Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Azərbaycanda yaxın 5 ildə alimlərin əməkhaqları iki dəfə artırılacaq
Azərbaycanda yaxın 5 ildə alimlərin əməkhaqları iki dəfə artırılacaq |
“Son illər prezidentin sərəncamı ilə elmə ayrılan vəsait dəfələrlə artırılıb.
Buna baxmayaraq, inflyasiya ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının maliyyələşdirilməsi sabit qalır, hətta aşağı düşür”. Bu, “AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. Konsepsiyada qeyd olunub ki, maliyyələşdirmədə qeyri-mütənasibliyin aradan qaldırılması, fundamental elm üçün dövlət büdcəsindən ayrılan xərclərin həm mütləq, həm də nisbi artırılması yaxın illərdə akademiyanın əsas vəzifələrindən biri olmalıdır. Maliyyələşdirmənin yaxın 5 ildə respublikanın ÜDM-in 1%-i səviyyəsinə çatdırılması məqsədəuyğundur: “Paradoksal olsa da, bu gün akademiyada orta əməkhaqqı səviyyəsi ölkə üzrə əmək haqqının orta səviyyəsindən də aşağıdır. Beynəlxalq təcrübəyə əsasən, alimlərin əməkhaqqı orta səviyyədən artıq olmalıdır. Bunsuz elmi işin nüfuzunu artırmaq, istedadlı gəncləri elmə cəlb etmək mümkün deyil. Alimlərin əməkhaqlarının iki dəfə artırılması yaxın 5 ildə akademiyanın əsas vəzifələrindən biri olacaq və bu işin sürətlə həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin səmərəliliyin yüksək göstəricisinə malik olan alimlər qrupuna dərəcəyə görə müavinətlərin artırılması zəruridir. Dövlət qulluqçuları üçün müəyyən edilmiş hüquqların alimlərə şamil edilməsi, onların müasir tibbi xidmət və layiqli təqaüdlə təmin edilməsi vacibdir. Ən çətin şərtlərlə akademiyanı və onun ənənələrini, elmi sadiqliyini, yüksək peşəkar və mənəvi prinsiplərin müdafiəsində barışmazlığını qoruyub saxlayan yaşlı nəslin nümayəndələri olan alimlər layiqli həyat və iş şəraiti ilə təmin olunmalıdır”. Sənəddə daha sonra bildirilir ki, büdcə siyasəti elmin tələbatının indiki şəraitdə mümkün dərəcədə təmin olunmasına yönəlməlidir. Bu məqsədlə 2020-ci ilə kimi elmi-texniki sferanın dövlət maliyyələşdirilməsi dövlət büdcəsinin məxaric hissəsinin ən azı 4 faizini təşkil etməlidir. Maliyyə vəsaitlərinin sabit ayrılması və plan üzrə təyinatların yerinə yetirilməsi təmin olunmalı, büdcənin AMEA-ya aid məxaric hissəsi inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılmalıdır. Geri dön |