaxud birgünlük kəpənəyin tərənnümü
Dünya dərsliklərində yuva salan 150 yaşlı "Motылек" və yaxud birgünlük kəpənəyin tərənnümü |
M.Ə.Sabir haqqında yazdığım məqalələrin birində XIX əsrin ikinci yarısında Tiflisdə yaşayan görkəmli rus pedaqoqu Lev Nikolayeviç Mozdalevski (14.02.1837-12.05.1896) haqqında söz içində söz açmışdım.
Lev Nikolayeviç Modazalevski Sankt-Peterburq Universitetinin tarix-filologiya fakültəsini bitirəndən sonra paytaxt məktəblərində müəllimlik etmişdir. Bir müddətdən sonra onu Tiflisə Qafqaz rəhbəri knyaz Mixail Nikolayeviçin uşaqlarına-Rusiya çarı I Nikolayın nəvələrinə Avropa yönümlü təlim və tərbiyə vermək üşün müəllimliyə dəvət etmişlər. Məsələ burasındadır ki,L.N.Modzalevski Sankt-Peterburq Universitetini qurtarandan sonra xariciə ezam olunmuş , Qeydelberq və Vena şəhərlərində görkəmli rus cərrahı N.İ.Piroqovla bir yerdə Avropanın pedaqoji, fundamental işlərini öyrənmişdi. L.M.Modzalevski Tiflisdəki hami-tərbiyəçilik işindən sonra Tiflis Gimnaziyasında müfəttiş və direktor vəzifələrində çalışmışdır. O,1881-1883 cü illərdə Qafqaz Senzura Komitəsinə rəhbərlik etmişdir.Harada işləməsindən asılı olmayaraq, L.N.Modzalevski hər yerdə müəllim idi. Həyatda onun əsas amalı insanları elmə,maarifə çağırırmaq idi. L.N.Modzalevski - K.D.Uşinski ilə əqidə və məslək dostu idi. L.N.Modzalevski K.D.Uşinskinin çağırışı ilə "Xalq Maarif Nazirliyinin Jurnalı"nda fəal əməkdaşlıq etmişdir. O, K.D.Uşinskinin "Rodnoe slovo" dərsliyində "Məktəbə dəvət", "Kəpənək", "İlin fəsilləri" adlı şeirlərlə çıxış etmişdir. Dahi şairimiz M.Ə.Sabir L.N.Modzalevskinin "Приглашение в школу" şeirini rus dılındən Azərbaycan dilinə təbdil etmişdir. Görkəmli pedaqoqun "Приглошение в школу" şeiri ilə eyni vaxtda -1864-cü ildə - düz yüz il bundan əvvəl yazılmış "Мoтылек" şeiri də rus uşaq ədəbiyyatının ən maraqlı incilərindəndir. "Məktəbə çağırış" şeirinin K.D.Uşinskinin "Rodnoe slovo" dərsliyindən seçərək tərcümə etdiyini nəzərə alsaq, əminliklə deyə bilərik ki, M.Ə.Sabir - L.N.Modzalevskinin "Rodnoe slovo"dakı "Мотылек" şeirini də oxumuşdur. Bəlkə də M.Ə.Sabir bu şeiri də tərcümə etmişdir. Hər halda axtarışlar davam etdirilməli, M.Ə.Sabirin uşaq şeirlərinin mövzu mənbəyi, təsir obyektləri hərtərəfli öyrənilməlidir. L.N.Modzalevskinin "kəpənək", "pərvanə" mənasını verən üç bəndlik "Мотылек" şeirinin orijinalını və cəsarət edərək onun Azərbaycan dilinə tərcümə etdiyimiz variyasiyasını (melodik variantını) oxuculara təqdim edirik. Л.Н Модзалевский Мотылек Расскажи,мотылек, Чем живешь ты, дружок? Как тебе не устать День- денской все порхать? -Я живу сред лугов В блеске летного дня; Араматы цветов... Вот вся пища моя! Но короток мой век- Он не долее дня; Будь же добр, человек, И не трогай меня! (1864) *** Kəpənək Söylə,ey kəpənək,söylə görək sən Necə dolanırsan, halın necədir? Bu düzü,dünyanı dolanırsan hey, Demirsən gündüzdür, yoxsa gecədir? Kəpənək söylədi: "Yurdum çəmənlik, Yay günü oradır mənə güvənlik. Güllərin ətrindən mən məst oluram, Çox yemək, çox içmək deyildir mənlik. Gödəkdir,qısadır həyatım mənim, Vardır bu dünyada ömrüm -bir günlük. İnsanlar, nə olar rəhmli olun, Qoy mənsiz qalmasın güllük,çəmənlik!" (2014) *** Bunlar bir şeirin təəssüratlarıdır. Diqqətli araşdırmaların daha dərin təəssüratlar yaradacağına inanıram. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Avropa Azərbaycan Məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalıbi. 02.07.2014. Geri dön |