Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Naxçıvanlı alimin ABŞ-ın nüfuzlu elmi jurnalında məqaləsi dərc edilmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Naxçıvanlı alimin ABŞ-ın nüfuzlu elmi jurnalında məqaləsi dərc edilmişdir

Naxçıvanlı alimin ABŞ-ın nüfuzlu elmi jurnalında məqaləsi dərc edilmişdir


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (“Glass physics and chemistry”) jurnalında elmi məqaləsi dərc edilmişdir.
Sözügedən nəşr “Springer” jurnalları siyahısına daxil olmaqla kimya və fizika sahəsində dünyanın ən nüfuzlu dərgilərindən biridir.
Naxçıvanlı alimin “Təbii qallazit-obsidian sistemində natrolit tipli seolitin hidrotermal sintezi” sərlövhəli elmi məqaləsi jurnalda rus dilində dərc edildikdən sonra redaksiya heyəti məqalənin əhəmiyyətini nəzərə alaraq onu ingilis dilinə tərcümə edərək yenidən nəşr etmişdir.
Məqalə müəllifi 28 May – Respublika Günü ilə əlaqədar gənc alimlər üçün AMEA rəyasət heyətinin qrant müsabiqəsində 2 min manat həcmində qrant mükafatı qazanmışdır. Qrant müsabiqəsində gənc alimlərin son üçillik fəaliyyəti qiymətləndirilmişdir.

Geri dön